Çinin Qərb qapısı – QƏDİM KAŞQAR

 

Reportaj

 

Kaşqara gələndə günortadan xeyli keçmişdi. İnin qədər yaşıllıq olmasa da, buranın havası daha isti, insanları da bir o qədər istiqanlı idi.

Təklə Məkan səhrasının günbatanında yer alan qədim şəhər 2200 il əvvəl olduğu kimi indi Çinin ucqar cənub-qərbində mədəniyyət iqtisadi-ticarət mərkəzi olaraq qalır. Tarım çayının qolları olan Kaşqar Qızılsu çaylarının suvardığı münbit torpaqlı vadidə yerləşən  şəhər başdan-başa tarlalarla, meyvə bağları ilə əhatə olunub. Bakıdakı kimi, İçərişəhər ya köhnə şəhər isə Kaşqarın nisbətən ən hündür yerində əsrlərdir tarixə şahidlik edir.Tarixi İpək Yolu üzərindəki əsas ticarət mərkəzlərindən olan Kaşqar şəhərinin 800 min civarında əhalisi olduğu deyilir.

 

Burada köhnə şəhərin 3-4 qatlı binaları ilə son illər tikilmiş 20-30 qatlı göydələnlər təzad təşkil edir. Məsələn, qaldığım Rayining Kashi Hotel səhv etmirəmsə, 37 qatlı idi.

Eynilə İnində olduğu kimi, bütün küçələrin kənarları yamyaşıl ağaclarla haşiyələrnir, çox sayda parkları var, çay şəhərin içindən axır. , şəhərin içində bir neçə təbii göl var, qayıq xidməti yaradılıb, ətrafında isə çox geniş parklar salınıb.

Kaşqar küçələrində o qədər mtosikl var kiXüsusilə qadınlar, iş-güc adamları hər yerə sevimli motosiklları ilə gedirlər. Baxmayaraq ki, ictimai nəqliyyat xidməti yüksək səviyyədə təşkil olunub. 

 

Təhlükəsiz küçələr

 

Oteldə bir az dincələndən sonra ən azından yaxın ətrafı nəzərdən keçirmək üçün küçəyə çıxdım. Yolkənarı demək olar ki, bütün binaların birinci mərtəbəsində dükanlar sıralanır. Maraq xatirinə bir neçəsinə girdim hər birində əcnəbi olduğumu hiss etsələr , adi qarşıladılar. Yəni əcnəbi görüb mallarını baha qiymətə satmağa çalışmadılar.

Bəzi məhsulların qiyməti ilə maraqlandım, amma deyəsən satıcı anlamırdı. Elektron hesablayıcını götürən gənc oğlan barmağımı tuşladığım məhsulun qiymətini yuanla yazdı, sonra da göstərdiyim başqa məhsulların. Qiymətlər heç Azərbaycandakından ucuz deyildi, hətta xeyli bahaydı. Amma etiraf edək ki, alıcıları bol idi, deməli camaatın qazancı yaxşıdır.

Yeri gəlmişkən, vegeterianlar bu şəhərə gəlməsinlər. Çünki Kaşqar küçələrində hər addımbaşı bir kababxana var şişlərə keçirilmiş quzu əti odlu kömürün üzərində cızhacız bişdikcə ətri adamın ağzını sulandırır. Həm kabab yemək istəyənlərin ətidirsoruşmasına ehtiyac qalmır. Çünki Kaşqarda kabab birmənalı şəkildə quzu ətindən bişirilir...

Dükandan çıxdım. Hava qaranlıq olsa da, küçələr yaxşı işıqlandırılır, üstəlik yol kənarı boyunca aşağıdan yuxarı meyvə-tərəvəz satıcıları öz məhsullarını təkərli qoşqularla sıralayaraq alıcı gözləyirdilər.

Bu arada, Kaşqarın bütün əsas küçələrinin həm kənarlarına dəmir mühəccərlə sədd çəkilib, həm avtomobillərin gediş-gəliş zolaqları ortadan eyni qaydada ayrılır. Bunu ona görə ediblər ki, piyadalar istədikləri yerdə yola çıxıb xoşagəlməz hallara səbəb olmasınlar.

Əsas küçə ilə parallel olaraq motosiklların hərəkəti üçün xüsusi yol inşa olunub. Motosikl zolağı ilə avtomobil yolunu isə dəmir mühəccərlərlə yanaşı həm qollu-budaqlı ağacların şaxələndiyi yaşıl zolaq ayırır.

Meyvə satıcılarından birinə yaxınlaşdım. Təxminən 45-50 yaşlarında zəhmətkeş kişidir. Üzünə baxanda pulunu zəhmətilə qazandığı açıq hiss olunur. Bir-iki kəlmə kəsməyə çalışdım. Reaksiyasından başa düşdüm ki, az da olsa anlaşırıq.

- Məhsullar öz bağınızdandır? – soruşdum.

- Yox, mən şəhərdə yaşayıram, - əlini küçənin asağı başında ucalmış göydələnlərə sarı uzatdı. – Topdansatış bazarından alırıq, bir az üstünə qoyub satırıq, - dedi reaksiyamı gözləmədən:

- Siz Özbəkistandan gəlmisiniz? - gülümsədi.

- Yoox, Azərbaycandan gəlmişəm - Bakıdan.

Satıcı heç başa düşmədiyini çiyinlərini çəkməklə göstərdi anidən vəziyyətdən çıxmaq istəyərək:

- , Türkiyə, - dedi.

- Yox cənab, Azərbaycan Türkiyə ilə qardaşdır, amma ayrı ölkədir. Bizim ölkəmiz Qafqazda yerləşir - Xəzər dənizinin sahilində.

Mənimlə söhbətləşməkdə çətinlik çəkdiyini hiss edən satıcı yəqin sıxıldığı üçün əli ilə satdığı meyvə-tərəvəzi, ləbləbiləri göstərərək:

- Siz burada mehmansınız, hansından istəyirsiniz, deyin verim, bizdən sizə pay olsun, - dedi cavab gözləmədən alma, nar, qozhərəsindən bir az sellofan torbaya yığmağa başladı.

Əlbəttə, qəti etiraz elədim, amma xeyrim dəysin deyə bir az ləbləbi çəkdirib endirimlə olsa pulunu ödəyib, sağollaşdım. 

Kaşqar Çinin ən ucqar bölgələrindən olsa da, burada asayiş ən yüksək səviyyədə qorunur. Gecə yarısı çıxıb küçədə çox rahat təhlükəsiz şəkildə gəzib-dolaşa bilərsən, heç kim sənə toxunmaz. Kimə yaxınlaşıb söz soruşarsan, dilini anlamasalar belə səbr hörmətlə dinləyər, anlayıb cavab verməyə çalışarlar. Bir sözlə, Kaşqarda, ümumiyyətlə, Çində qonağa hörmət ən yüksək səviyyədədir.

 

Tarixin şahidiKöhnə Şəhər

 

Səhər tezdən şəhərin mərkəzində, nisbətən yüksək ərazidə yerləşən köhnə şəhərə yollandım. Köhnə şəhərin giriş qapısında hər gün yerli incəsənət ustalarının ifasında rəqslər, tarixi fraqmentləri əks etdirən folklor səhnəcikləri nümayiş olunur. Ona görə hamı tezdən gəlir ki, qabaq cərgədə özünə rahat yer tuta bilsin. Daha sonra qapılar açılır gəzməyə gələn yüzlərlə turist yerlilərlə birlikdə köhnə şəhərə axışır.

Köhnə şəhər görünüşünə görə Bakıdakı İçərişəhəri xatırladır. İki-üç qatlı binaların əskimiş divarları, kəsmə daşların döşəndiyi dar küçələr, saysız-hesabsız antikvar, əl işi suvenirlər satılan dükanlar, ata-babalardan ötürülən ənənəvi sənətkarlıq emalatxanaları bura əsrarəngiz gözəllik verir. İnsan əlindən tərpənmək olmur. Həm kaşqarlılar, həm şəhərin qonaqları bir-birinə qarışaraq izdiham yaradıblar.

Bayaq qeyd etdiyim kimi, ən azı 2200 il öncə var olan Kaşqar məhz buradaköhnə şəhərin yerində salınıb. Əsrlər yeniləndikcə əvvəlki tikililər öz yerini yeni binalara verərək indiki köhnə şəhər sifətiylə günümüzə gəlib çatıb.

Köhnə şəhərin dar küçələrində adam əlindən tərpənmək olmur. Birtəhər irəli yeriyib küçənin kənarlarını haşiyələyən saysız-hesabsız dükanların satış məqsədilə sərgilədiyi mallara baxmağa başladım. Gözüm uyğur araqçınlarını tutdu. Üzəri milli ornamentlərlə bəzənmiş araqçını 20 yuana alıb başıma qoydum.

Küçəboyu sıralanan bütün binaların alt mərtəbəsi ya dükan, ya iaşə obyekti, ya da sənətkarlıq emalatxanası idi. Vaxtım az olsa da, bir-bir gəzib baxmağa başladım. Əksər mallar əl işi idi təbii materialdan hazırlanmışdı. Təbii qaragül, norka, dovşan, tüklü sair dərilərindən tikilmiş papaqlar, qadınlar üçün şarflar, əl işi paltarlar, çəkmələr, saya gəlməz suvenirlər, ərzaq məhsulları desən burada vardı.

Biz yaşlılar sizi başa düşürük, amma…”

Çin yaşıl çayı dünyada məşhur olduğundan əsasən çay qurudulmuş gül-çiçəklər, ədviyyatlar satılan böyük bir dükana girdim. İçəridə ikisi gənc oğlan, biri 60 yaşlarında kişi hərə öz işində idi. Məni görcək həmin yaşlı kişi yaxınlaşdı.

Adəti üzrə azərbaycanca salam verdim.

- Əleyküm salam, - gözaltı məni süzdü.

- Sizdə çay var, Çin çayı olsun, yarpaq çay… - satıcının tam anlamadığını hiss edib həm sözlərlə, həm əl işarələri ilə tərif etməyə başladım.

Sonradan adının Abdulla olduğu aydınlaşan kişi uyğurca gənclərə nəsə dedi həmin an iki iri taxta yeşik gətirib açdılar. Əsl mən istəyəndənqara yarpaq çay idi. Satıcı cəld termoz gətirib bir qaşıq çay tökdü, dəmləyib stəkanda mənə uzatdı:

- Baxın, əladır, əsl Çin çayıdır, - dedi.

Anlaşmağımız bir az çətin alınsa da, çay bizi həmsöhbət elədi.

- Özbəkistandan gəlmisiniz, yox, Qazaxıstandan… - sanki ölkəmin adını səhv deyibmiş kimi öz təbiirncə düzəliş elədi.

Burada hər kəs Orta Asiyadan gəldiyimi zənn edirdi. Başa düşürəm, həmsərhəddirlər, həm axı oranın camaatı bu yerlərə daha çox gəlib-gedir.

Bir az Azərbaycanı tanıtmağa çalışdım. Hiss elədim ki, ölkəmiz haqqında heç eşitməyib, amma bunu ustalıqla gizlətməyə çalışır.

- Dilimiz çox oxşardır, - Abdulla dedi, - Mən Qazaxıstana getmişdim, amma Azərbaycanda heç vaxt olmamışam. Biz yaşlılar sizi yaxşı başa düşürük, amma gənclər çox kitab oxuyur deyə dilləri bir az qarışıqdır.

Bir-iki ağız da söhbət elədik. İkram etdikləri çayı başıma çəkdim, sağollaşıb dükandan çıxdım.

Qarşı tərəfdəki iki mərtəbəli binanın birinci qatındakı misgərlik dükanına girdim. Sən demə bura böyük bir emalatxanaymış. Sənəti dədə-babadan miras alan miskərlər içəridə hazırladıqları qab-qacaqları küçəyə açılan dükandaca satırlarmış.

Burada öyrəndim ki, sənətkarlar əsasən turistlərin zövqünü oxşayan məhsullar düzəldirlər. Bunlar güldanlar, kuzələr, adi bakallar, sərniclər, qazanlar sairlərdir. Eyni zamanda sifariş götürürlər. Ən maraqlısı o idi ki, bütün emalatxananı  mini muzey kimi tərtib etmişdilər. Köhnə Kaşqara gələn əksər turistlər mütləq bura baş çəkir, hazır məhsullarla, miskərlərin işi ilə maraqlanır, xoşlarına gələni alandan sonra da xatirə şəkilləri çəkdirirlər.

 

Keçmişə səyahət

 

Köhnə şəhərdə təxminən 49 min ailə ya 220 min insanın palçıq kərpicdən tikilmiş evlərdə yaşadığını, sonradan başlarına gələnləri əsk etdirən çox möhtəşəm bir muzey var. Kaşqar Köhnə Şəhərin Mühafizəsi Kompleks İdarəetmə Memorial Muzeyini deyirəm. Bura gələn hər kəs şəhərin əvvəlki görünüşünü insanların yaşayışını aydın şəkildə hiss edə biləcəklər.

Kaşqar Köhnə Şəhərin Mühafizəsi Kompleks İdarəetmə Memorial Muzeyi 2015-ci ilin sentyabrında tikilib istifadəyə verilib. Bina, köhnə şəhərin yenidən qurulması mühafizəsinin nəticələrinin nümayişini özündə birləşdirir, yenidənqurma mühafizənin hərtərəfli idarəetmə təcrübəsini ümumiləşdirərək təbliğ edir.

Memorial zal ikimərtəbəlidir, ümumi tikinti sahəsi 3677 kvadratmetr, o cümlədən birinci mərtəbədə 1699 kvadratmetr, ikinci mərtəbədə 1978 kvadratmetrdir. Sərgi zalı köhnə şəhərin xatirələri, sökük şəhərin görüntüləri, yaşayış binalarının keçmiş hekayələri, layihənin tarixi, yeni evlər, yeni görünüşlər sair daxil olmaqla, əla "ev təsərrüfatının" səhnə nümayişi vasitəsilə ondan çox aspekti əhatə edir. Real səhnələrin bərpası qabaqcıl multimedia nümayişi üsulları yaşayış mühitində yer kürəsini sarsıdan dəyişiklikləri canlı qabarıq şəkildə göstərir,

Muzeyin binasına daxil olduqda Kaşqarın çox böyük maketi ilə qarşılaşdım. Vacib deyil 50-70 yaşınız olsun, bu maketi görsəniz özünüzü köhnə şəhərin dar küçələrində hiss edəcəksiniz. Sağdakı növbəti zala daxil olarkən isə köhnə şəhərin heç bir infrastrukturu, adi kanalizasiyası, işığı, suyu olmayan, küçələri zibillə dolu bərbad mənzərəsi ilə qarşılaşdım. Burada köhnə Kaşqarın əksəriyyəti bir-iki qatlı olan palçıq kərpicdən tikilmiş həyət evlərinin sanki sıxışdırıb əzdiyi dar qaranlıq küçələri indiki müasir Kaşqarın keçmişini bizə tam təfsilatı ilə nağıl edir.

Amma keçmiş keçmişdə qaldı, Çin Mərkəzi Hökuməti 2007-ci ildə bölgəni transformasiya etmək barədə qərar verdi 8 il ərzində 49 min ev ilkin vəziyyətinə qaytarıldı. Təmir-bərpa müddətində ev sahibləri bütün xərcləri dövlət hesabına olmaqla başqa məhəllələrə köçürülüblər. Ancaq sakinlərə öz evlərinin dizayn prosesində iştiraka şərait yaradıblar.

İnvestisiyaların böyük hissəsi mərkəzi hökumət, bir hissəsi Sincan regional hökuməti, bir hissəsi isə Kaşqar Bələdiyyəsi tərəfindən qarşılanıb. Bununla da rayonun tarixi-mədəni fakturası qorunub saxlanılıb, təhlükəsiz yaşamaq üçün əlverişli şəhər yaradılıb. Layihəyə ümumilikdə 7 milyard yuan xərclənib. Nəticəsi budur ki, indi hər bir evdə işıq, su, təbii qaz var.

Muzeydə öyrəndim ki, yeni binalar tikilərkən həm bölgənin seysmik vəziyyəti nəzərə alınıb. Rayonda sosial obyektlər, idman kompleksləri yaradılıb. Ev sakinləri istədikləri halda həyətlərində kafe, dükan açaraq həm özləri qazanırlar, həm ümumilikdə turizmin inkişafına töhfə veriblər.

Yeri gəlmişkən, hətta UNESCO rəsmiləri şəhərə gələrək transformasiya prosesi ilə yerindəcə tanış olublar. Ancaq onlar hər hansı xoşagəlməzliklə üzləşməyib, şikayət eşitməyibər. Bu, “insan mərkəzliyanaşmanın ən yaxşı nümunələrindən biridir.

 

Çinin ən iri məscidiİd Kah

 

Köhnə şəhərlə üzbəüz, qapıları mərkəzi meydana açılan möhtəşəm bir məscid var - İd Kah Məscidi. Bu, Sincanın Uyğur Muxtar Rayonunun ən böyük məscidi Kaşqarın simvollarından biridir. İbadət ocağı 1442-ci ildə tikilib. Amma əslində məscidin təməlinin 9-10-cu əsrdə atıldığı deyilir. Güman olunur ki, indiki məscid əvvəl mövcud olmuş daha qədim məscidin dağıntıları üzərində inşa edilib.

Pilləkənlərlə qalxıb ortada yastı günbəz, sağında solunda o qədər hündür olmayan minarələr ucalmış tarixi binaya daxil olanda qarşımda yerə daş plitələr düzülmüş, tamamilə yaşıllığıq içində çox geniş həyət açıldı. Hətta bura nağıllardakı şah bağlarını xatırladır desəm yanılmaram. Bağın o biri başında isə məscidin əsas binası yerləşir.

Döşəməsi başdan-başa xalılarla örtülü olan məscidin əsas zalında 400 mömin eyni vaxtda gündə beş rükət namaz qıla bilir. Yan zallar da var, üstəlik namaz qılmaq üçün xalılar döşənmiş çox geniş eyvan ya artırma da mövcuddur.

Yeri gəlmişkən, hardansa oxumuşdum ki, ümumi sahəsi 16800 kvadratmetr olan məscidin daxili zalları bütün həyəti eyni vaxtda 20 min insanın namaz qılmasına imkan verir. Xüsusilə cümə xütbələrində İslamın müqəddəs günlərində bura ibadətə gələnlərin sayı daha çox olur.

Məscidin daxili görünüşü olduqca sadədir. Yaxın Şərq ölkələrindəki kimi zəngin bəzək işıq saçan ornamentlərlə süstlənməyib, tikinti əsasən Orta Asiya memarlığına əsaslanıb. Yuxarıda imamın xütbə oxuması üçün minbər qoyulub, qarşı divarda isə böyük bir xalça asılıb. Onu 2013-cü ildə bayram münasibətilə Sincan Regional Hökuməti məscidə hədiyyə edib. Simvolik mahiyyət daşıyan xalının üzərində 56 etnik qrupu təmsil edən 56 nanə yarpağı işlənib.

Burada haşiyəyə çıxaraq qeyd edim ki, Çində, o cümlədən Kaşqarda hər bir vətəndaşın dini inancı dövlət səviyyəsində qorunur. O cümlədən, hazırda söhbət açdığım İd Kah Məscidi böyük miqdarda vəsait xərclənərək üst-üstə beş dəfə təmir olunub. Özü təmir-bərpa zamanı məscidin ilkin vəziyyəti qorunub saxlanılıb.

 

Xöşbəxt insanların şəhəri

 

Uzunömürlülər  diyarı olan Kaşqar, Çində 100 yaşdan yuxarı insanların ən çox olduğu şəhərdir. Amma təbii ki, keçmişdə bu yerlərdə həyat indiki kimi dinc olmayıb. Nəzərə alaq ki, Kaşqar Qırğızıstan, Tacikistan Əfqanıstanla kəsişmə nöqtəsinə yaxın yerləşir. Onillərdir Əfqanıstanda qanlı müharibə terror hadisələri bitib-tükənmir. Hətta ABŞ-ın Suriyadan İŞİD üzvlərini daşıdığı Vaxan dəhlizi cəmi 250 kilometr məsafədə yerləşir. Uzun illərdir Əfqanıstanı müharibə meydanına çevirən ABŞ əlaltılarının məqsədi məhz bu yolla vəziyyəti nəzarətdən çıxararaq terroru qonşu ölkələrə, ö cümlədən Orta Asiyaya Kaşqarın timsalında Çinə yaymaq olub. Amma qüdrətli Çin dövləti öz sərhədlərini qorumağı bacarır. Nəticəsi budur ki, günümüzdə Kaşqar insanların xoşbəxt yaşadığı tamam başqa planeti xatırladır.

Çinin mərkəzi hökuməti bu şəhərin inkişafı üçün 130 milyard yuan ayırıb Kaşqarın 12 rayonunda yaşayan 200 minədək ailə yoxsulluqdan qurtarılıb. İnfrastruktur, məşğulluq, səhiyyə təhsil kimi sahələrdə əsl inqilab edilib.

Bu gün Kaşqarın nəinki şəhərdə, ən ucqar kəndində belə uşaqlar təhsil alır. Özü normalda Çində icbari təhsil 12 il olsa da, burada 15 ildir təhsil tamamilə pulsuzdur. Dərsliklər digər məktəbli ləvazimatları da uşaqlara pulsuz paylanılır.

Kaşqar məktəblərində dərslər uyğur Çin dillərindədir. Həm dərsi uyğur çinli müəllimlər birlikdə keçirlər. Bütün Sincan Uyğur Muxtar Rayonunda olduğu kimi, Kaşqarda da Çin heroqlifləri ilə yanaşı ərəb qrafikasına əsaslanan uyğur əlifbası öyrədilir.

Bu bölgədə sakinlər işə gedərkən körpələrinin baxımından narahat olmasınlar deyə dövlət 3-6 yaşlı uşaqlar üçün 120-dək körpələr evi açıb. Məhz bu proqram sayəsində kənd sakinləri övladlarını həmin bağçalara qoyub işə gedirlər.

Ən maraqlı məqam budur ki, uşaqlarını bağçaya yazdıran ailələrə hökumət ildə 2800 yuan müavinət verir.

 

İqtisadi tərəqqi

 

Əvvəllər kustar kənd təsərrüfatı rayonu olan Kaşqar bu gün bölgənin inkişaf etmiş sənaye mərkəzi rolunu oynayır. Tanrı dağları ilə Kunlun dağları arasındakı, Kaşqar Qızılsu çaylarının suvardığı bu münbit vadi Çinin ən məhsuldar pambıq tarlalarını, çeşid-çeşid meyvə bağlarını bəsləyir. Son illərədək aqrar xammal bazası rolunu oynayan bu məhsuldar vadi indi mərkəzi hökumətin icra etdiyi böyük layihələr nəticəsində ölkədaxili xarici bazarlara emal sənayesi məhsullarının ixracı ilə məşhurdur.

Günümüzdə Kaşqarın inkişafına töhfə verən şirkətlərdən biri olan Xinjiang Agricultural Technology Inc. 2015-ci ildə kənd sakinlərinə dəstək məqsədilə yaradılıb. Onlar kənd təsərrüfatı elmi-tədqiqat institutları ilə əməkdaşlıq şəraitində hər il istehsalı planlı şəkildə inkişaf etdirirlər. Deməli, şirkət kəndlilərin məhsullarını alır, emal edir, qablaşdıraraq e-ticarət vasitəsilə dünyaya çıxarır. "Sincanın gözəl meyvələrini bizdən seçin" şüarı ilə həyata keçirilən bu proses həm yerli camaatın rifahını yaxşılaşdırır, həm dövlətin xəzinəsinə töhfə verir.

2017-ci ildə 400 min yuan kapitalla işə başlayan bu şirkətin satışlarının həcmi günümüzdə yarım milyard yuanı keçib. Şirkət məhsullarını Niderland, Yaponiya Malayziya bazarlarına çıxarır.

Şirkətdə 300 işçi çalışır. Ən aşağı maaş 6 min yuandır. Bundan əlavə, kəndlilər boş vaxtlarında saathesabı əməkhaqqı müqabilində gəlib zavodda işləyə bilərlər.

Hazırda şirkətin 120 səhmdarı var ki, onlardan 57-si məhz etnik azlıq qruplarındandır. İdarə Heyəti 2-si uyğur olmaqla 5 nəfərdən ibarətdir. Daha maraqlısı odur ki, şirkət hər il ən yaxşı işçiləri səhmdarlar edir.

Mən bu yerdə bir incə məqamı da diqqətə çatdırmaq istəyirəm. Deməli, Sinciang Agricultural Technology Inc.- məhsullar iri xırdalar olmaqla bir-bir seçilərək təmizlənir, qablaşdırılır. Paketlərin üzərində isə uyğur çinli kimi görünən iki nəfərin şəkli əks olunub. Bunlar bəzən iki uşaq, bəzən iki böyük, bəzən biri böyük, biri kiçik olur. Amma əsas odur ki, həmişə biri uyğur, digəri xan çinli paltarı geyinir

Mövsümi təzə, eləcə quru meyvələr, badam, qoz sair sağlam məhsullar istehsal edən  şirkətin Kashgar Tianyi Jianggogo Food Products MMC, Kashgar Jianggogogo Biotechnology MMC, Kashgar Jianggogogo Scientific and Technical Food Products MMC Kashgar Jianggogo Electronic Commerce MMC kimi törəmələri var.

2015-ci ildən etibarən Kaşqarda istehsalat obyektləri logistika qovşağını - dəmir yolu hava limanını özündə birləşdirən ümumi sahəsi 356 kvadratkilometr olan mərkəz fəaliyyət göstərir. Bölgədən ixrac edilən məhsulların 70 faizi Kaşqarın payına düşür. Buradan əsasən tekstil, quru meyvə çərəzlər, yeyinti məhsulları, zərgərlik məmulatları, məişət texnikası avtomobil hissələri ixrac edilir.

 

Vüsal Tağıbəyli

 

Bakı-Urumçi-Kaşqar-Bakı

 

Həftə içi.- 2024.- 15-20 noyabr, ¹42.- S.7.