Rusiyadan istənilən təxrübatı gözləmək
olar
Qasım Hacıyevlə MÜSAHİBƏ
ABŞ-Azərbaycan və Ermənistan dövlət başçılarının
Vaşinqton görüşü,
əldə olunan razılaşmalar və perspektivlər müzakirələrin
gündəmini zəbt
edir. Zəngəzur dəhlizinin-TRIPP-ın açılmasına yönəlik
cərəyan edə proseslər yeni mərhələnin başlanğıcı
olmaqla yanaşı iddialı dövlətlərin
regionda yeni təhlükəli qığılcım
yaratma ehtimalını
da istisna etmir. Çünki Vaşinqton razılaşmasını
qəbul etməyən
şimal və cənub qonşularımız-
Rusiya və İranın etiraz və təhdidləri bitmir. Rusiyanın Azərbaycana qarşı sərin münasibətlərinin
daha da sərtləşdiyi
müşahidə olunmaqla
gərginliyin artacağı
deyilir. Hazırda Azərbaycan-Rusiya münasibətlərinin
səviyyəsi birmənalı
qarşılanmır.
Bu istiqamətdə hafta.az-a tarixçi alim Qasım Hacıyev danışıb.
- Rusiya-Azərbaycan arasındakı münasibətlərə tarixin fonundan baxsaq, Vaşinqton görüşündən sonrakı vəziyyəti necə şərh edərdiniz?
-XX əsrin əvvəllərində SSRİ məkanında Azərbaycana III ağır zərbəni vurdular. I ağır zərbə Gülüstan-Türkmənçay müqaviləsi, II zərbə İrəvanın Ermənistana verilməsi, III ən ağır zərbə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması idi. Bununla sanki dövlətimizin altına bir mina qoyuldu və onu idarəçisini - “pultu” Moskvanın əlinə verdilər. Moskva istədiyi zaman o düyməni basıb partlayış törədə bilərdi. 100 il boyunca xalqımıza bu zülmü davam etdirdilər. Sən demə bu, rus imperiyasının Azərbaycana, xalqımıza qarşı olan “böyük qardaşlıq” münasibəti imiş. Hansı ki, Rusiya rəsmiləri, sözçüləri bunu indi də dilə gətirib, yaxşılıq kimi dəyərləndirir, az qala Azərbaycanı bugünki proseslərin fonunda nankor adlandrırlar. Aydın məsələdir ki, çarizmi Rusiyaya gətirənlər bizə xeyir verməyə gəlməyib.
- “Rusiya xofu” Vaşinqton danışıqlarından sonra
sanki bir az da qabardı.
“Rusiya sakit dayanmayacaq”- deyə ictimaiyyət arasında narahatlıq var…
-Azərbaycanı uzun müddət özünün buxovları altında saxlayan Rusiya “parçala hökm sür” siyasəti nəticəsində tarixi faktları gizli saxlayıb özünü daha ədalətli, humanist qardaş kimi təbliğ edib, tariximizin öyrənilməsinə maneə olub. Bəli, bu qorxu hissi hələ də qalır. Tarixin müəyyən mərhələsində bu həqiqətləri tarixçilər, siyasətçilər bilirdisə, indi artıq müstəqilliyini tam olaraq qazanan Azərbaycan, xalqımız bilir və Rusiya siyasəti nəticəsində ağır mərhələlərdən keçdiyini açıq bəyan edir. Sadə vətəndaşlarımız da artıq Rusiyanın Azərbaycana qarşı hansı mövqe tutduğunu bilir. Bəzən özünü laqeyd, ikiüzlü şəkildə aparan adamlar hətta 44 günlük müharibədə Azərbaycan oğullarının qanı bahasına azad olunan torpaqların təmizlənməsini də Rusiyanın ayağına yazmağa çalışırlar. “Rusiya istəsəydi qoymazdı, o, şərait yaratdı…” deyirlər. Rusiya heç vaxt istəyərək, bilərək bölgədən, Azərbaycandan vaz keçməzdi və keçmir. Rusiya heç bir zaman Azərbaycanın zəfəri, uğuru üçün şərait yaratmayıb. Əgər yaratmış olsaydı, iki əsrdir başımızın üzərində qılınc kimi dayanmazdı. Yaxşı, 200 illik tariximizdə Rusiya Azərbaycanın öz torpaqları uğrunda suveren hüquqlarının bərpa edilməsini təmin etmək üçün niyə şərait yaratmırdı? Niyə Azərbaycan torpaqlarını Ermənistana verdi. Yaxud niyə Azəbaycanı özünün vassalına çevirmək iddiasından əl çəkmir. Birdəfəlik dərk edilməlidir ki, daim imperialist, işğalçı xisləti ilə dünyaya ağalıq etmək istəyən Rusiyanın 44 günlük müharibədə kənarda dayanması, müharibəyə müdaxilə etməməsi onun istəyi ilə deyil, buna məcbur qoyulduğu üçün baş verib. Bu gün Rusiya Azərbaycanın regionda ən mühüm layihələrdə xüsusi əhəmiyətə malik ölkə olduğunu bilir və bu prosesdə iştirak edən güclərin mövqeyinə görə davranır. Bununla yanaşı nə Rusiya, nə də regionda marağı olan digər güclər Azərbaycanın 44 günlük müharibəyə bu qədər tez hazırlaşdığını bilmədilər. Onlar Azərbaycanın əks hücuma keçərək erməni separatçı ordusunu torpaqlarımızdan qovacağını ağıllarına belə gətirmədilər. Ona görə də məğlub olacağımızı düşünərək həmin anı gözlədilər. Amma yanıldılar və Azərbaycan artıq öz gücünü və regiondakı liderliyini ilk olaraq həmin dövlətlərə sübut etdi. 44 günlük savaş bu millətin qürurunu, şərəfini necə özünə qaytardısa, ölkə başçısının apardığı qətiyyətli siyasət xalqımızda 200 illik tarixdə Rusiya zülmü altında yaranmış o qorxu hissini də yox edəcək. Torpaqlarıın işğaldan azad olunması uğrunda yaranan dövlət-xalq birliyi ilə bunu da adlayacağıq.
- Bu gün
Rusiyanı Azərbaycana
qarşı çıxmağa,
təhdidlər yağdırmağa
vadar edən səbəblər nədir?
- Rusiyanın XIX-XX əsrdən bu günə qədər Azərbaycan dövlətinə qarşı hansı cinayətkar əməllər dörətdiyi tarixən hər kəsə bəllidir və o hadisələrin şahidləri bu gün də var. Tarixin müəyyən mərhələlərində erməni daşnaqlarının Azərbaycana qarşı törətdiyi bütün işğalların, deportasiyaların, soyqırımların əksəriyyətinin arxasında Rusiya durub. Yoxsa kiçik erməni toplumu Azərbaycana bu qədər zərər vura bilməzdi. Amma Rusiyanın nə istəməsindən, regiona iddialı maraqlarından asılı olmayaraq Azərbaycan öz hədəflərinə çatmaq üçün dünyanın beynəlxalq iqtisadi, geosiyasi layihə şəbəkəsində ən önəmli yerlərdən birində dayanmağı bacardı. Azərbaycan məhz öz gücünə müstəqilliyini, suverenliyini bərpa edərək haqqını aldı və dünyaya tanıtdı. Azərbaycan bu yolda çox itkilər verdi. Rusiya bu reallığı qəbul etmir. Lakin ABŞ kimi böyük güclər bu reallığı gördü və məhz buna görə də Azərbaycanla strateji müttəfilik sazişi imzalandı. 8 avqust razılaşması xalqımızın taleyində çox güclü dönüş yaradacaq hadisə və qarşıda yeni perspektivlər açan başlanğıcdır. Ümid edirəm ki, bu başlanğıcdan sonra geriyə dönüş olmaz. Çünki bu razılaşmaya imza atan ABŞ dünyanın super gücü kimi dünyada baş verən bir çox gərgin hadisələrin fövqündə dayansa da, bu dəfə xalqın xeyrinə olan çox böyük sənədlərə imza atdı. Sülhün bərqərar olması üçün region dövlətlərinə imkan tanıdı və sanki qılıncı ilə ölməkdə olan rus imperiyasının başının üstündə dayandı. Kimlərsə BMT-nin 4 icra olunmayan qətnaməsini yada salıb, o sənədlərdə də böyük güclərin imzasının olduğunu, amma yerinə yetirilmədiyini bu günkü razılaşma ilə müqayisə edə bilər. Amma unutmayaq ki, artıq situasiya başqadır. Azərbaycan torpaqlarını işğaldan azad edib və region uğrunda mübarizədə ABŞ Rusiyaya yerini göstərir. Bu gün Rusiya əl-qolu bağlanmış vəziyyətdədir. Yoxsa çox hoqqalar çıxarardı. Bununla belə, Rusiyanın Azərbaycanın böyük dünya dövlətləri ilə yaxınlaşmasına necə qısqanc yanaşdığı sərgilədiyi aqressiv münasibətlə aydın görünür. Rusiya hər addımı ilə əldə etdiyimiz uğurları burnumuzdan gətirməyə çalışır. Lakin yeni reallıqda Azərbaycan dövləti, dövlət başçısı öz hədəflərinə doğru addım-addım irəliləyir. Azərbaycan Prezidenti o qədər ağıllı siyasət yeritdi ki, o alçaq imperiyanın yenidən qılıncını sıyırıb üstümüzə gəlməsinə imkan vermədi. Mən deyərdim ki, Qarabağın işaldan azad edilib öz yuridiksiyamıza qaytarılacağı çoxlarına gözlnilməz olduğu kimi, ABŞ-ın bu hətəkəti də gözlənilməz oldu. Hazırda İrandan da ləyaqətsiz təhdid və təkliflər irəli sürülüb. Rusiya da bu cür çıxışlar edir və hətta bəzi başqa dövlətlər də dişini qıcıyıb.
- Rusiya Azərbaycanı hədəfə
alan çıxışları
ilə sanki “qaşınmayan yerdən qan çıxarmağa"
çalışır. Rusiyanın
oxşar belə hadisələrdə hansı
qanlı addımları
atdığını nəzərə
alsaq, bu gün region üçün hansı təhlükə var və bu prosesdən
necə zərərsiz
çıxacağıq?
-Rusiya elə bir dövlətdir ki, nə olursa olsun, özünün qəniməti hesab etdiyi yerləri əldən vermək istəmir. Hər zaman başımızda böyüklük göstərən Rusiya Azərbaycanın regionda yaratdığı reallığı qəbul edə bilmir. Rusiya-Azərbaycan münasibətlərinə Vaşinqtonda keçirilən Tramp, İlham Əliyev, Paşinyan görüşündən baxsaq, rus hakimiyyəti Putinin simasında isterik vəziyyətdədir. Ona görə də Rusiya sözçüləri Azərbaycana regionla bağlı müzakirələr zamanı balansı qorumağı tövsiyə edən çıxışları ilə diqqət çəkdi. Digər bir tərəfdən Rusiya mətbuatının Azərbaycanın suverenliyinə təhdid yağdıran çıxışları, erməni əsilli rəssamın Xankəndidə abidəsinin sökülməsini Azərbaycana qarşı istifadə cəhdləri birmənalı qarşılana bilməz. Görünən odur ki, Rusiya-Azərbaycan münasibətləri məhz Rusiyanın regionla bağlı arzularının suya düşməsi üzündən qabarır. Təbii ki, hər bir dövlətin özünün öz siyasəti, mədəni, iqtisadi əlaqələri olmalıdır. Necə ola bilər ki, sən torpağı işğal et, maddi-mədəni sərvətimizi tala apar, özünə burada məmurlar hazırla, "5-ci kalon" hazırla, sonra da de ki, mən sənin xətrinə çox şey eləmişəm, üstümüzə minnət qoy. Belə bir şey yoxdur. Hətta XIX əsrdə Şuşada, İrəvanda, Bakıda məktəblər açan Rusiya burda da özlərinə məmurlar yetişdirmək, işğalçılıq niyyəti ilə siyasəti aparırdı. Rusiya Azərbaycan üçün nə edib. XX əsrin əvvəlləridə Azərbaycan insanını işlədib kapitalizm sisteminə uyğun istismar edib, sovet dövründə də sovet bataqlığına batıraraq, dövlətin strateji mövqeyi və başda neft olmaqla bütün iqtisadi qüdrətini sümürüblər. Rusiya bu məsələlərdə həmişə Azərbaycana və bütün SSRİ məkanına daxil olan dövlətlərə qarşı işğalçı siyasət aparırdı. “Parçala hökm sür” siyasəti ilə xalqların başına oyunlar açırdı. Rusiyanın yaxın tariximizdə Azərbaycanda törətdiyi qanlı 20 Yanvar hadisəsi, vertalyot qəzaları, mülki təyyarə qəzası, təhdid gəmilərin Xəzərə gəlişi, raket hücumu və sair - bütün bunların hamısı xalqa yaxşı məlumdur. Bu gün də Rusiyadan istənilən təxribatı gözləmək olar. Rusiya istənilən vaxt iqtisadi sanksiya tətbiq edərək, Azərbaycandan gedən malların qarşısını kəsməklə, daxili təxribatlar yaratmaqla bərabər, həm də hərbi-strateji baxımdan Azərbaycana çox zərbələr vurub. Son dövr hadisələri göstərir ki, Rusiya hələ bu siyasətindən əl çəkməyib, öz mənafeyi üçün lazım olan tələbləri qoyur, yerinə yetirilməyəndə təhdidlərə keçir. Amma artıq o zaman deyil. Azərbaycan başladığı azadlıq, müstəqillik, suvrenlik, dünyaya inteqrasiya edən və dünya güclərinin hesablaşdığı ölkə olaraq öz siyasətini davam etməlidir. Hər bir qonşu dövlətin də borcudur ki, dövlətinin suverenliyinə beynəlxalq hüququna hörmətlə yanaşsın.
- Azərbaycan Rusiyanın Ukraynada SOCAR-a məxsus obyektləri vurmasına cavab olaraq, Ukraynaya silah yardımı ilə bağlı embarqonu ortadan qaldıra bilər. Proseslərin sonrakı inkisafını necə görürsüz?
- Təbii ki, Azərbaycan dövləti məqsədəuyğun şəkildə vəziyyəti nəzərə alaraq incə siyasət yeritməlidir və bunu edir. Ona görə də bu vəziyyətin perspektivini əvvəlcədən göstərmək çətindir.
- Okeanın o tayında olan ABŞ - Tramp dəhlizin təhlükəsizliyini yaxınımızda
olan Rusiyanın, İranın təxribatlarından
necə qoruya biləcək?
- Zəngəzur dəhlizinin açılması Azərbaycan dövləti üçün son dərəcə əhəmiyyətlidir. Bu yol xətti eyni dərəcədə Şərq, Qərb, Avropa ölkələri üçün də mühümdür. ABŞ-ın bu prosesdə vasitəçilik edib, həmin yola Tramp adını verməsi təsadüfi deyil. Məlumdur ki, dəhlizin açılışı bir neçə il Ermənistanla bərabər İranın da hesabına ləngidi. Əvvəl Rusiya Zəngəzur dəhlizinin açılmasının tərəfdarı idisə də, amma nəzərdə tutduğu şərtlər heç vaxt Azərbaycana xeyir gətirə bilməzdi. Necə ki, "Əsrin müqaviləsi" bağlananda 100 cür təhdidlər göstərdi, neçə illər sülh müqaviləsinin imzalanmasına maneə yaratdı, indi də Zəngəzurla bağlı eyni siyasəti yürütməyə çalışır. ATƏT-in Minsk qrupunun həmsdərlərindən biri kimi Rusiyanın tutduğu mövqe hər birimizin yadındadır. Başqa dövlətlər məsələyə münaqişənin həlli mövqeyindən yanaşanda, Rusiya münaqişəni alovlandıran mövqe tuturdu. Münaqişəni yaradan da, onu dərinləşdirən də Rusiya imperiyasıdır. Ona görə də Zəngəzur dəhlizi açılandan sonra nələrin baş verə biləcəyinə nikbin yanaşa bilmir, narahat oluruq. Lakin Vaşinqton danışıqlarının başında ABŞ kimi super güc dayanıb və onun Azərbaycanın gələcəyi haqqında belə bir qərar verməsi müsbət haldır. ABŞ Azərbaycan-Rusiya arasında yaranan gərginliyə laqeyd qalmayacaq.
Hər halda,
bu günün dünya iqtisadiyyatı Amerika dolları ilə dövr edir. Regionda ingilis siyasəti öz yerini tutdu. ABŞ NATO ölkəsidir,
BMT-nin üzvüdür.
O, Rusiyanın qarşısında
aciz qalan deyil, onun dediyi
olacaq. Əgər danışıqlardan az sonra sülh müqaviləsi imzalanarsa,
Rusiya səsini çıxara bilməz. Yəqin ki, Rusiya Ukraynadan istifadə edərək özünə nəfəslik
açmaq üçün
çabalayacaq. Ancaq Azərbaycan tək deyil, özünün mövqeyi, prinsipləri, dost dövlətləri var. Və nəhayət,
əgər Rusiya dəhlizlə bağlı
əks mövqe tutub, təxribatlar törədərsə, ziyan
çəkən özü
olacaq. Şübhəsiz
ki, ABŞ gəlib “Qafqazda oturub” dəhlizi qorumağa söz verə də bilər, verməyə də bilər. Hər halda, Azərbaycan müstəqil siyasət yeridən dövlət kimi bunu dərk
edir və anlayır. Bunun üçün onun hərbi qüdrəti, düşmənə cavab
vermək iqtidarı, güclü dövlətlərlə
strateji müqavilələri
var. Azərbaycan tək deyil və əvvəlki kimi Rusiyanın təsiri altında qalmayıb. Onun müstəqil siyasəti,
müstəqil dövlət
başçısı var.
Dövlət başçısı
belə məqamda hansı siyasəti yeritməyin lazm olduğunu yaxşı bilir və o cür də davam edir. Ona
görə də konkret olaraq “nə ABŞ, nə Tramp gəlib sərhəddə ermənilərin
Azərbaycana qarşı
təxribatının, İranın,
Rusiyanın təhdidlərinin
qarşısını alacaq”
deyə ümidlənmirik.
Amma hər halda NATO bölgə ilə bağlı istədiyinə çatır.
ABŞ dünyanın ən
gücü dövlətidirsə,
danışıqların arxasında
durursa, onun görəcəyi iş yolun açılmasını
təhlükəsizliyini təmin
etməkdir. O sülh müqaviləsi bağlansın,
yolu təhlükə
və təhdidlərdən
qorumaq üçün
təkcə ABŞ yox,
bütün Avropada, Qərbdə sülhün,
iqtisadi inkişafın
tərəfdarı olan
dövlətlər çıxış
etməlidir. Azərbayan
öz sərhədini
qorumaqla yanaşı,
dəhlizə nəzarət
və qorunmasında da iştirak etməlidir. Bu prosesdə kimlərinsə
təhdid və təzyiqlərindən qorxub
geri çəkilmək
absurddur. Bu inkişaf yolu davam etməlidir. Ona görə də Azərbaycan, Türkiyə, Pakistanla birlikdə planlaşdırıb
hansı yolla müqavimət göstərmək,
müdafiə olunmağın
yollarını düşünmək
lazımdır. Həmişə
Azərbaycana mənəvi
dəstək olan ölkələr də bu məsələdə yanımızda olmalıdır.
Hesab edirəm ki, Azərbaycan nə Ermənistana, Rusiyaya, nə İrana - heç kimə etibar etmədən öz xarici siyasətini davam edəcək və bu təhlükəli
ehtimalların gerçəkləşməsinin
qarşısını alacaq.
Tahirə
Qafarrlı
Həftə içi.- 2025.- 21-27
avqusr, ¹31.- S.3.