“KATREN” – ÇƏLƏNGLƏRDƏN
ÇƏLƏNG
(Zaur Ustacın
sonetləri haqqında)
Zaur Ustac
müasir Azərbaycan
ədəbiyyatının üzdə
olan simalarından biridir. Bu məqamda
onu qeyd etmək yerinə düşər ki, son illərdəki fəaliyyətini gözlər
önünə gətirsək,
Zaur Ustac yaradıcılığının əhatə dairəsini hər hansı bir məkan və ya coğrafi
ərazi subyektilə məhdudlaşdırmaq ədalətsizlik
və böyük yanlışlıq olardı.
İnternet resurslarından və
müasir texnoloji üstünlüklərdən məharətlə
yararlanan Zaur Ustac Azərbaycan hüdudlarını çoxdan
aşmışdır. Şeirlərinin
müxtəlif dillərə
tərcümə olunması
və doğma ana dilində fərqli qrafikalardan geniş istifadə onun internet üzərindən
böyük auditoriyaya
çıxışını asanlaşdıran əsas amillər kimi qiymətləndirilməlidir. Yenə
son illərdə haqqında yazılan yazılara diqqət yetirsək, əksər qələm yoldaşları, ədəbiyyatçılar
onu öz yazı üslubu olan yenilikçi şair, yazıçı kimi xarakterizə edirlər. “Zaur Ustacın ədəbi
fəaliyyətinin bir yönü də onun mövzu
seçimidir. O, əksərən
“baxımsız qalmış”,
gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz
yetirir, necə deyərlər, kölgədə
saxlanılan həqiqətləri
gün işığına
çıxarır, yaddaşları
dirildən kitaba çevirir.
Bu da onun vətənsevərliyini
fərqləndirən cəhətlərdəndir.
Çünki o, sosial-ictimai
maraqla mənəvi marağın kəsişmə
bucağını müəyyən
etməyi bacarır.
O, ədəbi ştamplardan
uzaqdır. Tarixi-mənəvi
müstəvimizdə gəzişmələr
edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır.” - “Ədəbiyyat
qəzeti”nin ¹ 46 (5274) 17 oktyabr
2020-ci il tarixli sayının, 29-cu səhifəsində
dərc olunmuş tanınmış ədəbiyyatşünas
alim, tənqidçi Qurban Bayramovun “Zaur Ustac-qələmdar olmaq missiyası” adlı yazısından təqdim etdiyim bu kiçik hissəyə diqqətlə
nəzər salsaq, Zaur Ustac yaradıcılığında
ilk baxışda nəzərə çarpmayan
və ya az nəzərə çarpan bir çox mətləbdən
agah ola bilərik.
“Məncə,
bir yaradıcı şəxs kimi onun ən əsas
məziyyəti yenilikçi
olması, ölçü
və çərçivələrə
sığmamasıdır. Zaur
Ustac ənənəvi
şeir formalarından
istifadə etdikdə belə, onun dəst-xətti aydın sezilir.” – bu fikirlər isə (“Kredo” qəzeti, 2020, 15 oktyabr, S.12) ədəbiyyatşünas–alim Ülviyyə Hüseynovaya məxsusdur.
Konkret olaraq
bu kitaba gəldikdə isə “Katren” adı ilk olaraq ekvivalent kimi “Xəmsə” kəlməsini xatırladır. Bu məqamda Zaur Ustacın yenicə işıq üzü görmüş “Vaqif Mustafazadə” kitabından
(“Rəylər” bölümündən)
Vaqif İsaqoğlunun “Zaur Ustac yaradıcılığında
bayatılar və sonetlər xüsusi yer tutur. Təkcə bu amil onun
nə qədər ümumbəşəri şair
olduğunu göstərir.
O, şərqli olduğu
qədər də qərblidir. Zaurun Vaqif Mustafazadənin 85 illiyinə həsr etdiyi sonetlər çələngi də formaca nə qədər qərblidirsə,
məzmunca bir o qədər şərqlidir”,
– rəyini
xatırlatmaq istəyirəm. Bu fikirlər necə də artıq yuxarıda bir dəfə xatırlatdığım
Qurban Bayramovun – “O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi
müstəvimizdə gəzişmələr
edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır” - fikirləri ilə səsləşir.
Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası” monoqrafiyasında
sonetlər haqqında
belə yazır:
“Sonetlər su çəkən kimi məni özünə çəkdi. Gözlərim
önündə “Yazıçı”
nəşriyyatında ötən
əsrin 70-ci illərində
çap olunan V. Şekspirin “Sonetlər” kitabı canlandı. O vaxtdan bu günə
kimi Azərbaycan şairlərinin qələmindən
(B. Adil istisna olmaqla) çıxan sonetləri oxumamışdım,
görünür, rastıma
çıxmamışdı, yoxsa gözümdən yayınmazdı. Bir sözlə, az qala əlli ilə yaxın idi ki, sonet
janrında şeir oxumamışdım, amma Zaurun qələmindən çıxan sonetləri böyük maraqla, böyük həvəslə
oxudum. Heyrətdən
əllərim üzümdə
qaldı. Bu sonetlərin sehrinə düşdüm,
cazibə qüvvəsindən
çıxa bilmədim.
Nə vaxtsa Zaurun sonetlərindən söz açmaq arzusu ilə sözümü tamama yetirmək istəyirəm.
Həm də istəyirəm ki, bilələr: Zaur Ustac müasir Azərbaycan poeziyasına yeni nəfəs və ovqat bəxş
etmiş istedadlı bir şairdir. Onun ürəklərə
yol tapan hər bir şeiri
Zaur dünyasının
böyüklüyündən, Zaur yaradıcılığının
zənginliyindən, novatorluğundan
xəbər verir.
“
“Sevgidolu şeirlər”
kitabının Ön
sözündə filologiya
elmlər doktoru, professor Vaqif Yusifli Zaur Ustacın
sonetləri haqqında
aşağıdakı qeydləri
etmişdir:
“Sonetlər çələngi
düzüb-qoşmaq şairdən
istedad tələb edir, gərək bu şeir növünün
formal tələblərinə
əməl edəsən,
həm də on beş sonetdə
məzmunu, irəli sürdüyün qayəni,
məqsədi sonadək
eyni ardıcIllıqla
davam etdirəsən. Hər sonetin axırıncı misrası
sonrakı sonetin ilk misrasına çevrilir və axırda-on beşinci sonetdə yeni bir sonet yaranır.
Fikir tamamlanır”.
Çox qiymətli
ədəbiyyatçıların, dünyagörmüş söz
adamlarının Zaur Ustacın özü, sözü haqqında fikirlərini diqqətinizə
çatdırdıqdan sonra
bu kitabda yer almış sonetlər çələngləri
barədə qısa qeydlərimi sizinlə bölüşmək istəyirəm.
Əvvəlcə onu qeyd edim
ki, yuxarıda adı çəkilən
ədəbiyyatçılar və digər tənqidçilər ayrı-ayrı
vaxtlarda bu kitabda yer almış
dörd sonet çələnginin hər
biri haqqında və ya ümumilikdə
öz fikirlərini bildiriblər. Bu rəylər dövrü mətbuatda, saytlarda, kitablarda dərc olunub.
Kitabda birinci təqdim olunan sonet çələngi
“Xudayar dastanı” adlanır. Bu çələng şəhid
Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunub. Çələngin XV soneti
belədir:
Xudayar çağırdı
anan adını,
Şəfqətlə əyilib öpdü üzündən.
Səni məhəbbətlə
bağrına basdı,
Oğul ətri
gəldi kövrək
sözündən.
Böyüdün həyatda ər oğlu ərtək,
İstədin yurddaşın olsun bəxtiyar.
Qarabağ uğrunda
gedən savaşda,
Adını tarixə yazdın, Xudayar.
Şəhidlik köynəyi geydin əyninə,
Düşməni almadın heç vaxt eyninə,
Qartaltək uçduğun
zirvəyə döndün.
Səsindən qələbə ətri ələndi,
Zəfər sevincinə torpaq bələndi,
Vətəndə əbədi nəğməyə
döndün.
Kitabdakı ikinci
sonet çələngi
Zaur Ustacın şəxsən tanıdığı
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş mayor Quliyevin əziz xatirəsinə həsr olunub. Bu sonet çələngi
haqqında digərlərinə
nisbətən az yazılsa da çox təsirli əsərdir. XV soneti diqqətinizə təqdim
edirəm:
Qoqi dağlarının
ətəklərində,
Şükür saf qəlbində, təmiz dilində,
Böyüdü bir barmaq, çiynində
çini,
Xətiri, hörməti
doğma elində.
Böyüdü həyatda ər oğlu ərtək,
Dostuna, tanışa
nümunə oldu.
Həyat çox
qəribə, yollar dolanbac,
İbrətli hekayə, nümunə boldu.
Yenidən dünyaya
gəldi elə bil,
Boğazlar qurudu,
söz tutmadı dil,
Ulu Bəhmənyarın
ruhuna rəhmət.
Qartaltək uçduğu
zirvəyə döndü,
Yenə həmin
tərəf, elə o
yöndü,
Qoqi dağlarında
həmin əzəmət…
Üçüncü sonetlər çələngi
şəhid mayor Nəcəfi Elxanın ruhuna ithaf olunmuş
“Hürriyyət elçisi”dir.
XV sonet belədir:
Bilirdi, “Sərhəddən
başlanır Vətən!”
“Ata”,
“Ana” deyil, “Araz” demişdi.
Nisgili, həsrəti dadmışdı
erkən.
Şəkər əvəzinə ayaz
yemişdi...
Babası hürriyyət
carçısı Həsən.
O taylı, bu taylı Yurd idi Elxan!
Anası
Afətdi, atası Şükür,
Güllü nənə demiş:
- “Qurd” idi Elxan!
Bir elin xanıydı, adıyla Elxan,
Əməli eylədi məşhuri-cahan,
Şəhidi – şühəda Nəcəfi
Elxan...
Ruhu Kərbəladan, qutu Nəcəfdən,
Bəzzdə məskən salan
ulu xələfdən,
Dərs
alan elçidi Nəcəfi Elxan...
Bu əsərdə,
sanki müəllif
demək istədiklərinin
hamısını demir...
Bəlkə gələcək
başqa əsərlər
üçün saxlayır.
Bütün əsərboyu
bir gərginlik, sıxıntı var. Hətta
bir neçə yerdə Vaqif Yusiflinin qeyd etdiyi qaydalar da pozulub.
Nəhayət, sonuncu və ən yeni yazılmış
sonetlər çələngi
Vaqif Mustafazadənin
85 illiyi münasibətilə
qələmə alınmış
“Vaqif Mustafazadə” əsəridir. Zaur Ustac burada, sanki
Azərbaycanın, Abşeronun,
Bakının, İçərişəhərin
mənzərəsi fonunda
Vaqif Mustafzadənin portretini yaradır. Bu məqamda Vaqif Yusiflinin “Vaqif Mustafazadəyə həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri
də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur”
- kimi
qiymətləndirdiyi, bu
kitabda yer almayan Zaur Ustacın Vaqif Mustafazadəyə ithaf olunmuş ingilis soneti formasındakı şeiri
sizə təqdim edirəm:
VAQİF
DÜNYASI
(Vaqif Mustafazadənin doğum gününə)
Vaqifin barmağından doğulan
bir dünya var,
Səmədin qələmindən doğulan
dünya kimi.
Yeddi
qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.
Vaqifin barmağından doğulan
bir dünya var,
Ana laylası kimi, nənə bayatısıtək.
Onun barmaqlarında dilə gəlir arzular,
Ata duası kimi, baba hayqırtısıtək.
Vaqifin barmağından doğulan
bir dünya var,
Ta qədimdən bu günə, ilmə-ilmə
toxunur.
Anamın
hanasında olan sirli naxışlar,
Vaqifin barmağında kəlmə-kəlmə
oxunur.
Vaqifin barmağından doğulan
bir dünya var;
Azərbaycandır adı, – mənim
yurdum bu diyar!
Diqqətimi maraqlı bir məqam cəlb etdi. Zaur Ustacın
publisistik yazılarından
və ayrıca kitab şəklində çap
olunmuş bu dörd sonetlər çələngindəki qeydlərdən
belə məlum olur ki, əsər ithaf etdiyi dörd
real şəxsdən ancaq
mayor Quliyevi şəxsən
tanıyıb. Digər
iki şəhidi isə çoxlarımız
da tanıyırıq. Ümumilikdə
götürdükdə üç
əsər şəhidə
həsr olunub. Zaur Ustac yaradıcılığının ən çiçəklənən
dövründə qəfil
vəfat etmiş Vaqif Mustafazadəni də şəhidlər sırasına qoşur. Demək olar ki, onu sənət fədaisi, milli-mənəvi
dəyərlər uğurunda
həyatını itirmiş
milli-mədəniyyət cəbhəsinin
şəhidi elan edir.
Yuxarıda istinad etdiyim qiymətli ədəbiyyatçıların
söz və fikirlərinə söykənərək
böyük inamla qeyd etmək istəyirəm ki, Zaur Ustac öz ədəbi
fəaliyyəti ilə
seçilir. Bu fərqlilik
onun yazı üslubunda, mövzu seçimində, ifadə
vasitələrində özünü
bariz şəkildə
göstərir.
Sözümün sonunda konkret olaraq yenə “Katren”ə gəlincə, bu kitab Azərbaycan ədəbiyyatı tarixində
bir ilkdir. Qurban Bayramovun illər əvvəl qeyd etdiyi, - “Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır.”
– fikri öz bəhrəsini verib. Zaur Ustac ustacsayağı bədii həll tapıb. Vaqif İsaqoğlu belə qeyd etmişdi: - “O şərqli olduğu qədər də qərblidir.” Bəli. Bax elə bu
prizmadan çıxış
edərək deyə bilərəm ki, Zaur Ustac beş poemadan ibarət olan “Xəmsə”yə ekvivalent olaraq dörd sonet çələngindən ibarət
“Katren”ini yaratmışdır.
Gələcəkdə digər
şairlərin də
yeni “Katren”ləri haqqında
yazmaq ümidilə sizə “hələlik” deyirəm.
Günnur Ağayeva,
müstəqil ədəbiyyatşünas-tənqidçi
Həftə
içi.- 2025.- 21-27 avqust, ¹31.- S.7.