Milli kinomuza yeni üslub gətirmiş
rejissorun vəfatından 27 il ötür
Tofiq Tağızadə dünya
kinematoqrafiyasının mütərəqqi
təcrübəsindən yaradıcı
şəkildə bəhrələnərək
nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi
üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə
dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə
Azərbaycan mədəniyyətinin,
kinosunun tarixində yaşayacaq. Çünki
onun yaradıcılığı
bənzərsiz, çəkdiyi
filmlər böyük
rejissor istedadının,
qəlbinin məhsuludur...
Hafta.az xəbər verir ki, bu
gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi,
Xalq artisti Tofiq Tağızadənin anım günüdür.
Tofiq Tağızadə
1919-cu il fevralın
7-də Bakı şəhərində
ziyalı ailəsində
dünyaya gəlib. O,
1938-ci ildə Azərbaycan
Sənaye İnstitutunun
Energetika fakültəsinə
qəbul olub. Amma bu institutda
təhsilini başa çatdıra bilmədi.
Müharibə Tofiq Tağızadənin də
həyatını məcrasından
çıxardı. Üçüncü
kursda təhsilini yarımçıq qoyaraq
cəbhəyə yollandı.
1941-ci ildə Rostov yaxınlığında gedən
döyüşlərdən birində ağır yaralandı. Döyüş
yolu bununla bitsə də, o dəhşətli günlərin
xatirələri yaddaşından
heç zaman silinmədi...
Geri döndükdən
sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq
fakültəsinə daxil
oldu. Arzusunda olduğu bir aləmə düşdü.
Bu ali təhsil
ocağında məşhur
kino xadimlərindən
və pedaqoqlardan dərs aldı.
Bir müddət
Moskvada çalışdı.
Ancaq Tofiq Tağızadə vətəninə
xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında
fəaliyyətə başladı.
Tofiq Tağızadə
“Görüş”lə
gəldi sənətə.
Azərbaycan və Özbəkistan pambıqçılarının
dostluğundan bəhs
edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.
Tofiq Tağızadə
müharibənin odundan,
alovundan keçmiş,
ağrı-acılarını çəkmişdi. Milyonlarla
insanın həyatına
son qoyan, şəhərləri, kəndləri
xarabalığa çevirən
bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı.
Çox gözləməli
olmadı. Azərbaycan
xalqının şanlı
oğlu, Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadənin
İkinci Dünya müharibəsi illərində
İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı
mübarizəyə həsr
edilmiş "Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə,
həm də aktyorlara böyük şöhrət gətirdi.
Bundan sonra
Tofiq Tağızadə
“Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın
mal alan”, “Mən ki, gözəl
deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü”, “Evin kişisi”, “O dünyadan salam” və başqa filmlərə quruluş verdi.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi
Tofiq Tağızadə
ömrünün son illərində xüsusi studiya da yaradıb.
Lakin amansız əcəl onun işlərini yarımçıq
qoyub. Tofiq Tağızadə 1998-ci il
avqustun 27-də dünyasını
dəyişib.
Həftə
içi.- 2025.- 28 avqust-3 sentyabr, ¹32.- S.8.