Qadın azad olanda...”

 

Eyni davranış kişidəyetkinlik”, qadında isəözbaşınalıqadlandırılır"

 

Bu gün Azərbaycanda ictimai nəqliyyatların sükanı qadınlara etibar edilir; qadınlar hüquq-mühafizə orqanlarında çalışır; yüngül atletikadan tutmuş, ağırlıqqaldırmaya qədər, demək olar ki, bütün idman növlərində çempion olur digər ağır fiziki işlərdə çalışırlar. Hələ onlaraqorunmalı obyektkimi baxılır.

 

Mövzu ilə bağlı Hafta.az-ın müsahibiTəmiz DünyaQadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.

 

Müasir dövrümüzdə hələ qadınlarıqorunmalı obyektkimi görənlər var...

Bizdəqadın azadlıqifadələrinin qorxulu səslənməsi azadlığın mahiyyətinin səhv oxunmasından yox, qadın üzərində qurulmuş nəzarət modelinin sarsılmasından qaynaqlanır. Azadlıq burada hüquq məsuliyyət kimi deyil, nəzarətdənçıxma, çərçivənipozma, itaətsizlik kimi kodlaşdırılıb. Uzun illər qadın azadlığı sosial sabitliyin kişi nüfuzunun əksi kimi təqdim edilib. Bu, psixoloji olaraq qadına inamsızlıqdan deyil, qadının öz həyatının subyekti olmasına qarşı daxili müqavimətdir. Qadın azad olanda, artıq kimsənin onun adına qərar vermək üstünlüyü qalmır. Bu isə bəzi insanlar üçün məsuliyyət itkisi deyil, hakimiyyət itkisi deməkdir. Ona görə azadlıq məsuliyyət kimi deyil, təhlükə kimi qəbul edilir.

Digər tərəfdən, biz azadlığı kişilər üçün özünüidarəetmə bacarığı, qadınlar üçün isə nəzarətsizlik riski kimi oxumağa öyrəşmişik. Eyni davranış kişidə yetkinlik, qadında isə özbaşınalıq adlandırılır. Bu ikilistandart qadının gücünə deyil, qadının seçmək haqqına olan qorxudan doğur. Əslində, azadlıq qadın üçün daha çox məsuliyyət deməkdir. Seçimlərinin nəticəsini daşımaq, öz həyatının yükünü çəkmək, riskləri dəyərləndirmək. Görünən budur ki, cəmiyyət qadını hələ qorunmalı obyektkimi görür. Problem qadını qorumaqda yox, onu obyekt kimi görməkdir. Qadın qorunmalı deyil, hörmət edilməli hüquqları təmin olunmalı fərddir. Düşünürəm,  cəmiyyət dəyişdikcə, təhsil düşüncə forması yeniləndikcə, bu yanaşma da tədricən zəifləyir.

Qadının gücü niyə qəbul olunmur?

Qadın güclü, müstəqil, qərar verən şəxs kimi çıxış edəndə bəzəntəhlükəli yauyğunsuzsayılır. Ona görə qorumaadı altında zəiflədilmiş rolda saxlanması daha rahat qəbul edilir. Səbəb təbii ki, müxtəlifdir.

Birincisi, qadın daha çoxailənin namusu”, “evin dayağıkimi təqdim olunub. Bu baxış qadını müstəqil fərd deyil, qorunmalı nəzarətdə saxlanmalı varlıq kimi göstərib. İkincisi, çox vaxtqorumaanlayışı qadının təhlükəsizliyini təmin etməkdən çox, onun davranışlarını məhdudlaşdırmağa çevrilir: hara gedə bilər, necə geyinməlidir, vaxt evə qayıtmalıdır sair. Bu isə qayğı kimi təqdim olunsa da, əslində azadlığın məhdudlaşdırılmasıdır. Üçüncüsü, bir çox ailədə qadınİnsanlar deyər?” düşüncəsi ilə sərt çərçivədə saxlanılır. Qadının davranışı ailənin nüfuzu ilə eyniləşdirilir, kişinin davranışı isə daha çox bağışlanır.

– Bir müddət öncə genderəsaslı zorakılığa qarşı kampaniya başladıldı. Məqsəd idi gözlənilən nəticəni verə bildimi?

Əslində, genderəsaslı zorakılığa qarşı kampaniya yalnız qadınlara deyil, bütün cəmiyyətə aid idi. “Gender” anlayışı həm qadın, həm kişi rollarını əhatə etdiyinə görə, zorakılığın qarşısının alınması prosesində hər iki cinsin iştirakı vacibdir. Kişilər bu kampaniyanın həm hədəf qrupu, həm tərəfdaşıdır. Gender stereotipləri onlara da təsir edir onlar da zorakılığın qurbanı ya şahidi ola bilirlər. O cümlədən baş verən qeyri-insani hərəkətlərin vaxtında qarşısını almaqda əsas hərəkətverici qüvvəyə çevrilə bilərlər. Kampaniya heç kimə qarşı ayrı-seçkilik etmirdi. Məqsəd hər kəsin təhlükəsiz, zorakılıqsız bərabər cəmiyyətdə yaşamasını təmin etməkdir. Necə deyərlər, heç kim kənarda qalmamalıdır. Yəni kampaniyanın mesajı təkcəQadınları müdafiə edəkdeyil, həm Sağlam münasibətlər quraq”, “Kişilər bu mübarizədə tərəfdaşdırlar”, “Heç kimə qarşı ayrı-seçkiliyə yol verilmir”, “Zorakılıqsız cəmiyyət hər kəsin haqqıdırprinsipinə əsaslanırdı.

Kampaniya çərçivəsində qadınların yaşadıqları əzablar, onlara qarşı ədalətsizliklər genderəsaslı zorakılığın doğurduğu fəsadlar haqqında çox danışıldı danışılır. Təbii ki, bu müzakirələrin məqsədi bərabərliyin təmin olunması cəmiyyətin şüurunda dəyişiklik yaratmaqdır. Axı cins fərqinə görə heç kəs öz ağlının, bacarığının, əməyinin bəhrəsindən məhrum edilməməlidir.

Ağıllı, bacarıqlı, potensialı olan qadına həqiqətən yol açırıqmı? Onun düşüncəsini, yaradıcılığını, analiz qabiliyyətini dəyərləndirə bilirikmi?

Bərabərlikdən danışdığımız halda, bərabərliyin dərin fəlsəfəsini dərk etməyən şəxsləri yarıyolda qoymaq cəmiyyətin özünü iflic edən bir prosesə çevirər. Qadının potensialı boğulduqca, toplumun inkişaf enerjisi zəifləyir. Bununla yanaşı, fikrimcə, sözügedən kampaniya yalnız qlobal problemləri təkrarlamaq deyil, hər ölkənin, hər cəmiyyətin özünəməxsus reallıqlarını, boşluqlarını həll yollarını müzakirə etmək üçün bir tribuna kimi dəyərləndirilməlidir. Yəni, sadəcə, zorakılığın faktlarını xatırlatmaq yox, həm qadının düşüncəsinin, ağlının, iradəsinin yaradıcılığının gücləndirilməsi üçün yol xəritəsi çəkmək lazımdır. Bərabərlik yalnız hüquqi anlayış deyil, dəyərləndirilmək, görünmək dəstəklənmək təcrübəsidir.

Təhsil gender bərabərliyi mövzusunda boşluqlar varmı? Gender bərabərliyi, qadının hüquqları məktəb ictimai müzakirələrdə yetərincə dərin şəkildə öyrədilirmi?

– Bu günlərdə bir psixoloqun müsahibəsində belə fikrə rast gəldim: “Ali təhsilli qadınla orta təhsilli kişinin evliliyi uzunömürlü ola bilməz”. Bu fikirlə razılaşmıram. Bu yanaşma mahiyyət etibarilə ayrı-seçkiliyə əsaslanır xüsusilə illərlə formalaşmış digər bir stereotipi – “Qadın kişidən daha çox qazandıqda, ailədə xoşbəxtlik mümkün deyil” – düşüncəsini gücləndirir. Biz gender bərabərliyi uğrunda mübarizə apararaq, cəmiyyətin köhnəlmiş düşüncə tərzindən azad olmağa çalışdıqca, təəssüf ki, bəzi təhsilli qadınların belə fikirləri əksinə olaraq, mövcud stereotipləri daha da möhkəmləndirir.

Ailənin sağlamlığı davamlılığı təhsil fərqindən ya maddi üstünlükdən deyil, tərəflər arasında qarşılıqlı hörmət, dəyərlərin uyğunluğu, emosional dayanıqlıq tərəfdaşlıq bacarığından asılıdır. Bu səbəbdən ailə qurmağa hazırlaşan şəxslər arasında belə stereotiplərin yenidən gündəmə gətirilməsi yox, əksinə, yeni dövrün dəyərlərinə uyğun şəkildə yenilənməsi aradan qaldırılması məqsədəuyğundur. Müasir ailə modeli qarşılıqlı anlayışa əsaslanmalı, fərqlərin deyil, dəyərlərin ortaq məqsədlərin üzərində qurulmalıdır.

Müasirliyin süni intellekt dövründəyik. Bu dövrə asanlıqla keçid edənlər var, tərəddüddə qalanlar haradasa qorxu hiss edənlər . Yanaşmanız necədir?

Texniki yeniliklər çox zaman insanın rahatlığı üçün nəzərdə tutulsa da, paradoksal şəkildə onun aktivliyini, funksionallığını hətta müstəqil düşünmə qabiliyyətini zəiflətmək təhlükəsi yaradır. Evimizi bizim yerimizə robotlar yığır, paltarları maşınlar yuyur, yeməyi ağıllı qurğular bişirir, yazıları süni intellekt hazırlayır; hətta təzəlikcə eşitdim, cimzidirməyi öz üzərlərinə götürüblər. Nəticədə, insanın özünüifadə imkanları azalır, gündəlik həyat bacarıqları kölgədə qalır, intellektual səylərə ehtiyac minimuma enir təbii ki immun sistemi çökür. Rahatlıq artdıqca, insanın hərəkətə, düşünməyə yaradıcılığa olan daxili tələbatı tədricən zəifləyir. Bilirəm deyəcəksiniz ki, xeyr, belə deyil. Bu, həqiqətdir. “Canrahatlığıkimi başa düşülən bu vərdişlərə alışdırmamağı tövsiyə edirəm. Çalışın, immun sisteminiz hərəkətsizlikdən çökməsin. bilmək olar, bir gün texnologiya dayanarsa, aciz gücsüz qalarsınız...

 

Mehriban Zeynalova

 

Müsahibəni apardı:

Arzu Zeynallı

 

Həftə içi.- 2025.- 18-24 dekabr, ¹48.- S.6.