Məqsəd xalqı başsız qoymaq idi

 

Tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz ilə hafta.az üçün budəfəki söhbətimizdə bu günlərdə 110 illiyi tamam olan Çanaqqala zəfərinin əldə edilməsində Azərbaycanın qardaş Türkiyə xalqına verdiyi dəstək, yaxın günlərdə növbəti - 107-ci ildönümünü qeyd edəcəyimiz  31 Mart Azərbaycanlıların Soyqırımı Gününün geniş mahiyyəti, XX əsrin əvvəllərindən başlayaraq 1988-1994-cü illərdə Qarabağın işğalına, Xocalı soyqırımınadək s. xalqımızın başına gətirilən bu kimi faciələrin əsas ideoloqu təşkilatçısının Rusiya imperiyası olması s. barədə danışdıq.

 

-Boran müəllim, martın 18-də qardaş Türkiyənin istiqlal savaşında böyük rol oynamış möhtəşəm Çanaqqala zəfərinin 110 illiyi tamam oldu. Həmin döyüşdə Azərbaycanın iştirakı barədə nələri söyləmək olar?

- Dünyada, demək olar ki, Türkiyə Azərbaycan xalqları arasındakı dərin qardaşlıq duyğusu, təmənnasız yardımlaşmaya nümunəni digər xalqlar arasında tapmaq mümkün deyil. Ümumiiyyətlə, XVIII yüzilliyin ortalarından bu günədək Qafqazda zaman-zaman sabitliyin yaranmasında Azərbaycan-Türkiyə dostluğunun müstəsna rolu olmuşdur. Biz bunu hər iki xalqın tarixindəki ağır dönəmlərdə çox aydın şəkildə görə bilirik. Belə məqamlar arasında ən bariz nümunələrdən biri Azərbaycan xalqının yetərincə çox sayda oğulları vasitəsilə I Cahan savaşı zamanı Çanaqqala döyüşündə ölüm-dirim savaşı aparan Türkiyə xalqına canıyla-qanıyla dəstək verməsidir...

Çanaqqala uğrunda döyüşən, şəhid olan Azərbaycan əsgərləri Türkiyədə daim ehtiramla anılır. Eynilə biz Azərbaycan xalqı olaraq 1918-ci ildə Bakının digər ərazilərimizin azad olunması uğrunda şəhid olmuş Osmanlı Türkiyəsindən gəlmiş oğulları böyük sayğı sevgi ilə yad edirik. Hətta qəddar sovet rejimi dövründə belə, xalqımızın məlumatlı nümayəndələri qardaş Türkiyənin bu dəstəyini daim anırdı. Təbii ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra bu sevgi sayğı ictimailəşdi, kütləviləşdi birə min artdı. dünən , bu gün eyni sevgi sayğını Türkiyə tərəfdən görürük duyuruq...

-On illərdir ki, biz yaxın günlərdə növbəti - 107-ci ildönümünü qeyd edəcəyimiz 31 Mart Azərbaycanlıların Soyqırımından danışanda əsas nifrət hədəfi kimi daşnak, yaxud bolşevik cildinə girmiş erməniləri götürürük. Amma axı bu qətliamın xarici təşkilatçıları da olub. Həmin vaxt bolşevik Rusiyasının lideri Leninin ŞaumyanaBakını tutmaq bizim üçün çox vacibdirməzmunlu teleqram vurması kiçik məsələ deyil. Xülasə, necə hesab edirsiz, 1918-ci ilin martından başlayaraq Azərbaycan ərazisində soyqırımın törədilməsində Rusiyanın rolu dərəcədə olub?

-XX yüzillikdə xalqımıza qarşı bir neçə dəfə - 1905-1907-ci, 1918-1920 1988-1994-cü illərdə soyqırımlar həyata keçirilmişdir. Həmin soyqırımların baş vermə səbəblərinin müqayisəli tənqidi təhlili göstərir ki, onların birbaşa əsas təşkilatçısı çar bolşevik Rusiyası, sovet Rusiyası olmuşdur. Bunun da məqsədi Azərbaycan xalqının milli mücadiləsinin qarşısını almaq olub. Məsələn, 1905-1907-ci illərdə milli oyanışın başlanması, milli azadlıq hərəkatının yeni bir mərhələyə qədəm qoyması çar hökumətini ciddi narahat edirdi. Ona görə etnik zəmində qarşıdurmalar yaratmaqla hər iki xalqı çox rahat şəkildə özünə tabe etdirmək siyasəti yürüdürdü. 1917-1918-ci illərdəki qətliam soyqırımların arxiv materiallarının fundamental araşdırmaların təhlili göstərir ki, həmin qırğınların təşkilində icrasında da bolşevik Rusiyası həlledici rol oynamış onların məqsədi Azərbaycanın müstəqillik qazanmasına mane olmaq, onun azad firavan bir dövlətə çevrilməsinə imkan verməmək idi. O dövrdə bolşeviklərin Bakıdakı silahdaşlarına erməni daşnaklarına verdikləri təlimatlarda da bunu aydın şəkildə görürük. Şübhəsiz ki, bu qırğınlarda bolşevik Rusiyasıyla yanaşı, icraçı olan ermənilərin rolunu vurğulamamaq yanlış olardı. Əgər çar yaxud bolşevik Sovet Rusiyası Azərbaycanın  müstəqillik əldə etməsinə yol verməməyi qarşısına məqsəd qoymuşdusa, ermənilər onları Azərbaycan ərazilərinə köçürüb yerləşdirən, onlara hər cür şərait yaradan dövlət yaratmağa köməklik etmiş Rusiyaya dəstək verməli idi. onlar da azərbaycanlıları məhv etməklə torpaqlarını ələ keçirərək əvvəlcə özlərinə dövlət yaratmaq, sonra isə Azərbaycanın digər torpaqlarını, xüsusən əbədi əzəli torpağımız Qarabağı işğal etmək məqsədi güdürdü...

 Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki,  31 Mart Soyqırımı günü adlandırırıq deyə, bəzi insanlarımız elə düşünür ki, Rusiyanın ermənilər vasitəsilə təşkil etdiyi bu soyqırım yalnız elə martın bir günündə baş verib. Bu tamamilə yanlışdır. Əslində azərbaycanlıların soyqırımı 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının birinci qurultayında qəbul edilən qərarlardan sonra başlanmış Xalq Cümhuriyyətinin yaranmasınadək fasiləsiz olaraq davam etmişdi. Amma AXC qurulduqdan sonra ilk dəfə 1919-cu ildə Azərbaycan parlamenti müzakirələr apararaq ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda öldürülən insanların xatirəsini yad etmək üçün bir günü simvolik olaraq qəbul etmək haqda qərar verdilər. nəticədə uzun müzakirələrdən sonra 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin törətdiyi soyqırımı daha çox soydaşımızın qətlinə səbəb olduğuna xüsusi qəddarlığıyla seçildiyinə görə bu iki tarix arasındakı 31 mart tarixini soyqırımı günü kimi qəbul etmək qərarına gəldilər...

-O da var ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı aparılmış soyqırımı aktları yalnız Bakıda, Qubada, Şamaxıda, digər bölgələrdə, ümumiyyətlə, Quzey Azərbaycanda deyil, həmçinin Güney Azərbaycanda da həyata keçirilmişdi...

-Bəli, doğrudur, digər bir məsələ 1918-ci ildəki soyqırımının arealıyla bağlıdır. Bəzilərimiz hesab edir ki, həmin soyqırımı yalnız Bakı ətraf kəndləri, bölgələri əhatə edib. Əslində isə bu genişmiqyaslı qətliam Quba-Qusar zonasından Bakıyadək Şirvanda, Şamaxıda, Kürdəmirdə, Ərəşdə, Zəngəzurda, Qarabağda, Naxçıvanda s. baş verməklə nəinki yalnız bütün Quzey Azərbaycanı, eyni zamanda Güney Azərbaycanı da əhatə etmişdir. Onu da deyim ki, Təbrizdə, Urmiyada, Səlmasda, Xoyda s. həyata keçirilmiş soyqırımı qurbanlarının sayına qəddarlığına görə Quzey Azərbaycandakından da dəhşətli miqyasda olmuşdur...

-Necə hesab edirsiz, elə “28 aprel inqilabıadıyla 1920-ci ildə Azərbaycanın işğalı ondan sonra ən azı 50-ci illərədək baş verən hadisələr mahiyyətcə Rusiya-bolşevik-sovet imeriyasının xalqımıza qarşı həmin soyqırımının davamı deyildirmi?

-Tamamilə doğru düşünürsüz. 1920-ci ildən sonra Azərbaycan xalqına qarşı aparılan qəddar repressiyalar heç 1918-ci ildəki soyqırımından geri qalmırdı. Bəziləri sovet dövründəki repressiyanı yalnız 37-38-ci illərə, uzaqbaşı 30-cu illərə aid edirlər ki, bu düşüncə yanlışdır. Əslində xalqımıza qarşı repressiyalar, dediyim kimi, elə 1920-ci ildən, AXC-nin süqut etdiyi, “28 aprel inqilabıadı verilmiş o müdhiş günlərdən başlamışdır. Bolşeviklərin ölkəmizin işğalı başlayan gündən keçən bir il müddətində Azərbaycanda  təxminən 48 min adam qətlə yetirilmişdir. Halbuki 1934-1939-cu illər ərzində 29 min adam repressiyaya məruz qalmış güllələnmişdir. Bir il ərzində 48 min insan qətli dəhşətli bir rəqəmdir. Belə çıxır ki, bolşeviklər həmin il boyu hər ay orta hesabla 4 min azərbaycanlını qətlə yetirirdi. Hər ayı da günlərə bölsək, deməli, hər gün təxminən 100-140 soydaşımız öldürülüb. Odur ki, tamamilə doğru buyurursuz ki, sovet dövründə xalqımızın başına gətirilən faciələr elə 1918-ci il soyqırımının müxtəlif üsullarla davamı idi...

O  da var ki, bu repressiyalar boyu xalqını, millətini düşünən, qürurlu, milli qeyrətli, ətrafındakı adamlara liderlik edə bilən, digər insanların özünə nümunə götürdüyü insanları məhv etməklə həm xalqı lidersiz, ziyalısız, başsız qoymaq idi. Eyni zamanda milli genefondumuza ağır bir zərbə vurmaqla gələcək nəsillə keçmiş nəsil arasındakı əlaqənin qırılmasına, yox edilməsinə hesablanmış bir proses idi. Həmin proses müstəqillik uğrunda mübarizəni görmüş, müstəqillik dövrünü yaşamış adamları məhv etməklə yenidən insanların düşüncəsində çar Rusiyası müstəmləkə dövrü barədəki təsəvvürü başqa ad altında, proletariat inqilabı adı altında yaşatmağa yönəlmişdi...

-Siz 1930-cu illərdə Azərbaycanda aparılmış repressiya prosesini xeyli dərəcədə araşdırmısız, bu haqdaBakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim Tələbələri (1937-1940)”   "Ağdam rayonunun Mərzili başqa kəndlərindən repressiya edilmişləradlı iki kitab yazmısız... Adama elə gəlir ki, sanki hansısa qüvvələr həmin repressiyalarda da daha çox erməni amilini qabardır dolayısıyla bu olayların əsas təşkilatçısı ilhamvericisi olan Rusiya-Sovet impriyası, Stalin rejimi onun əlaltısı Mir Cəfər Bağırovun ölkəmizdə qurduğu rejimin günahları yenə kölgədə qalır. Cəmiyyətə elə təlqin edilir ki, guya Azərbaycan “NKVD”-sindəki Markaryanlar, Sumbatovlar, Qriqoryanlar s. olmasaydı, həmin repsressiya törədilməz, Cavidlər, Cavadlar, Müşfiqlər haqsız, günahsız yerə məhv edilməzdi. sovet dövrünün sonlarından xüsusən onu da hələ qabardırdılar ki, guya məhkəmədə Bağırov deyib ki, xalqıma qarşı bu qədər qəddar olmağımın əsas səbəbi məni ermənilərin aldatması olub. Bu fikrə necə baxırsız?

-Tamamilə doğru bir baxışdır. Biz bir sıra tarixçilər öz araşdırmalarımızda o aspektə yer vermişik ki, əslində AXC-nin süqutundan başlanan repressiyaların birbaşa təşkilatçısı idarəedicisi sovet rəhbərliyi idi. Məsələ ondadır ki, Moskvadakılar Azərbaycandakı respressiyalarda əsas etibarilə ermənilərdən istifadə etməklə azərbaycanlıların qəlbindəki o kin nifrəti, o qəzəb dalğasını bolşeviklərə, Kommunist partiyasına, sovet rəhbərliyinə deyil, ermənilərə qarşı yönləndirirdi. Guya xalqımıza qarşı bu siyasəti birbaşa ermənilər yürüdürdü? Xeyr, bu azğın amansız siyasətin icra mexanizmi yerlərə bilavasitə Moskvadan, Sovet İttifaqı bolşevik-kommunist partiyası, dövlət rəhbərliyi tərəfindən hazırlanıb göndərilirdi. Azərbaycanda isə repressiyaların icrası xüsusən 1936-1937-ci illərdə “NKVD”- yenicə işə cəlb edilmiş orta təhsilli ən dəhşətlisi yalnız ibtidai təhsili olan rus erməni milliyyətindən olan müstəntiq digər kiçik vəzifəli əməkdaşlar tərəfindən həyata keçirilmiş günahı da əsasən onların üzərinə yıxmışlar. Bu da çox incə şəkildə düşünülmüş həyata keçirilmiş bir siyasət idi...

-İndiyədək danışdıqlarımızın məntiqilə belə çıxmırmı ki, nəinki 1905-1907-ci illərdən 1940-cı illərədək Azərbaycan xalqının başına gətirilmiş faciələr, eləcə 1948-1953-cü illərdə yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiyasından başlayaraq 1988-ci ildən yenə eyni ərazidən azərbaycanlıların zorakılıqla qovulması, 20 Yanvar qətliamı, Xocalı soyqırımı bütövlükdə torpaqlarımızın 20 faizinin işğalı da həmin Rusiya imperiyasının eyni soyqırımı siyasətinin davamı olub?

- Sovet rəhbərliyi 1948-1953-cü illərdə həmin soyqırımı siyasətini bu dəfə tamam yeni bir formada, amma eyni qəddarlıq amansızlıqla həyata keçirdi. Yüz minlərlə azərbayacanlı öz ata-baba torpaqlarından zorla köçürüldü. O dağlıq ərazilərdə yaşamış insanları guya Sovet dövləti üçün çox zəruri olan pambıq istehsalında işçi qüvvəsinin çatışmaması bəhanəsi ilə Mil-Muğanın susuz, ilan mələyən çöllərinə köçürlmüş onlar həmin iqlim şəraitinə uyğunlaşa bilməyərək eyni zamanda şəraitsizlikdən, qida çatışmazlığılndan cürbəcür xəstəliklərə düçar olmuş xeyli hissəsi dünyasını dəyişmişdir. Bu da faktiki bir xalqa qarşı başqa növ soyqırımı idi...

Təəssüf ki, müstəqillik illərində bir məqama diqqət yetirilmədi. Əslində bizim  hazırda həmin deportasiyanı həyata keçirmiş Rusiya dövlətindən təzminat, kompensasiya tələb etməyə tam haqqımız çatır. Stalin dövründən sonra deportasiya olunmuş azərbaycanlıların bir hissəsi böyük çətinliklə öz doğma yurdlarına qayıda bilməsələr , 1988-ci ildən başlayaraq Sovet İttifaqı sonra da Rusiya Federasiyası tərəfindən eyni siyasət davam etdirildiyindən nəinkiErmənistanadlanan Qərbi Azərbaycandan, üstəlik, Yuxarı Qarabağ ətraf bölgələrimizdən soydaşlarımız bir növ hərbi-siyasi deportasiyaya növbəti fiziki qırğınlara məruz qaldılar.

Xocalı soyqırımı da bu imperiya siyasətinin ən dəhşətli epizodlarından biri oldu. nəhayət, iki əsrlik bir müddətdə Çar Rusiyası sovet imperiyalarının  türk dünyasına Azərbaycana qarşı amansız siyasətində alət kimi istifadə olunmuş ermənizmə 44 günlük Vətən savaşı, həmçinin 2023-cü ilin  sentyabrındakı antiterror əməliyyatından sonra çox böyük zərbə vuruldu xalqımızın sonrakı tarixində yeni faciələrə yol açacaq dərin basdırılmış o gecpartlayanDağlıq Qarabağminası ərazimizdən təmizləndi. Ona görə ümid edirik ki, artıq bundan sonra Rusiya imperiyasının Azərbaycana qarşı apardığı bu soyqırımı, repressiya siyasəti həyata keçirməsi üçün heç bir vasitə imkanı olmayacaq...

 

Boran Əziz

Müsahibəni apardı:

Sultan Laçın

 

Həftə içi.- 2025.- 20 mart, №11.- S.6.