Azərbaycanda dövlət-ailə münasibətləri
Ailə cəmiyyətin kiçik,
lakin ən fundamental institutudur. İnsanlar ailə daxilində dünyagörüş, əxlaq
və davranış qaydaları ilə tanış olur, şəxsiyyətləri burada
formalaşır. Ailə
dəyərləri isə
bu qurumun mənəvi dayaqlarıdır
və bir ailənin nəyə inandığını, necə
yaşadığını, necə tərbiyə verdiyini göstərir. Bu dəyərlər nəsildən-nəslə
ötürülərək həm fərdi, həm də cəmiyyəti formalaşdırır.
Ailə dəyərlərinin
qorunması, inkişafı
və gələcək
nəsillərə ötürülməsi
cəmiyyətin sabitliyi
və rifahı üçün son dərəcə
vacibdir. Ailə dəyərləri dedikdə,
bir ailənin birlikdə yaşadığı
prinsiplər, əxlaqi
meyarlar, sosial davranış qaydaları
və emosional münasibətlər nəzərdə
tutulur.
Bu dəyərlərə sevgi,
hörmət, sadiqlik,
məsuliyyət, qarşılıqlı
dəstək, dürüstlük
və fədakarlıq
kimi əsas anlayışlar daxildir. Bu
dəyərlər uşaqların
formalaşmasında və
onların gələcəkdə
cəmiyyətə faydalı
fərdlər kimi yetişməsində böyük
rol oynayır.
Cəmiyyətin güclü olması,
ailə institutunun sağlamlığı ilə
birbaşa əlaqəlidir.
Ailə dəyərləri
cəmiyyətin ümumi
mənəviyyat səviyyəsini
yüksəldir. Uşaqlar
ailə daxilində davranış normalarını
öyrənir, hörmət
etməyi, səbirli olmağı, paylaşmağı
və məsuliyyət
daşımağı burada
mənimsəyir. Belə
formalaşan fərdlər
gələcəkdə daha
humanist, tolerant və vətənpərvər
olurlar. Ailə dəyərlərinin zəiflədiyi
cəmiyyətlərdə isə
sosial münasibətlərdə
pozulmalar, cinayətkarlıq
və fərdi məsuliyyətsizlik artır.
Qloballaşma, texnologiyanın inkişafı,
urbanizasiya və sosial şəbəkələrin
geniş yayılması
kimi müasir dövrün çağırışları
ailə dəyərlərinin
qorunmasını çətinləşdirir.
Gənclərin ailə
üzvləri ilə fiziki və emosional ünsiyyəti azalır, ailə içindəki birlik hissi zəifləyə bilir. Eyni zamanda,
bəzi xarici mədəniyyət nümunələrinin
mənfi təsiri ilə milli dəyərlər
də təzyiq altına düşür.
Bu səbəbdən ailə
dəyərlərinin qorunması
təkcə ailənin
deyil, bütöv cəmiyyətin və dövlətin vəzifəsinə
çevrilir.
Müstəqil Azərbaycanda dövlət
ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ötən əsrin
90-cı illərində ailənin
möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının
müdafiəsi sahəsində
ulu öndərin təşəbbüsü
əsasında Azərbaycan
Respublikası mühüm
beynəlxalq Konvensiyalara
qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BMT-nin “Qadınlar barəsində
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında”,
“Uşaq Hüquqları
haqqında”, “Ölkələrarası
övladlığa götürmə
ilə bağlı uşaqların müdafiəsi
və əməkdaşlıq
haqqında”, “Uşaqların
kənd təsərrüfatında
işə buraxılmasının
minimum yaşı haqqında”,
“Uşaq əməyinin
ən pis formalarının qadağan
edilməsinə və
onların aradan qaldırılması üçün
təcili tədbirlərə
dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət
tərəfindən ratifikasiya
edilmiş konvensiyalara
əsasən daxili qanunvericilikdə mühüm
islahatlar aparılmışdır.
“Ailə kəndli təsərrüfatı haqqında”,
“Uşaq hüquqları
haqqında”, “Əlilliyin
və uşaqların
sağlamlıq imkanları
məhdudluğunun qarşısının
alınması, əlillərin
və sağlamlıq
imkanları məhdud uşaqların reabilitasiyası
və sosial müdafiəsi haqqında”,
“Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında”, “Körpələrin
və erkən yaşlı uşaqların
qidalanması haqqında”,
“Uşaqların icbari
dispanserizasiyası haqqında”,
BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa
qarşı” Konvensiyasının,
onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının
alınması, aradan qaldırılması və
cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən
qanunsuz keçirilməsinə
qarşı” Protokolların
təsdiq edilməsi barədə, “Ərdə
olan qadının vətəndaşlığı haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi
haqqında”, “Ahıllara
sosial xidmət haqqında”, “Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında”, “Uşaqlı ailələrin
sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir.
Heydər
Əliyevin müəllifi
olduğu Konstitusiyamızda
da ailənin mahiyyəti,
ailə üzvlərinin
vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən
edilmişdir. Eyni zamanda, ailə dəyərlərini möhkəmləndirmək,
onun hüquq və vəzifələrini
müəyyənləşdirmək üçün 1999-cu ildə
Ailə Məcəlləsi
qəbul olunmuşdur.
Bu Məcəllə Azərbaycanda
ailə münasibətlərinin
normal hüquqi əsaslar
üzərində qurulması
və davam etdirilməsi üçün
hərtərəfli hüquqi
baza yaratmışdır.
Məcəllədə göstərildiyi
kimi, ailənin möhkəmləndirilməsi zəruri
amildir, ailə münasibətləri qarşılıqlı
məhəbbət və
hörmət hissləri
əsasında qurulmalıdır.
Ailənin işlərinə
kənar şəxslərin
müdaxiləsi yolverilməzdir.
Ailənin hər bir üzvü ailə qarşısında
məsuliyyət daşıyır
və onlar öz hüquqlarını
maneəsiz həyata keçirə bilərlər.
Milli-mənəvi dəyərlər
sistemində ailənin
rolunu müstəsna dəyərləndirən böyük
siyasi xadim xalqın genefondunun qorunmasında, cəmiyyətin
birləşməsində və
vahid məqsəd uğrunda səfərbər
olunmasında ailəni
daim müqəddəs
bir örnək hesab edir, bütövlükdə
cəmiyyətin azadlığını,
xoşbəxtliyini və
səadətini hər
bir ailənin xoşbəxtliyində və
səadətində görürdü.
Ulu Öndər siyasi aləmdəki uğurlarının
arxasında hər
zaman ailəsinin dayandığını
bildirirdi. O, öz xatirələrində qeyd
edirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət
işi ilə bağlı olub. Mən bütün həyatımı buna sərf
etmişəm və bu gün də
bu yolda çalışıram. Bu yolda
mənim həmişə
səmərəli, müvəffəqiyyətlə
çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi
mühit yaratdığına
görə mən xoşbəxt olmuşam. Həyatımın bütün
dövrlərində işlə
məşğul olduğuma
görə ailə məsələlərinə fikir
verməyə vaxtım
olmayıb. Bunların
hamısı Zərifə
xanımın üzərinə
düşüb və
o da bu vəzifəni şərəflə, sədaqətlə,
çox böyük məharətlə yerinə
yetirib...”.
Bu gün Azərbaycan dövlətinə böyük
uğurla rəhbərlik
edən, onu regionun ən qüdrətli dövlətinə
çevirən, dünya
liderləri sırasında
söz sahibi olan hörmətli Prezident İlham Əliyevin
ulu öndərin ənənələrinə
sadiqliyi, onun miras qoyduğu müqəddəs ailə
ənənələrini şərəflə
yaşatdığı göz
önündədir. Azərbaycan
dövlətinin bu gün dünyaya tanıdılmasında, onun
iqtisadi qüdrəti ilə yanaşı, mənəvi qüdrətinin
də artırılmasında,
respublikanın paytaxtı
Bakının böyük
siyasi tədbirlərin,
qlobal forumların keçirildiyi bir məkana çevrilməsində,
Azərbaycanın mənəvi
sərvətlərinin beynəlxalq
aləmdə geniş
təbliğ olunmasında
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
ölkə Prezidenti ilə çiyin-çiyinə
çalışması, bütün
taleyüklü məsələlərin
həllində onunla birgə olması, əslində, ulu öndərin
ailə ənənələrinin
ləyaqətlə davam
etdirilməsidir.
Ailə
dəyərlərinə xüsusi
diqqət yetirən Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb
ki, xalqımızın yaşaması,
öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər
əvəzolunmaz rol oynayır: “Ailə dəyərləri xalqımız
üçün həmişə
çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim
milli dəyərlərimizdir. Xalqımızın yaşaması
üçün, öz
mənliyini, qürurunu
qoruması üçün
ailə dəyərləri,
milli dəyərlər əvəzolunmaz
rol oynamışdır.
Ölkəmizin inkişafı,
müstəqilliyimizin daha
da möhkəmləndirilməsi üçün, milli dəyərlərin
tam şəkildə bərqərar
edilməsi üçün
ailə dəyərləri
daim yüksəklərdə
olmalıdır”.
Bu gün Azərbaycanda hər bir ailənin
sosial rifahını yüksəltmək, xüsusilə
qadın və uşaqların sosial-iqtisadi
vəziyyətini yaxşılaşdırmaq
üçün hökumət
mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir. Qəbul olunmuş bir sıra dövlət
proqramları və imzalanmış sərəncamlar
vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin
edilməsi, xüsusilə,
qadın və uşaq hüquqlarının
müdafiəsinin reallaşdırılması
üçün bütün
imkanlar yaradır. Sirr deyil ki, hər bir dövlətin
sağlam gələcəyinin
təminatı həmin
ölkənin uşaqlarının
necə müdafiə
olunmasından asılıdır.
Bu müdafiənin daha
möhkəm olması
üçün davamlı
olaraq milli qanunvericilik
və normativ-hüquqi
aktlar təkmilləşdirilib,
uşaq hüquqlarının
müdafiəsi, normal formalaşması
və uşaqların
sağlam böyüməsinə
yönəlmiş bir
çox dövlət
proqramları, tədbirlər
planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması,
bu siyasətin tənzimlənməsi, həyata
keçirilməsinin təmin
edilməsi, uşaqların
fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün
lazımi həyat səviyyəsinin təmin
olunması sahəsində
milli konsepsiyanı inkişaf
etdirməyə yönəlib.
Sevinc
Həftə içi.- 2025.- 8-14 may, ¹17.- S.4.