Heydər Əliyev şəxsiyyəti

ədəbi tənqid müstəvisində

 

Ayətxan Ziyadİsgəndərovun eyniadlı kitabı haqqında

 

Çoxəsrlik tarixi yolun sıralanmasında Azərbay­can üçün özünə həmişəyaşarlıq qazanmış bir yaddaş var: 1923-cü ilin 10 may tarixi. Qürurvericidir ki, bu tarix ilk xatırlandığında, öncə Ümummilli Lider Heydər Əliyevin adı   doğum günü yada düşür. Həmin vaxt çərçivəsindən bu gün bizi bir əsrdən artıq zaman uzaqlığı ayırır. Bu, elə bir yaddaşdır ki, zaman ötdükcə daha da möhkəmlənir. Ulu Öndər həmişə bizimlə olub olacaq! Hər hansı problemin həllində yolgöstərənimiz, ilham­verənimizdir bu gün . Xalq şairi Zəlimxan Yaqubun yara­dıcılıq gecəsindəki çıxışında (1998-ci il dekab­rın 19-u) söylədiyi kimi, harada olmasından hansı vəzi­fədə çalışma­sından asılı olmayaraq, əli həmişə Azərbay­canın, Azərbaycan xalqının üstündə olub. Vətən hər dara düşəndə, talebiçimli problemlə üzləşəndə sinəsini irəli verib, doğma yurdunun qoruyucu mələyinə çevrilib.

Həyat sənin iradəndən asılı olmayan döyüş meydanıdır. Heydər Əliyev, həm ona görə xoşbəxt taleli insandır ki, həyatın istəniləneniş-yoxuşundaözünəgüvənlik, müzəffər olacağına əminlik qoşa qanad kimi həmişə Onunla çiyin-çiyinə yol-yoldaşlığı edib: doğma Azərbaycanını aqrar respublikadan 15 ittifaq respublikası (keçmiş SSRİ) sırala­ma­sında aqrar-sənaye, elm, mədəniyyət, təhsil respublikasına çevirəndə (Azərbaycana I hakimiyyət dövrü nəzərdə tutulur), dünyaya meydan oxuyan “SSRİ” adlandırılan nəhəng bir dövlətin nəqliyyat, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə s.prob­lem­lərinin həllini çiyinlərinə götürəndə (SSRİ Baş naziri­nin I müavini işlədiyi illər nəzərdə tutulur), vətəndaş mühari­bəsi parçalanmaq təhlükəsi ilə göz-gözə duran Azərbayca­nını gözlə­nilən bəlalardan hifz edəndə , artıq dövlətçilik ənənələrini formalaşdır­mağa başladığı respublikamızı etibarlı əllərə əmanət edib haqq dünyasına qovuşanda da (1993-2003-cü illər nəzərdə tutulur).

Ömrümüzün Heydər Əliyevsiz zaman uzaqlığında hər hansı Azərbaycan övladının Ulu Öndəri ruhən xatırlamadığı, düşüncələrini paylaşmadığı gün olubmu? Qəribə səslənsə , faktdır ki, dövlət səviyyəli hər hansı işin icrasında düşün­cələri həmişə bizimlə olub. Bu ovqat o fikrə haqq qazandırır ki, “Özünü düşünənlər Tanrının ona bəxş etdiyi ömür qədər ya­­şa­­yırlar, xalqını düşünənlərin ömürü xalqının ömürü qədər­dir” (Qədim yunan fəlsəfəsindən).

Heydər Əliyevin siyasi hakimiyyət dövrü Azərbaycan dünyasında 4 nəslin tale yolundan keçib.

I nəsilUlu Öndərin Azərbaycana I hakimiyyəti dövründə kamillik yaşında olan­lar. Sonra­kı nəsilhəmin dövrdə (XX əsrin 70-ci illərində) gənclik yaşında olanlardır. O kəslər ki, Heydər Əliyev üslubundan, ideyalarından dərs götürüb silahlanıblar.

III nəsil – 1970-ci illərin məktəbyaşlılarıdır, Heydər Əliyev ideyaları bütünlüklə ruhuna hopan indi artıq kamil yaş həd­dində olan bir nəsil. Hansı ki, Ümummilli Lider ideyalarından əxz et­dik­lərini bu gün dövlətçiliyimizin inkişafı, Azər­bay­canımızın tərəq­qisi üçün həyata keçirir.

IV nəsil – XX əsrin 90-cı illərində yetişmiş, azərbaycançılıq ideologiya­sına sahib­­lənmiş gənclər.

Bu məzmunda Heydər Əliyevsiz ötən zaman məsafə­sindən bugünümüzə baxanda həyatımızın bütün mərhələ­lərində Heydər Əliyev ideya-siyasi istiqamətinin, yaradıcı fəaliyyətinin izlərini görürük.

Faktlara müraciət edək: Azərbaycana rəhbərliyinin I hakimiyyəti dövründə sosial-iqtisadi, elmi-texniki mədəni sahələrin inkişafında sürətli sıçrayışa nail oldu. 13 il 6 aylıq bir zaman aqrar ölkədən sənaye, kənd təsərrüfatı, mədə­niy­yət ( s.) respublikasına çevrilmiş bir respublika!

Azərbaycan bir sıra sahələrdə keçmiş İttifaq respublikaları arasında öncüllüyü ələ almış, 15 respublikanın ali hakimiyyət orqa­nı­na rəhbərlik edən dövlət başçısı (Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev) iki dəfə Azərbaycana səfərdə olmuşdur. Bunların hamısı Heydər Əliyevin siyasi uzaq­görənliyinin, gər­gin qabiliyyətinin nəticəsi idi.

Bu faktı da qeyd etməyə bilmərik ki, Azərbaycanın da zörən ittifaqtəşkiletdiyi dünyaya meydan oxuyan SSRİ adında döv­lət qurumunda idarəetmə siyasi səviyyəsinə ehtiyac duyulub ali hakimiyyət postuna dəvət almış iki azərbay­can­lıdan biri Heydər Əliyev olub.

Sonralar bu dövrlərin müqayisəsini edən Ümummulli Lider deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azər­baycanın dövlət suverenliyi iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyul­muş xalq potensialına əsaslanır” [Əliyev Heydər. ­Müs­təqilliyimiz əbədidir. 31-ci kitab., B., Azərnəşr, 2010, 512 səh. s.145].

Heydər Əliyev II dəfə Azərbaycana ali hakimiyyət orqa­nına rəhbərliyə dəvət alanda artıq 46 yaşında yox, 70 yaşla­rında ağsaqqal, dövləti idarəetmə işində bitkin təcrübəyə ma­lik müdrik ictimai-siyasi xadim, fenomenal rəhbər idi. Onun prezident seçkilərində xalqa verdiyi vədi xatırlayaq:   

Mən öz üzərimə,dediyim kimi, böyük məsulıiyyət götür­müşəm”, – söyləyirdi Heydər Əliyev, – “Məsuliyyət ondan ibarətdir ki, Azərbaycan dövlətini möhkəmləndirim, onun müs­­tə­qil dövlət kimi yaşamasını təmin edim Azərbaycan xalqını birləşdirim. Kim Azərbaycanı sevirsə, kim Azərbay­canın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbay­canın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu şüar altında, bu sözlər altında, bu amal altında birləşməlidir. Azərbay­can heç bir ölkənin təsiri altına düşmə­yəcək. Azər­baycan öz müstəqilliyini qoruyub, qoruya­caq da. Bu mənim bir prezident kimi siyasətimin əsas ana xəttidir. bunun üçün hamı bir yolnan getməlidir. Burda başqa yol yoxdur” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, B., Azərnəşr, 1998-ci il, 519 səh. s.141].

2023-cü ilinHeydər Əliyev İlielan edilməsi haqqında Prezident Sərəncamında deyilir: “Müstəqil Azər­baycan Ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoru­yub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifə­sidir”.

 

***

 

Heydər Əliyevin daha bir tarixi xidməti  gələcəyini qurub müəyyənləşdirdiyi Azərbaycan dövlətini əmin əllərə ötür­məsi­dir. Ulu Öndərin siyasi varisi İlham Əliyev haqqında söylədik­lərini xatırlayaq: “Mən İlham Əliyevə özüm qədər inanıram”.

Bu özünəgüvən Heydər Əliyevsiz yaşadığımız həyatın bütün sahələrində özünü təsdiq etmişdir: Azərbaycan dünya­nın qəbul edib hesablaşdığı bir ölkəyə çevrilmiş, xal­qımız üçün tale acısı olan Qarabağı erməni işğalından azad etmiş­dir. Bu gün Azərbaycan dünyanın region dövlətləri ilə bir masa arxasındaqərar tiutmaqsəlahiyyətindədir.

 

***

 

2023-cü ilin “HEYDƏR ƏLİYEV İLİ” elan edilməsi, yubiley ilinin Prezident Sərəncamı səviyyəsində qarşılanması Heydər Əliyev irsini öyrənənlər üçün yeni tədqiqat istiqamət­lərinin aşkarlanması işini şaxələndirmiş, yeni mövzulara işıq salmışdır.

Heydər Əliyev ideya­ları tədqiqatçı olaraq Ayətxan Ziyad İsgəndərovun yara­dı­cı­lı­ğın­da ana xətdir. Oxucuya təqdim olunan məqalələr bu qənaətin göstə­ricisidir.

Topluya, ümumilikdə, 8 məqalə daxil edilib: “Müstəqil­liyə uzanan ciha­dın sonucudayanıqlı suveren Azərbaycan”, “XX əsrin 60-80-ci illər xofudissidentlik (problemə Heydər Əliyev baxışı)”, “Azər­bay­canın döv­lət­­çilik konsepsiyasını yazan siyasi lider”, “Tarix yaradan siyasi xadim, dövlət qurucusu”, “Azərbaycan ­ ədliyyəsinin hamisi”, “Tarixi ədalətin təntənəsi beynəl­xalq hüququn bər­pası”, “Dövlət quruculuğunda prioritet sahə (Azər­bay­canın təhsil siyasətinə Heydər Əliyev baxışı)”, “Heydər Əliyev: Milli kimliyimizin qürur ünvanıbu sıradandır.

Heydər Əliyev şəxsiyyəti müəllif üçün kimdir?

Ümummilli lider”, “Ulu öndər”, “Azərbaycanın me­marı qurucusu”, “Azərbaycanın döv­lət­­­çi­­lik konsepsiyasının yara­dı­cı­sı”, “böyük dövlət xadimi”, “Tarix yaradan siyasətçi”, “Feno­men”, “Fövqəldərk”, “Fövqəl­­fitri qa­bi­­liy­­­­yət”, “Föv­qəl­­­anlam”, “Föv­qəl­­­ünsiyyət”, “Föv­qəl­zəka sahibi”, “Heydərxalq, xalqHeydər”, “böyük siyasi lider”… Bu bu kimi bir çox anla­yış­­ların, həmçinin bun­ların fövqün­də bütün digər fövqəl­insani məziyyət­lərin bir tam halında Heydər Əliyev şəxsiyyətində cəmləş­məsininsirri” (bu buna­bən­zər məntiqli sualların cavabı) kitaba daxil edilən məqalələrdə müxtəlif rakurslardan məqam-məqam açıqlanır.

Sual oluna bilər: Ümummillil Lider haqqında cild-cild əsər­lər yazılıb, “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvi­sindədərs vəsaiti qeyrilərindən hansı məziyyətlərii ilə fərq­lənir?

Münasibət AMEA-nın müxbir üzvü, tarix elmləri dok­toru, pro­fessor, mərhum Vəli Əliyevin zamanında əsərə yazdığı rəydə: “Ulu Öndər haqqında cild-cild kitablar yazılıb, bun­dan sonra da yazılacaqdır. Ancaq A.Ziyad Ulu Öndər haq­qında, hətta hamıya bəlli faktları, hadisələri tədqiqatçı olaraq özünəməxsus tərzdə publisistik dillə, poetik axarda çox gözəl nizamlayıb. Qələmə aldığı hər kəlmədə qoyulan prob­lemə A.Ziyadın özünə­məxsus baxış tərzi, Ümum­milli Liderin ideya­larına ürəkdən bənzərsiz bağlılığı görünür. Dərs vəsaitini qeyri əsərlərdən fərqləndirən məhz bu məziyyətidir”.

 

***

 

Heydər Əliyev dissident ədəbiyyatımövzusu Heydər Əliyev ideya-siyasi irsinin istiqamətlərindən yalnız biridir Azərbaycan ədəbiyyatında jurnalistikasında ilk dəfə 2008-ci ildə Ayətxan Ziyad tərəfindən tədqiqat obyekti olmuş, “Azər­bay­canjurnalında, “Azərbaycan Universitetinin Xəbərləri”ndə Paritetqəzetində dərc edilmiş, sonrakı illərdə ADPU Tədris Metodika Şurasının 27 oktyabr 2017-ci il tarixli iclasının qərarına əsasən (protokol ¹1) təsdiq olunan dərs vəsaitinə, 2023-cü ildə isə ADPU Elmi Şurasının 18.07.2023-cü il tarix­li 8 saylı qərarı ilə çap olunanHeydər Əliyev irsi müasir Azərbaycanın inkişafının bəzi məsələlərimonoqrafiyasına daxil edilmişdir.

 “XX əsrin 60-80-ci illər xofudissidentlikadlandırılan bu məqalə­də“Ədəbiyyat şəxsiyyət münasibətləriproble­minə toxu­nulur vəÜmummilli liderin simasında bir-birini tamamla­yan üç cəhət diqqətə çatdırılır: 1) şəxsiyyətin ədəbiy­yata diqqət qayğısı, 2) ədəbiyyatın öz borcunu şəxsiyyətə qay­tar­ması, baş­­qa sözlə, şəxsiyyətin sənətkar qələmi ilə əbə­di­­ləş­diril­məsi, 3) şəxsiyyətin ucalığının zamana görk olması prob­lemi.

Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisindəəsərini ərsəyə gətirməklə müəllif Heydər Əliyev şəx­siy­yətinə öz vətən­­­­daşlıq borcunu qaytarmaq, gücü müqabi­lin­də şəxsiy­yə­ti (Heydər Əliyevi) əbədilik ucalığında qərar­laş­dırmaq niy­yətini ortaya qoymuşdur. Bu məzmunda əsəri Heydər­­­­şünaslığın tədqiqinə HEYDƏR ƏLİYEV irsinə Ayətxan Ziyadın vətən­­daş borcu qismində dəyərlən­dirmək olar.

 

Zaur Ustac,   Yazarlarjurnalının Baş redaktoru,

Azərbaycan Yazıçılar və  Jurnalistlər birliklərinin üzvü

 

Həftə içi.- 2025.- 8-14 may, ¹17.- S.7.