Qarabağa qayıdış

 

İşğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq

 

Hazırda bu ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda da yeni yollar salınır bütün Qarabağ Şərqi Zəngəzuru əhatə edən geniş yol-nəqliyyat şəbəkəsi yaradılır

 

Bu gün erməni vandalizminin qurbanı olan 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Qeyd edək ki, həm miqyasını, həm həmin ərazilərin işğal dövründə məruz qaldığı dağıntıların ağır nəticələrini nəzərə alsaq, Azərbaycanda reallaşdırılan Böyük Qayıdış bütün dünyada analoqu olmayan bir prosesdir. Demək olar, əksər yaşayış məntəqələri sıfırdan tikilir. Böyük təəssüf qınaq hissi ilə vurğulamaq lazımdır ki, erməni barbarlığı nəticəsində Azərbaycan ərazilərinin minalarla partlamamış döyüş sursatları ilə çirkləndirilməsinə görə dünyada ilk sıralardadır.

Odur ki, Böyük Qayıdışı unikal edən işğaldan azad olunmuş ərazilərin əvvəlcə minalardan təmizlənməsi, sonra tamamilə dağıdılmış infrastrukturun bərpası yalnız bundan sonra yeni yaşayış məntəqələrinin inşasının mümkün olmasıdır. Üstəlik, bütün bunların yükü Azərbaycanın öz çiyinlərindədir dost ölkələrin müəyyən addımlarını nəzərə almasaq, hər şey daxili imkanlarımız, iqtisadi gücümüz ölkə başçısının sarsılmaz iradəsi hesabına həyata keçirilir.

Bununla bağlı Dövlət Proqramında qeyd olunur ki, Azərbaycan hökuməti 2027-ci ilə qədər Qarabağ Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır. Eyni zamanda, 2026-cı ildə qədər Ağdam-Xankəndi qaz kəməri tikiləcək, sərhəddə keçid məntəqələri fəaliyyətə başlayacaq. Həmçinin 2026-cı ilədək Qarabağ Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada həmçinin enerji, nəqliyyat, idman, sosial digər infrastruktur inşa olunacaq. 2026-cı ilə qədər burada 197 məktəbəqədər ümumi təhsil müəssisəsi tikiləcək bərpa ediləcək, 2027-ci ilədək isə regionda DOST mərkəzlərinin 7 filialı açılacaq.

Böyük Qayıdışa dair I Dövlət Proqramı ancaq bu ərazilərə insanları qaytarmaqla kifayətlənmir. Proqramda həm dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti, gələcəkdə məşğulluğun təmin edilməsi s. kimi kompleks məqsədlər nəzərdə tutulur. Bir sözlə, sənədə əsasən, 2027-ci ilə qədər regionda ipoteka sistemi istifadəyə veruilməlidir ilkin turizm infrastrukturu formalaşdırılmalıdır.

Artıq aparılan quruculuq yenidənqurma işləri nəticəsində Qarabağ Şərqi Zəngəzura yeni nəfəs gəlib. Tədbirlər Planına əsasən, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Xocalı s. rayonlara keçmiş məcburi köçkünlər köçürülüb. Bu günlərdə isə növbəti köç karvanı Şuşa, Xocalı şəhərləri Xocalı rayonunun Ballıca kəndinə çatıb. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdıb. Onların arasında Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçüb.

Xatırladaq ki, indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq: “Bildiyimiz kimi, artıq əhalinin doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan rayonundaağıllı kəndkonsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər Xocalı rayonlarına 34 500 ailəni köçürmək nəzərdə tutulur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırılmaq mühüm əhəmiyyət kəsb edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən, ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək

Ekspert hesab edir ki, ərazilərin iqtisadi inkişafını sürətləndirmək üçün özəl investisiyaların cəlb olunması da vacib şərtdir: “Bölgəyə gələcək istər yerli, istərsə xarici investorlar ilk növbədə yatırımlarının qorunduğuna əmin olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm qanunvericiliklə bağlı məqamlar daxildir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində partlayıcı olan qurğular digər partlayıcı qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir. Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə ki, 2026-cı ilə kimi ümumilikdə 280 min hektar ərazilər minalardan təmizlənəcək. Həmin dövr ərzində bölgəyə yatırılan investisiyaların sığortalanması mexanizmlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndəlikləri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri keçiriləcək müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların proqramda əksini tapan digər tədbirlərin reallaşması nəticəsində biz yaxın gələcəkdə bu bölgəyə böyük məbləğdə özəl investisiyaların yatırılacağına şahid olacağıq”.

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov deyib ki, 30 illik işğaldan Qarabağ Şərqi Zəngəzurda qalan yalnız xarabalıqlar basdırılmış minalar olub: “Bu gün Azərbaycan ermənilərin Qarabağda basdırdığı minaları təmizləyir, yəni "demining" prosesi aparır. Eyni zamanda, məhz Ermənistan işğalı nəticəsində xarabalığa çevirilmiş həmin əraziləri yenidən qurur, bərpa edir. Bu da Azərbaycanın gücünü göstərir bir daha təsdiq edir ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən siyasət Qarabağın Şərqi Zəngəzurun daha qısa müddətdə daxili maliyyə mənbələr hesabına bərpasına yönılib. Ona görə birmənalı şəkildə burada ölkə prezidentinin məskunlaşmanın intensivləşməsi ilə bağlı siyasi iradəsini qeyd etmək lazımdır. Çünki məhz bu siyasi iradə köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edir”.

Onun sözlərinə görə, dövlət proqramları, əsaslı investisiya qoyuluşları yol-nəqliyyat kompleksindəki problemlərin həllində, bu sistemin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayıb: “Nəticə etibarilə ümumi istifadədə olan yerli əhəmiyyətli magistral yolların, eləcə rayonlararası, şəhərdaxili yolların təmiri yenidənqurulması prosesi geniş vüsət alıb. Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılıb beynəlxalq standartlara uyğunlaşdırılıb, Azərbaycan qlobal nəqliyyat qovşağı kimi mövqelərini möhkəmləndirib. Torpaqlarımızın işğaldan azad edilməsi isə yol-nəqliyyat infrastrukturu sahəsində çağırışları yeniləyib azad edilən ərazilərdə yolların bərpasını bu sahə üzrə məsul olan qurumların bir nömrəli vəzifəsinə çevirib”.

Millət vəkili onu da qeyd edib ki, 2026-cı ilə qədər həm azad edilən bütün şəhərlərin daxili yollarının tikintisinin başa çatdırılması proqnozlaşdırılır: “Qeyd edim ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu təxminən 2300 kmyaxın 20 avtomobil yolu layihəsinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama torpaq işlərinin yerinə yetirilməsi qarşıya qoyulub. Diqqətçəkən məqamlardan biri odur ki, hazırda bu ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda da yeni yollar salınır bütün Qarabağ Şərqi Zəngəzuru əhatə edən geniş yol-nəqliyyat şəbəkəsi yaradılır. Yol həm inkişaf, yüksəliş rifah deməkdir. Bu gün Qarabağ Şərqi Zəngəzurda salınan yollar azad olunmuş ərazilərimizin bərpasında böyük rol oynadığı kimi, gələcəkdə bu torpaqların inkişafına xidmət göstərəcək”.

 

Sevinc

 

Həftə içi.- 2025.- 16-22 yanvar, №2.- S.4.