Əsas hədəf
Qərbi Azərbaycana qayıdışdır
Qərbi Azərbaycan İcması Ermənistanın
baş naziri Nikol Paşinyana görüşmək
üçün müraciət ünvanlayıb. Bu məsələ
ilə bağlı İrəvandan səs çıxmır.
Özünü demokrat adlandıran Paşinyan nədənsə,
məhz erməni faşizm ideologiyasının qurbanı
olmuş, öz dədə-baba torpaqlarından qovulmuş
yüzminlərlə qərbi azərbaycanlının
pozulmuş hüquqlarının bərpası istiqamətində
addım atmağa, siyasi iradə nümayiş etdirməyə
cəsarət etmir. Müsahibimiz millət vəkili, Qərbi
Azərbaycan İcmasının sədr müavini Məlahət
İbrahimqızıdır.
- Qərbi Azərbaycan İcması,
bütövlükdə dövlətimiz
soydaşlarımızın öz tarixi yurdlarına
qayıdışı ilə bağlı hansı ideoloji xətt
üzrə hərəkət edir?
- İllərdir, işğallarla əzilmiş
ruhumuz torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpasından
sonra yenidən dirildi. Artıq 44 günlük zəfər
savaşından sonra Qərbi Azərbaycanla bağlı
ideoloji xətt uğurla həyata keçirilir.
Bu gün qayıdışla bağlı yol xəritəmiz
Prezident İlham Əliyevin çıxışı ilə
daha da aydınlandı, gücləndi. Bu qayıdış
yolumuza işıq salır. Prezidentimizin televiziya kanallarına
müsahibəsində qərbi azərbaycanlılarla
bağlı fikirləri Azərbaycan cəmiyyətində,
türk dünyasında oğuz yurduna qayıdışın
öncədən müjdəsini vermiş oldu.
Düzdür, Ermənistan qapısını
açıb soydaşlarımıza “Gəlin, öz
yurdlarınızda yaşayın” demir. Qərbi Azərbaycan
İcması və bütün xalqımız hazırda Ermənistanın
sərhədləri daxilində qalan öz tarixi
torpaqlarına, yurduna qayıdışla bağlı strateji xəttin
ətrafında sıx birləşib.
Azərbaycan xalqı qayıdışa söykənən,
öz haqqını qorumağa hədəflənən bir
ideoloji xətt üzrə səfərbər olub. Qərbi Azərbaycan
İcması artıq hədəfinə çatmaq
üçün institutlaşmış qurum kimi fəaliyyət
göstərir.
Hazırda icmanın Almaniya, Türkiyə,
Fransa, İngiltərə və bir çox türk dövlətlərində
təmsilçisi var və koordinasiyalı şəkildə fəaliyyət
göstərir, konsepsiyası, əsasnaməsi, fəaliyyət
planı var. Məsələ tək qayıtmaq deyil. Bu, Qərbi
Azərbaycanın maddi-mədəni irsinin, tarixinin öyrənilməsi,
deportasiya, soyqırımlara məruz qoyulan,
hüquqları pozulan
insanlarımızın haqqının bərpa edilməsinə yönələn
vahid strategiyadır. Yəni, Qərbi Azərbaycana
qayıdış kompleks həllini gözləyən məsələdir.
- Məsələnin beynəlxalq gündəliyə
salınması prosesini necə dəyərləndirərdiniz?
- Faşist Petrosyanın dediyi kimi, ermənilər
zaman-zaman Azərbaycan xalqının mirasının
oğurlanması siyasətini yürüdüblər. Ona
görə də Qərbi Azərbaycan məsələsi
dünya ictimaiyyətinə anladılmalı və bunun
üçün də kompleks işlər görülməlidir.
Prezident də hər dəfə çıxışında
deyib ki, bir qarış torpaq belə güzəşt edilməyəcək.
Erməni havadarlarını qıcıqlandırmadan, Azərbaycan
xalqının, qərbi azərbaycanlıların dünya
tarixi mirasının bir parçası olduğunu tutarlı
faktlarla, sübutlarla təqdim etmək, təbliğ etmək
lazımdır. Ali rəhbər bu məsələyə tarixi
sübutları, faktları araşdırıb ortaya
çıxarmaqla o torpaqlar üzərində
haqqımızın bərpa edilməsi yolunun xəritəsini
cızıb və alimlərimizə, tədqiqatçılara,
bütün cəmiyyətimizə bu işdə səfərbər
olmaq üçün tapşırıqlar verib.
Məlumdur ki, müvafiq qurumlar
vaxtaşırı elmi konfranslar keçirir, tarixi, elmi nəşrlərin
təqdimatını aparırlar. Təkcə ötən il ərzində
icmanın rəhbər heyəti, alimlər, siyasətçilərdən
ibarət nümayəndə heyəti xarici ölkələrdə
bir sıra beynəlxalq təşkilatlarda iştirak ediblər.
Ən vacib məqamlardan biri də Azərbaycanda Qərbi Azərbaycanla
bağlı beynəlxalq konfransın keçirilməsidir.
Bütün bu proses eyni zamanda millətin tarixi
yaddaşını təzələyir, yeni nəslin
formalaşmasına, bilgilənməsinə kömək edir.
Bu, o cümlədən beynəlxalq aləmdə Qərbi Azərbaycan
nədir, erməni vandallarının Qərbi Azərbacanda
hansı cinayətləri törətməsinin təbliğatının
daha inamla aparılmalı olduğunu bir daha bizə anladır.
Parlamentdə dinləmələrin keçirilməsi,
Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs
qrupunun yaradılması da bu ideologiyanın uğurla həyata
keçirilməsinə bir işarədir. Biz hər bir
işimizdə Ali Baş Komandanın dəstəyini hiss
edirik.
Qərbi Azərbaycan məsələsində əsas
məqsəd və hədəf tarixi dədə-baba
torpaqlarımıza qayıtmaqdır. Azərbaycanın öz
haqqını heç vaxt güzəştə getməyəcəyi
dünyaya yaxşı bəllidir.
Məlumdur ki, bir çox təşkilatlarda Qərbi Azərbaycan
məsələsinin gündəmdən
çıxarılmasına israr ediblər. Amma Prezident bunun
mümkün olmadığını və sonuncu azərbaycanlı
öz vətəninə qayıdana qədər bu mücadiləni
davam etdirəcəyini bəyan edib.
Məlumdur ki, Qərbi Azərbaycan icması iki
il ərzində qayıdış proqramı ilə
bağlı bir çox beynəlxql təşkilatlara
müraciət göndərib. Artıq 1987-1992-ci il
qaçqınları ilə bağlı məsələ bir
çox beynəlxalq təşkilatların gündəliyinə
salınıb. Artıq erməni faşist dövlətinin apardığı
siyasət nəticəsində tarixin müəyyən dönəmlərində
deportasiyalara, etnik təmizləməyə məruz qalan 300 min
azərbaycanlının haqqının müdafiəsi ilə
bağlı məsələ beynəlxalq təşkilatların
gündəliyindədir. İslam Əməkdaşlıq Təşkilatı
konfransda qərbi azərbaycanlılarla bağlı sənəd
qəbul edib. Bu çox böyük üğurdur. BMT Qərbi
Azərbaycan İcması tərəfindən göndərilən
məktubu bütün qurumlara, üzv ölklərə
göndərib.
- Azərbaycan qərbi azərbaycanlıların
öz yurdlarına qayıda bilməsi üçün Ermənistan
rəhbərliyindən beynəlxalq hüquqa uyğun mövqe
sərgiləməyi tələb edir. Bu yöndə hansı
addımlar atılır?
- 1987-1991-ci ildə öz torpaqlarından
qovulandan sonra Qərbi Azərbaycanda 300-ə yaxın kənd,
24 rayon boş qalıb. Prezident çıxışlarında
Paşinyana qərbi azərbaycanlıların
qayıdışı yollarını anladıb və bunun
hüquqi, tarixi əsaslarını deyib. Ermənistan
faşizmi Qarabağda da dağıntılar törətdilər,
insanlarımıza, təbiətə, tariximizə qarşı
soyqırım həyata keçirdilər. Bu gün
işğaldan azad olunan ərazilərimizdə ciddi bərpa
quruculuq işləri gedir. Keçmiş məcburi
köçkünlər kəndlər, şəhərlər
bərpa olunduqca öz evlərinə dönürlər.
Əminəm ki, qərbi azərbaycanlılar öz yurduna
qayıdandan sonra Azərbaycan hökuməti orada da abadlıq
işlərinə dəstək verəcək. Bu, həm də
Ermənistanın özünə bir dəstəkdir.
Əslində, Ermənistan hökuməti Prezidentimizin əlindən
möhkəm tutmaldır. Qərbi azərbaycanlıların
geri qayıdışı Ermənistan iqtisadiyyatına da
böyük töhfə verə bilər.
Azərbaycan hökuməti bir sıra imkanı
məhdud olan ölkələrə maddi yardım göstərir.
Qoşulmama Hərəkatında ada-dövlətlərinə
maddi-mənəvi dəstək verir. Ona görə də
dövlətimiz ermənilərin viran qoyduğu o kəndlərin,
şəhərlərin də abadlaşması
üçün Qərbi Azərbaycana dəstək verəcək.
Əminəm ki, Prezident bu gün Qərbi Azərbaycana
qayıdışdan sonra görüləcək bərpa
işlərini də planlaşdırmışdır.
- Xəbər verildiyi kimi, Qərbi Azərbaycan
İcmasının nümayəndələri Ermənistanın
baş naziri ilə görüşmək üçün
qarşı tərəfə müraciət ünvanlayıb.
Ermənistan tərəfi azərbayacanlıları qəbul
etməyə, eşitməyə, onların haqlarını bərpa
etməyə nə dərəcədə hazır
görünür?
- Prezident yerli televiziya kanallarına verdiyi son
müsahibəsində çox haqlı olaraq dedi ki,
Paşinyan özünü amerika ruhlu bir demokrat
adlandırır. Düzdür, buna inanmaq mümkün deyil,
amma Paşinyan imitasiya edirsə özü bilər. Prezident bildirdi ki, əgər sən
demokratik hökumət başçısısansa, onda qərbi
azərbaycanlılar tərəfindən sənə
ünvanlanmış müraciətlərə cavab verməlisən.
Paşinyan ən qısa müddətdə Qərbi
Azərbaycan icmasının rəhbər heyətini qəbul
edib, nə istədiklərini soruşmalıdır.
- ATƏT, Avropa Komissiyası qərbi azərbaycanlıların
öz yurduna qayıdışı ilə bağlı
hansı mövqeni ortaya qoyur?
- ATƏT kimi ölmüş qurum, yaxud digər
ikilistandatla işləyən qurumlar üzərlərindəki
bu mənfi imici götürmək istəyirlərsə, qərbi
azərbaycanlıların öz yurdlarına qayıdış
məsələsini həll etməlidirlər. Yaxud, Azərbaycan
hökumətinin problemin həlli ilə bağlı fəaliyyətinin
qarşısını almağa cəhd göstərməməlidirlər.
ATƏT, Avropa Komissiyası, UNESCO və digər təşkilatlar Qarabağ işğal altında olan zaman da Azərbaycanın ermənilər tərəfindən dağıdılan tarixi, mədəni irsi ilə bağlı səsini çıxartmadı, haqqı görməzdən gəldilər. Əksinə, Ermənistanı dəstəkləyən yersiz çıxışlar edib, ölkəmizə qarşı qərəzli, ədalətsiz qərarlar qəbul edib bölgədə vəziyyəti gərginləşdirməyə çalışdılar. Tarixin müəyyən dövrlərində 4 dəfə öz tarixi yurdundan deportasiya edilmiş qərbi azərbaycanlılar da böyük inamla geri qayıdacaqlarını, pozulmuş hüquqlarının bərpa olunacağını gözləyirlər. Amma nə Qərbi, nə də Avropanın müəyyən dairələrini, beynəlxalq təşkilatları qərbi azərbaycanlıların öz yurduna qayıtmaq istəyi narahat etmir. Onları narahat edən məsələ dövlət başçımızın da dediyi kimi, qərbi azərbaycanlılar öz yurduna geri qayıdana qədər mübarizədən əl çəkməyəcəyimizlə bağlı qəti mövqeyimizdir.
Məlahət İbrahimqızı
Müsahibəni
apardı:
Tahirə
Qafarlı
Həftə
içi.- 2025.- 16-22 yanvar, №2.- S.3.