Daha təhlükəsiz,
daha hörmətcil
Sosial şəbəkələrdə söyüş və təhqir hallarının artması artıq təkcə fərdi etik davranış məsələsi deyil, ictimai müzakirə predmetinə çevrilmiş
ciddi sosial problemdir. Təəssüflər
olsun ki, virtual məkanın
sərhədsiz azadlığı
bəzi hallarda məsuliyyətsizliyə aparır,
söz azadlığı
isə təhqir və aşağılama ilə səhv salınır. Problemin həlli yolları nədir? Sosial şəbəkələr həyatımızın
ayrılmaz hissəsinə
çevrilib. İnsanlar
burada fikirlərini, hisslərini, gündəlik
həyatlarını paylaşır,
yenilikləri izləyir,
cəmiyyətlə əlaqə
saxlayır.
Bu müsbət haldır, amma xoşagəlməz, arzuolunmaz tərəfləri
də var: söyüş,
təhqir, şəxsi
hücumlar, destruktiv şərhlər və nifrət dili.
Hafta.az olaraq sosial şəbəkələrdə
söyüş və
təhqirin səbəblərini,
nəticələrini, cəmiyyət
üçün hansı
riskləri yaratdığını
və bu problemlə mübarizədə
görülə biləcək
tədbirləri araşdırmaq
istədik.
““Like”,
“share” reaksiyaları emosional
reaksiyanı artırır”
Sosioloq
Sahib Altay deyir ki, söyüş
və təhqirin artması sosial şəbəkələrdə anonimlik, sürətli paylaşım və böyük auditoriya ilə fərqlənir.
Onun sözlərinə görə,
bu, bir tərəfdən
insanların sərbəst
fikir ifadəsinə şərait yaradırsa, digər tərəfdən
məsuliyyətsiz davranışlara
zəmin yaradır:
“Anonimlik bəzi istifadəçilərdə məsuliyyətsizlik
yaradır. “Like”, “share” reaksiyaları
emosional reaksiyanı artırır və aqressiv ifadələri təşviq edə bilər. Bu zaman real sosial nəzarət, debata hörmət və etika hissi zəifləyir.
Mübahisə əvəzinə
təhqir daha tez “nəticə verirmiş” kimi görünə bilər.
Bu amillər sosial müzakirələrin keyfiyyətini
aşağı salır
və netikette (internet
etikası-red.) zidd davranışların artmasına
gətirib çıxarır”.
Təhqirin fəsadlarına diqqət
çəkən psixoloq
bildirir ki, psixoloji təsirlər qaçılmazdır.
Belə ki sosial şəbəkələrdə davamlı təhqir və söyüşə
məruz qalmaq insanda özgüvən itkisinə, stress, narahatlıq
və depressiyaya, sosial təcrid hissinə səbəb ola bilər:
“Xüsusilə yeniyetmələr
və gənclər bu cür hücumlara
daha həssasdırlar.
Sosial şəbəkə
üzərindən təhqir
cəmiyyətə təsir
edir. Məsələn,
mədəni dialoqun səviyyəsi aşağı
düşür. Eyni zamanda, sağlam debat əvəzinə emosional mübahisələr
artır. Nəticədə
qütbləşmə və
düşmənçilik daha
da dərinləşir. Hətta
daha da irəli gedilərək guya mübahisənin çözülməsi
üçün hansısa
gözdənuzaq məkanda
görüşlər təşkil
edilir ki, bu da çox vaxt qanlı dava ilə bitir. Ona görə də əsasən yeniyetmələrin
valideynləri öz övladlarının sosial
şəbəkə baxışlarına
diqqət yetirməlidir.
Bəlli yaşda olan insanlar isə
narazılıqlarını söyüşə çevirməzdən
əvvəl bunun nəticəsini düşünməlidir.
“Feyk” profil heç vaxt zireh ola bilməz”.
Bəs reallığın bir hissəsinə çevrilən
sosial şəbəkələrdəki
sözügedən problemlə
mübarizə necə
aparıla bilər?
"Cəmiyyətin gündəlik
davranış və münasibətlərinə təsir
göstərir"
Təhsil eksperti Ramin Nurəliyev deyir ki, sosial şəbəkələr insanların
siyasi, sosial və mədəni fikirlərini formalaşdırır.
Cəmiyyətin gündəlik
davranış və münasibətlərinə təsir
göstərir.
Ekspert qeyd edir ki, bu
mühitdə hörmət,
etik davranış və sağlam kommunikasiya olmadan cəmiyyət daha aqressiv, bölücü və toxunulmazlıqdan uzaqlaşmış bir yerə çevrilə bilər:
“Düşünürəm ki, ən
təsirli tədbirlərdən
biri profilaktik təhsil və maarifləndirmədir. Məktəblərdə
və universitetlərdə
netiket, onlayn etik davranışlar dərslərinin tətbiqi
yaxşı olardı.
Valideynlər üçün
onlayn təhlükəsizlik
və kommunikasiya mədəniyyəti seminarları
keçirmək olar. Bundan başqa, ictimai kampaniyalar - məsələn hörmət,
empati və məsuliyyət prinsipini vurğulayan mesajlar da yararlı ola bilər. Bu tədbirlər uşaqlar və gənclər üçün daha sağlam onlayn davranış normalarını
formalaşdırmağa kömək
edər”.
Mediya üzrə ekspert
Qulu Məhərrəmli
isə deyir ki, sosial platformalar bu problemi daha
ciddi qəbul etməlidir.
Onun
fikrincə, avtomatik filtr və süni
intellekt əsasında
təhqir və nifrət dili aşkarlayan sistemlər inkişaf etdirilməlidir:
“Qəti təhqirlərə
qarşı daha sərt cəzalar müvəqqəti bloklama,
hesabların bağlanması
da ola bilər. Şikayət
mexanizmlərindən yararlanmaq
lazımdır, çünki
effektivdir. İstifadəçilər
asanlıqla pozuntuya görə şikayət edə bilməli və cavab almalıdırlar.
Platformalar bu sahədə məsuliyyət
hissini artırarsa, bərabərsizlikləri və
nifrət dili səviyyəsini aşağı
sala bilər.
Hüquqşünas Əlövsət
Allahverdiyev deyir ki, müşahidələrə əsaslanaraq
belə qənaətə
gəlinir ki, hüquqi
çərçivə və
tədbirlər vacibdir:
Hüquqşünas vurğulayıb
ki, bir sıra ölkələr sosial mediada nifrət dili və təhqirlərə
qarşı qanunlar qəbul edib:
"Belə tədbirlərə
ictimai asayişi pozan, nifrətə çağırış edən
paylaşımların qadağan
olunması, müvafiq
orqanlar tərəfindən
monitorinq və araşdırma, istifadəçilərin
məsuliyyətə cəlb
edilməsi təsiri daxil ola bilər. Təbii ki, Azərbaycan kimi ölkələrdə
də bu sahədə qanunvericilik və tədbirlər zamanla təkmilləşdirilməlidir
ki, onlayn məkan daha təhlükəsiz və hörmətcil olsun. Düzdür, sosial şəbəkələr
insan əlaqələrinin
inkişafı üçün
böyük potensiala malikdir. Ancaq bu mühitdə söyüş və təhqir kimi neqativ hallar cəmiyyətin sağlamlığına
zərər verə bilər. Problemin həlli təkcə texnologiya və qanunla deyil, həm də təhsil, mədəniyyət
və fərdi məsuliyyətlə bağlıdır.
Hər birimiz - istifadəçilər,
valideynlər, təhsil
sistemləri, platforma sahibləri və qanunverici orqanlar - bu məsələdə rolu olan tərəflərik.
Daha sivil, hörmətcil və etik bir onlayn
mühit yaratmaq üçün bu məsələ ilə ciddi, planlı və dayanıqlı şəkildə məşğul
olmalıyıq”.
Xatırladaq ki, 15 yanvar 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev
“İnformasiya, İnformasiyalaşdırma
və İnformasiyanın
mühafizəsi Haqqında”
qanuna edilən dəyişikləri təsdiqləyib.
Bu dəyişikliklərə əsasən, internet resurslarında
– saytlarda və sosial şəbəkələrdə
cəmiyyətə açıq
şəkildə hörmətsizlik
ifadə edən və ictimai mənəviyyatı təhqir
edən kontentin yayılması qadağan edilir. Məqsəd bu cür məzmunun
yayılmasının qarşısını
almaq, milli-mənəvi
dəyərləri və
etik standartları qorumaqdır.
Arzu
Zeynallı
Həftə
içi.- 2026.- 20 fevral-4 mart, ¹8.- S.8.