12 güllə yarası alan döyüşçünün xatirələri

 

Asif İbrahimov: "İşğaldan bir həftə əvvəl Kəlbəcərdən ordumuzun ağır texnikaları çıxarıldı"

 

Əvəzolunmaz təbiəti, yeraltı yerüstü sərvətləri ilə seçilən Kəlbəcərin işğalından 16 il keçdi.

 

Qarabağ döyüşçüsü Asif İbrahimov bildirir ki, Kəlbəcər qala kimi Dağlıq Qarabağla Ermənistan arasında sədd idi. İlk növbədə oranın strateji əhəmiyyətinə fikir verilməliydi: "Əvvəla, necə ki Kəlbəcər işğal olunmamışdı, Dağlıq Qarabağın gələcək taleyi sual altında idi. Ona görə ki, bir əsrdə neçə dəfə olunmuş hücum təcavüzlərin qarşısını alan Kəlbəcər imkan vermirdi ki, ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirib işğalçılıq planlarını həyata keçirsin Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" dövlətini qursunlar. İkincisi, Kəlbəcərin işğalı hərbi üstünlüyün ermənilərin tərəfinə keçirilməsinə bununla da Ağdam, Zəngilan, Qubadlı, Cəbrayılın işğalına şərait yaradırdı".

A.İbrahimov həmçinin bildirdi ki, Kəlbəcər Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib: "Kəlbəcərin Çələkdar kəndindəki Otaqqaya yüksəkliyində gedən qanlı döyüşlərdə 12 güllə yarası almışam. Bir döyüşçü kimi onu deyə bilərəm ki, bu rayonu qoruya bilərdik, əgər yerli batalyon olsaydı. Çünki oranın qeyrətli igid oğulları çox idi. Təəssüflər olsun ki, Kəlbəcər xəyanətin qurbanına çevrildi. Hələ işğaldan bir həftə əvvəl rayondan ordumuzun ağır texnikaları, sonra isə əsgərlər çıxarıldı. Əliyalın əhali köməksiz qalmışdı. O günü 20 nəfərlə Çıraqlı kəndini qoruyurduq. Ermənilərin 30 zirehli tankı təpədən-dırnağa qədər silahlanmış çoxlu sayda döyüşçüsü hücuma keçmişdilər. Artıq mühasirədə qalmışdıq. Əliyalın əhalini oradan çıxarmaq üçün yollar axtarırdıq. Qüvvələr qeyri-bərabər idi. Aprelin 2-si səhər saat 5 radələrində qanlı döyüşlər 1 saatdan çox davam etdi. Düşmən tərəfi çoxlu itki versə , geri çəkilmirdi. Biz son gülləmizə kimi döyüşdük. Mühasirədən əhalini birtəhər çıxardıq 4 sutka keçilməz, sıldırım yollarla gəlib Bərdəyə çatdıq. Bir sözlə, Kəlbəcər martın 31-dən aprelin 2-dək erməni silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 220 nəfər kəlbəcərli həlak oldu, 321 nəfər itkin girov düşdü. Ən çox itki isə Kəlbəcər şəhərindən 64 km uzaqda yerləşən Başıbel kəndində oldu. 28 nəfər ermənilər tərəfindən qətlə yetirildi, 18 nəfər girov götürüldü. 17 nəfər 4 ay mühasirədə qalandan sonra min bir əziyyətlə gəlib Gəncəyə çıxdı. Bildirim ki, Kəlbəcərin 128 yaşayış məntəqəsi, o cümlədən illərlə tikilib qurulmuş dünya əhəmiyyətli "İstisu" sanatoriyası, 500-dən çox sənaye, tikinti, kolxoz, sovxoz, ticarət, ictimai iaşə sair xidmət obyekti, 13 min yaşayış evi düşmən əlinə keçərək darmadağın edildi".

A.İbrahimov onu da vurğuladı ki, bu gün döyüşə getməyə hazırdırlar: "Həyata nikbin baxırıq. İnanırıq ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız tezliklə düşmən işğalından azad ediləcək".

  

  

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2009.- 3 aprel.- S. 6.