Ölkəyə gələn turistlərin sayı artır
Azərbaycanın müxtəlif
bölgələrində 11 Turizm İnformasiya Mərkəzi yaradılıb.
Mədəniyyət və
Turizm Nazirliyindən
aldığımız məlumata
görə, bu mərkəzlərin yaradılmasında
əsas məqsəd turistlərin ölkəmizə
səfərini yüksək
səviyyədə təşkil
etməkdir:
"Həmin informasiya mərkəzlərinin
yaradıldığı regionlar haqqında müxtəlif bələdçi
kitabları hazırlanıb. İnformasiya mərkəzlərinin
əsas işi turizm rəhbərlərinin təkmilləşdirmə
kurslarını təşkil etməkdir. Bu gün artıq informasiya
texnologiyalarından istifadə olmadan turizm sahəsini
inkişaf etdirmək qeyri-mümkündür. Otellərin vəhdət
şəbəkə vasitəsilə dünya məkanlarına
daxil edilməsi və xarici nümayəndələrin
tanış olması güclü vasitədir. Biz bunu çox
düşünürdük və çox sevindiricidir ki,
artıq bu layihə gerçəkləşib. Hətta bunun
müxtəlif formaları mövcuddur. Biz müşahidə
edirik ki, oraya daxil olanların sayı ildən-ilə
artır".
Nazirlikdən ötən
il üçün Azərbaycana gələn turistlərin
sayında 40 faiz artım olduğunu da bildirdilər: "Belə
bir göstərici dünyanın heç bir ölkəsində
yoxdur. Sözsüz, bu nəticəni çox sevinclə
qarşıladıq. Turistlərin sayında artımın
olması isə bilavasitə Azərbaycanda keçirilən
çoxsaylı beynəlxalq tədbirlərlə
bağlıdır. Ötən il Azərbaycana 1 milyon 899 min əcnəbi
gəlib. Bu çox böyük müvəffəqiyyətdir.
Ümidvarıq 2009-cu ildə - Bakının İslam Mədəniyyətinin
paytaxtı elan edildiyinə görə - bu say azalmayacaq, əksinə,
artacaq. Bu artım
təxminən 10 - 12 faiz
olacaq".
Nazirlikdən dünyada
gedən iqtisadi böhranın Azərbaycanın
turizm sahəsinin inkişafına heç bir mənfi təsir göstərmədiyini
də vurğuladılar:
"Maliyyə böhranı
ilə əlaqədar
heç bir turizm şirkəti ilə olan layihələr
ixtisar edilməyib. Ələbəttə, otellərdə
qiymətlərin aşağı
düşməsi müsbət
haldır. Çox zaman otellərdə qiymətlərin yüksək
olması ilə bağlı şikayətlər
daxil olur. Amma bazar münasibətləri
özünü tənzimləyəcək,
rəqabət artacaq. Qiymətlərin aşağı
düşməsi ilə
gələn insanların
sayı da çoxalacaq".
Naibə
Həftə içi.- 2009.-
7 aprel.- S. 5.