Meksikada yeni təşkilatın təqdimatı keçirilib

 

MEKSİKADA Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının (LAAA) rəsmi təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə çıxış edən LAAA prezidenti Natiq Atakişiyev yeni yaradılmış təşkilatın məqsəd vəzifələri barədə məlumat verib, xüsusilə gəncləri qurumun işində fəal iştirak etməyə çağırıb. Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov isə bildirib ki, assosiasiya Azərbaycanın təkcə Meksika ilə deyil, həmvətənlərimizin yaşadıqları digər Latın Amerikası ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına möhkəmlənməsinə xidmət edəcək. İ.Muxtarov həmçinin qonaqlara Azərbaycan xalqının adət-ənənələrindən, muğam sənətindən danışıb, muğamın qorunub-saxlanmasında inkişafında Heydər Əliyev Fondunun rolunu vurğulayıb. Təqdimat mərasiminə Meksikanın parlament üzvləri, bir neçə nazirlik digər rəsmi qurumların təmsilçiləri, diplomatik korpusun nümayəndələri, həmçinin ölkədəki türk, Ukrayna yəhudi diaspor təşkilatlarının fəalları qatılıblar. Sonra Azərbaycan haqqında sənədli film nümayiş etdirilib, Azərbaycanın muğam rəqs ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. Azərbaycanlı incəsənət xadimləri Mexiko ştatının Toluka şəhərində yaşayan həmvətənlərimiz qarşısında da konsert proqramı ilə çıxış ediblər.

  

  

Əli

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 4.