"Almanlar Azərbaycanda"

 

Kamal Abdullayev: "Tarixin bütün mərhələləri dərindən öyrənilməlidir"

 

Dünən Bakı Slavyan Universitetində "Almanlar Azərbaycanda" adlı beynəlxalq elmi-praktik konfrans fotosərgi keçirilib. Almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş bu tədbirin təşkilatçıları Mədəniyyət Turizm Nazirliyi, Bakı Slavyan Universiteti, Alman - Azərbaycan Cəmiyyətidir. Tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdullayev almanların Azərbaycanda məskunlaşmasını ölkəmizin çox maraqlı bir tarixi kəsiyi adlandırıb: "Öz keçmişimizi daha dərindən anlamaq üçün tarixin bütün mərhələlərini dərindən öyrənməli dərk etməliyik. Bu bizim Avropaya inteqrasiyamıza da xidmət edəcək".

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Firudin Qurbanov almanların Azərbaycanda çox böyük irs qoyduqlarını, Azərbaycan iqtisadiyyatına, xüsusən kənd təsərrüfatına təsir göstərdiklərini bildirib, mədəni həyatında oynadıqları roldan danışıb. O həmçinin diqqətə çatdırıb ki, nazirlik tərəfindən 300-dən çox alman evi tarixi abidə kimi qorunur. Mədəniyyət Turizm Nazirliyi, BSU, Alman - Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda almanların Azərbaycanda məskunlaşması tarixinin tədqiqatçıları, ziyalılar, deputatlar, almanların məskunlaşdığı Göyggöl, Şəmkir Ağstafa rayonlarının təmsilçiləri iştirak ediblər.

Konfransda "Rus imperiyası, Yelenendorf məktəbi bir ailənin tarixi", "Alman arxeoloqları Azərbaycanda" digər mövzularda məruzələr təqdim olunub. Tədbir çərçviəsində qonaqlar Bakıdakı alman abidləri ilə tanış olub Bakı Slavyan Universitetinin Alman Tədris Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçiriblər. Aprelin 12-də isə konfrans iştirakçıları Göygöl rayonuna yollanacaqlar. Onlar Göygöldəki Alman - Azərbaycan Mədəniyyət Forer ailəsinin bu rayonda anadan olmuş alman ailələrinin üzvləri ilə görüşəcəklər. Tədbirə Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Moldova universitetlərindən nümayəndələr qatılıblar.

  

  

Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 2.