Leyla Əliyeva BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilib

 

Dünən Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulda BMT-nin "Sivilizasiyaların alyansı təşəbbüsü"nün ikinci dünya forumu işinə başlayıb. Tədbirdə ölkəmizi İslam Konfransı Təşkilatı Dialoq Əməkdaşlıq Uğrunda Gənclər Forumunun məldəniyyətlərarası sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyeva təmsil edib. İstanbulda keçirilən konfransdan bir gün əvvəl gənclər konfransı keçirilib. Konfransda L.Əliyeva Türkiyə baş nazirinin qızı Səmeyra iştirak edib. İstanbul konfransında İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzvlüyə L.Əliyvanın namizədliyi irəli sürülüb. Daha sonra konfrans iştirakçıları işçi qruplarda müzakirələri davam etdiriblər.

L.Əliyeva deyib ki, sivilizasiyaların alyansı baxımından mediada təbliğat işi qurmalı, daha çox keyfiyyətli kadr hazırlığına şərait yaradılmalı, bütün bunlara nail olmaq üçünsə medianın inkişafı diqqətdə saxlanılmalıdır. Bundan əlavə, mediada irqi, dini milli ayrı-seçkilik halları aradan qaldırılmalı, dünya mediasının sivilizasiyaların alyansının işində fəal iştirakı təmin olunmalıdır. Daha sonra gənclər konfransının geniş iclası keçirilib. 75 ölkənin gənc liderlərinin təmsil olunduğu iclasda L.Əliyeva İslam Konfransı Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilib. L.Əliyevanın BMT-nin sivilizasiyaların alyansı qlobal hərəkatının birinci toplantısının Bakıda keçirilməsini təklifi qəbul edilib.

L.Əliyeva bildirib ki, gənclərin qlobal hərəkatı beynəlxalq münasibətlərdə sivilizasiyalararası alyansda gənclərin üzləşdikləri bütün çağırışlara fəal münasibət bildirməlidir.

  

  

Elnur

 

Həftə içi.- 2009.- 7 aprel.- S. 2.