"İrandan
inciməyə haqqımız
yoxdur"
"Güclü ordu
yaradıb işğal
altındakı torpaqlarımızı
azad edəriksə, bizimlə hesablaşarlar"
Bəzi qüvvələr İran
- Ermənistan dəmir
yolu xəttinin çəkilməsi məsələsinin
rəsmi Tehranın Bakıya siyasətinin sərtləşdirilməsi kimi
qəbul edirlər. Onların fikrincə,
İran bu dəfə də Ermənistana açıq
şəkildə dəstəyini
büruzə verib.
İslam
Partiyası Ağsaqqallar
Şurasının üzvü
Hacıağa Nuri isə çoxlarından fərqli düşünür.
Onun fikrincə, İran həmişə arzu edib ki, qonşuları,
o cümlədən Ermənistanla
sülh şəraitində
yaşasın. Ona görə
də İran - Ermənistan dəmir yolunun çəkilməsi
rəsmi Bakının
maraqlarına qarşı
çıxmaq kimi başa düşülməməlidir.
"İran həmişə
Dağlıq Qarabağ
məsələsində Azərbaycanın
ərazi bütövlüyünü
dəstəklədiyini bəyan
edib" deyən H.Nuri İranın Ermənistanla mövcud isti münasibətlərinə
də aydınlıq gətirib. Onun sözlərinə görə,
müstəqil dövlət
olan İranın hansı dövlətlə
və necə əlaqələr yaratmasına
maneə törətmək
mümkünsüzdür: "Azərbaycan heç vaxt başqa ölkənin daxili işinə qarışmamalıdır.
Eyni zamanda da digər
dövlətlərin Azərbaycanın
daxili işlərinə
qarışmaq haqqı
yoxdur. Necə ki son aylar Türkiyənin yürütdüyü
məlum siyasətə
mane olmuruq. Azərbaycanın İsraillə isti münasibətlərini də
İran qəbul etmir. Ona görə də
biz heç vaxt hansısa dövləti qınaq obyektinə çevirə bilmərik.
Hərəsinin öz maraqları
var. Amma rəsmi
H.Nurinin fikrincə, Azərbaycanın
beynəlxalq səviyyədə
yürütdüyü siyasət,
nüfuzu və çəkisi Ermənistandan
qat-qat yüksəkdir. Rəsmi
Bakının bölgədə
tutduğu mövqeyi, müəllifi olduğu beynəlxalq əhəmiyyətli
layihələr əsas
verir ki, özünə güclü
tərəfdaş tapsın:
"Güclü tərəfdaş
və güclü ordu olmadan bu
problemi çözmək
mümkünsüzdür. Mənə elə
gəlir Azərbaycandakı
bəzi qüvvələr
qonşu dövlətlərlə
münasibətlərində ehtiyatlı olmalıdırlar.
Rəsmi
Bakı öz siyasətini yaxşı bilir. Lakin elə qüvvələr
mövcuddur ki, Azərbaycanı qonşuları
ilə düşmən
salmaq niyyətindədir
və bu istiqamətdə fəaliyyət
göstərirlər. Qonşularımızla yüksək səviyyədə,
sülh şəraitində
davranmaq lazımdır.
Bu ancaq işin
xeyrinə olar".
Elnur
Həftə içi.- 2009.- 7 aprel.- S. 3.