Novruz bayramında əsgərlərlə görüş
Novruz bayramı
ərəfəsində Gədəbəy
Avtomobil məktəbinin
maşın karvanı
müəllim-şagirdləri
"təcili yardım
maşını" və
Gədəbəy avtomobil
müfəttişliyinin müşayiəti
ilə "N" saylı
hərbi hissəyə
əsgərlərin görüşünə
getmişdi.
Öncə Gədəbəy
rayon İcra Hakimiyyətinin
başçısı Kamran
Rzazadə, prokuror Rəhim Əliyev, xalq hakimi Hüseyn
Hüseynov, polis şöbəsinin
rəisi Şirzad Əsgərov, MTN-in Gədəbəy
rayon şöbəsinin rəisi
İlqar Bağırov
və digər idarə, müəssisə
rəhbərləri Heydər
Əliyev adına mədəniyyət və
istirahət parkına
gələrək ümummilli
liderimizin əzəmətli
abidəsi önünə
gül dəstələri
qoyduar.
Gələcəkdə hərbi
xidmətə yola düşəcək Gədəbəy
Avtomobil məktəbinin
gəncləri hərbi
hissədə əsgərlərin
yaşayış tərzi
ilə
Gədəbəy Avtomobil məktəbinin rəisi Fərman Rzayev çıxış
edərək "N" saylı
hərbi hissənin əsgər və zabitlərini Novruz bayramı münasibətilə
təbrik edib, onlara hərbi xidmətlərində uğurlar
arzuladı.
Hərbi vətənpərvərlik tərbiyəsində
xüsusi əhəmiyyəti
olan bu tədbirdə
Gədəbəy rayon İcra
Hakimiyyətinin şöbə
müdiri Ləzgi Zeynalov RİHB başçısı
Kamran Rzazadənin və şəxsən öz adından gənc əsgərləri
Novruz bayramı münasibətilə təbrik
etdi.
KHVTİCMŞ-dən gəlmiş qonaq Tapdıq Əlibəyli çıxış
edərək KHVTİCMŞ-in sədri polkovnik Novruzəli Orucovun salamlarını, təbriklərini
çatdırdı və
şəxsən öz
adından "N" saylı
hərbi hissənin əsgər və zabitlərini Novruz bayramı münasibətilə
təbrik edərək
dedi: "Arzu edirəm gələn il Novruz bayramını
sizlərin iştirakı
ilə prezidentimiz, Ali
Baş Komandan İlham Əliyev cənablarının sülhsevər
siyasətilə Laçında,
Şuşada və digər işğal altında olan torpaqlarımızda qeyd edək. "N" saylı hərbi hissənin komandirləri ürək sözlərini
söylədilər və
gələn qonaqları
salamlayaraq Gədəbəy
Avtomobil məktəbinin
rəisi Fərman Rzayevə hərbiçiləri
mütəmadi olaraq yad etdiyinə və gətirdiyi bayram sovqatına görə minnətdarlıqlarını
bildirdilər.
Tədbirdə iştirak edən şair Məhəmməd
Sinədəftər əsgərləri
təbrik etdi və Vətən haqqında yazdığı
şrləri söylədi.
Görüşdə Gəncə şəhər
idman kollektivinin rəhbəri Fətəli
Əliyev hərbçiləri
təbrik edərək
Fərman Rzayevin ünvanına xoş sözlər söylədi
və həcc ziyarətindən gətirdikləri
hədiyyələri Fərman
müəllimə təqdim
etdilər. Həmçinin öz rəngarəng
çıxışları ilə hərbçilərə
qol-qanad verdilər.
Sonra Gədəbəy rayon Uşaq
Yaradıcılıq Birliyinin
şagirdləri rəngarəng
çıxışlar edərək
əsgərləri təbrik
etdilər.
Söz Daryurd kənd Balabulaq aşıq ansamblına verildi. Gənc aşıqlar
"Yanıq Kərəmi",
"Ruhani" və digər el havalarını
çalıb-oxudular, əsgərləri
rəqsə dəvət
etdilər.
Tədbirdə Fərman müəllimin kiçikyaşlı nəvələri
Vüsal və Vüqar əsgərləri
təbrik edərək
Vətən haqqında
şeir söylədilər,
əsgərlərlə rəqs
etdilər.
Söz daha sonra əsgər
Vüsal Heybətova verildi. O, baharın gəlməsi
ilə torpağın
oyanmasından, milli bayramımız olan Novruzun adət-ənənələrindən
danışdı və
Novruz bayramı haqqında meyxana dedi. Gənc əsgərlər qonaqlıqda avtomobil məktəbinin kollektivi ilə rəqs etdilər, çıxış
edərək vətəni
göz bəbəyi kimi qoruyacaqlarına söz verdilər.
Tədbirdə Fərman
Rzayev, məktəbin müəllimi Elşad İsmayılov, zabitlər,
əsgərlər və
digər qonaqlar Novruzun adət-ənənəsinə
sadiq qalaraq yumurta döyüşdürdülər.
M.İ.Məmmədov,
Gədəbəy rayon "
Mətbuatyayım"
şöbəsinin rəisi
Həftə içi.- 2009.- 8 aprel.- S. 6.