Azərbaycan Rumıniyanın bölgədə əsas tərəfdaşıdır

 

Kristian Diakonesku: "İnanıram əlaqələrimiz tezliklə strateji tərəfdaşlıq səviyyəsinə çatacaq"

 

Yaxın günlərdə Rumıniyanın xarici işlər naziri Kristian Diakoneskunun Azərbaycana rəsmi səfəri gözlənilir. Qeyd edək ki, bu ölkə Avropada Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Həmçinin Buxarest bir çox məsələlərdə, o cümlədən Avropa Birliyi, NATO çərçivəsində mövqeyimizi müdafiə edir.

Səfəri öncəsi K.Diakonesku "Azərbaycan xəbərləri"nə müsahibə verib. Həmin müsahibəni qısaldılmış şəkildə oxucularımıza təqdim edirik.

- Azərbaycan bir çox məsələlərdə Rumıniyanın Cənubi Qafqazda əsas tərəfdaşıdır. Siyasi əlaqələrin bütün səviyyələrdə məhsuldar seriyası 1992-ci ildən başlayaraq dövlətlərimiz arasında münasibətləri gücləndirib. Rumıniya 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Bu gün strateji məqsədimiz isə ikitərəfli dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığa maksimal dəstəyin göstərilməsi Rumıniya ilə Azərbaycanın açılmamış potensialının müəyyənləşdirilməsidir. Dostluğumuzun sübutu kimi deyə bilərəm ki, bu gün Buxarestdə Heydər Əliyevin abidəsi ucaldılıb. Həmçinin Heydər Əliyev Fondunun regional filialı fəaliyyət göstərir.

Rumıniyanın məşhur bəstəkarı Georgi Eneskunun abidəsinin isə Bakıda təntənəli açılışı oldu. Bu cür simvolik addımlar, həmçinin digər bir çox mədəniyyət hadisələri iki ölkənin xalqını daha da yaxınlaşdırır.

- Bakıya budəfəki səfərinizdə məqsəd nədir?

- Mən azərbaycanlı həmkarım Elmar Məmmədyarovla siyasi, iqtisadi, elmi-mədəni sahələrdə ikitərəfli münasibətlərin mövcud durumu, regional təhlükəsizlik sabitliyin müxtəlif aspektlərini müzakirə etməyə hazırlaşıram. Əsas diqqət isə bizim Xarici İşlər nazirlikləri arasında bütün istiqamətlərdə əməkdaşlıq məsələlərinə yönələcək. Həmçinin Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər gündəliyin vacib məqamlarındandır. Rumıniya həmçinin Azərbaycanda 2 il ərzində NATO ilə əlaqələndirici rolunu da oynayacaq. Bu, NATO ilə Bakı arasında münasibətlərin möhkəmləndirilməsinə özünün töhfəsini vermək baxımından Rumıniya üçün yaxşı şansdır. Səfərim zamanı mən Bakıda NATO-nun 60 illik yubileyi ilə bağlı keçiriləcək beynəlxalq konfransın açılışına da qatılacağam.

- Bugünkü iqtisadi böhran enerji daşıyıcılarının çatdırılmasındakı ətinliklər şəraitində qaz layihələrinin gələcəyini necə fikirləşirsiniçz?

- Energetika iqtisadi inkişafın ürəyi sayılır. Ona görə hər bir dövlət enerji təhlükəsizliyinin təminində özünün əsas istiqamətlərini müəyyənləşdirməyə davamlı enerji təminatına çalışır. Avropa Birliyinin üzvü olan ölkələrin, o cümlədən bizim enerji siyasətimizdəki səylərimiz Avropaya enerji nəqlinin təhlükəsizliyini artıracaq ümumi maraqlara istiqamətlənib. Rumıniyanın siyasəti bundan ibarətdir ki, enerji tələbatı ilə bağlı problemlər Avropa Birliyi, Qara dəniz hövzəsi Xəzər bölgəsindəki tərəfdaşlarımızla birgə həmrəylik əməkdaşlıq prinsipləri əsasında həllini tapsın. Digər enerji mənbəyi rolunu oynayan tərəfdaşlarımızla münasibətləri korlamadan biz enerji mənbələrinin tranzit marşrutlarının diversifikasiyasını dəstəkləyirik. Bu baxımdan biz Cənubi qaz dəhlizinin özəyi sayılan "Nabukko" layihəsinə fəal şəkildə cəlb olunmuşuq. "Nabukko" iqtisadi baxımdan səmərəli, yaxşı perspektivləri olan Avropa Birliyi üçün əsas layihədir. Çünki o, digər alternativlərlə müqayisədə daha effektli ucuzdur, həm kommersiya əsasları var. "Nabukko" ilə bağlı Budapeştdə keçirilən yanvar sammiti Avropa İttifaqının layihəni maliyyələşdirməklə bağlı bir qədər əvvəlki qərarı, indi hökumətlərarası razılaşma ilə bağlı aparılan danışıqlar aksiyaçıların bununla bağlı öhdəliklərini yerinə yetirdiyini təsdiqləyir. Bir sözlə, "Nabukko"nun perspektivləri yaxşıdır. Biz çalışacağıq Azərbaycanla bu layihə çərçivəsində əməkdaşlıq edək.

- Azərbaycan "Şərq tərəfdaşlığı" proqramında iştiraka dəvət olunub. Rumıniya Avropa Birliyinin şərq dövləti kimi bu proqramda xüsusi rola malikdir. Necə fikirləşirsiniz, Azərbaycanla Avropa Birliyi arasında münasibətləri daha çox yaxınlaşdıra bilər?

- Rumıniya Qara dənizlə sərhəddə yerləşən Avropa Birliyinin üzvü kimi bu bölgədəki dövlətlərlə dialoq əməkdaşlığın artırılmasında maraqlıdır. İstəyirik Qara dəniz zonasında sabitlik, təhlükəsizlik sosial-iqtisadi inkişaf gücləndirilsin. Bölgəyə Avropa Birliyinin "Avropa qonşuluq siyasəti" kimi təşəbbüsləri vasitələri fəal şəkildə cəlb olunsun. Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın yeni aləti isə "Şərq tərəfdaşlığı proqramı"dır. Ona rəsmən gələn ayın əvvəlindən başlanılacaq. Rumıniya Avropa Birliyinin bölgəyə daha güclü cəlbini regional tərəfdaşlarımızın Brüssel tərəfindən effektli dəstəklənməsini istəyir. Biz tərəfdaşlarımızla Şərq tərəfdaşlığı təşəbbüsünün konkret layihələrə çevrilməsi, AB-nin bu yeni çox şey vəd edən ideyasının irəli aparılması üçün işləyəcəyik. Hesab edirik bu yeni alətin güman edilən bütün məqsədləri Şərqi Avropanın ona cəlb olunmuş altı dövləti, o cümlədən Azərbaycan üçün həqiqi maraq yaradır. Bu məqsədlərə isə Avropa Birliyi ilə daha sıx əməkdaşlığın qurulması, ticarətin liberallaşdırılması, daxili islahatlara dəstək, miqrasiya sahəsində əməkdaşlıq, viza yardımı s. aiddir. Bir çox məqamlarına görə "Şərq tərəfdaşlığı proqramı" üçüncü ölkələr - Türkiyə, Rusiya digərlərinin iştirakı, müvafiq regional layihələr üçün açıqdır. Bizim üçün bu proqram bölgə dövlətləri ilə mövcud əlaqələrin daha da gücləndirilməsi imkanı deməkdir.

- Münasibətlərimizin gələcəyi ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

- İkitərəfli münasibətlərimizdəki mövcud əla səviyyəni nəzərə alsaq, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı çox optimist bir fikirdəyəm. Nazir olduğum müddətdə ikitərəfli münasibətlərimizin daha da inkişafına birbaşa töhfəmi verməyə çalışacağam. Əminəm ki, Azərbaycanla Rumıniya arasında əlaqələr tezliklə strateji tərəfdaşlıq səviyyəsinə çatacaq. Bu, tək hökumətlər arasında yox, müxtəlif təşkilatlar, şirkətlər, universitetlər, ictimai səviyyədə baş verməlidir. Bizim bir çox ümumi maraqlarımız var. Beynəlxalq gündəlikdə dayanan bir çox vacib məsələlərlə bağlı çox sayda ümumi yaxın mövqelərimiz mövcuddur. Birgə səylər göstərmək yolu ilə biz regional sabitlik, təhlükəsizlik çiçəklənmə işini əhəmiyyətli dərəcədə dəyişirik. Biz münasibətlərimizi 21-ci əsrin səviyyəsinə qaldırmaq bütün potensialından istifadə etmək üçün əlaqələrimizi ümumi prinsip maraqlar, vəd verən siyasi əlaqələr üzərində qurmalıyıq.

  

       

Azad Əliyev

 

Həftə içi.- 2009.- 8 aprel.- S.1- 2.