Yeni qanun layihəsi hazırlanıb

 

"Çoxdandır üzərində gedən "Bədən tərbiyəsi idman haqqında" qanun layihəsi birinci oxunuş müzakirələri üçün hazırdır" - bu barədə Milli Məclisin sosial siyasət daimi komissiyasının dünən keçirilən iclasında komissiyanın sədri Hadı Rəcəbli məlumat verdi. Onun sözlərinə görə, son vaxtlar komissiyanın üzvləri tərəfindən "Uşaq idmanı haqqında", "Paralimpiya idmanı haqqında" qanun layihələri hazırlanıb. Bu layihələrin ilkin müzakirəsi zamanı hazırda qüvvədə olan "Bədən tərbiyəsi idman haqqında" qanun layihəsinin yenidən işlənməsi zərurətinin yarandığı müəyyənləşdirilib. Yaradılan işçi qrup idman sahəsi ilə bağlı yeni qanun layihəsi hazırlayıb. Uşaq paralimpiya idmanı ilə bağlı qanun layihəsində nəzərdə tutulan müddəalar yeni qanunda əksini tapıb. Qanun layihəsində idman federasiyalarının vəzifələri səlahiyyətləri göstərilib.

  

  

Azad

 

Həftə içi.- 2009.- 9 aprel.- S. 2.