"Azərbaycanlılar bizim canımızdır"

 

Ufuk Taneri: "Doğu Akdeniz Universiteti Quzey Kıprısın ilk ali təhsil ocağıdır"

 

Son zamanlar Quzey Kıprıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr getdikcə genişlənməkdədir. Ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün müxtəlif səviyyələrdə müzakirələr aparılmaqdadır.

 

Bu dəfə ölkəmizin qonağı Doğu Akdeniz Universitetinin rektoru Ufuk Taneridir. Onunla rəhbərlik etdiyi universitet Azərbaycana səfərinin məqsədi barədə söhbətləşdik:

- Doğu Akdeniz Universiteti Quzey Kıprısın ilk ali təhsil ocağı, eyni zamanda, bütünlüklə adanın ilk universitetidir. Bizdə tədris ingilis dilindədir. Bu il universitetin yaradılmasının 30-cu ili tamamlandı. Hazırda məktəbimizdə 15 min tələbə təhsil alır, indiyədək 28 min məzunumuz olub. Məzunlarımızın çoxu dünyada tanınmış şirkətlərdə vəzifələrdə çalışır. Müəllim heyətinin zəngin beynəlxalq kadr tərkibi var. Universitetimizdə 36 ölkədən 1000 nəfərlik müəllim heyəti çalışır. Tələbələrimiz isə 68 ölkədən gələnlərdir. Universitetimiz bir çox beynəlxalq təhsil qurumlarının da üzvüdür. Bütün bunlar bir daha sübut edir ki, Doğu Akdeniz Universiteti beynəlxalq ali təhsil müəssisəsidir.

- Bakıya budəfəki səfərinizin məqsədi nədir?

- Azərbaycanlı qardaşlarımız bizim canımızdır. Bizdə azərbaycanlı tələbələr oxuyur. Universitetlərlə işbirliyi qurmaq üçün gəlmişik. Özümüzü daha yaxşı tanıtmaq istəyirik. Quzey Kıprısa yeni tələbələr cəlb edilməsinə çalışırıq.

- Hansı universitetlərlə danışıqlar aparılıb, əlaqələr qurulub?

- İqtisad Universiteti ilə işbirliyimiz var. Turizm İnstitutu, Oksford Kolleci ilə anlaşma imzalamışıq. Dövlət Dillər Universiteti memarlıq fakültəsinə araşdırmalar aparmaları üçün protokollar təqdim etmişik. Bakı Dövlət Universiteti Qafqaz Universiteti ilə danışıqlar aparmağı planlaşdırırıq. Danışıqlarda əsasən tələbə mübadiləsi, elmi işlərdə ortaqlıq, ikili diplomun verilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Universitetlərin ehtiyaclarına görə bu dəyişə bilir. Məsələn, Turizm İnstitutu xüsusi təcrübələrin keçirilməsi ingilis dili kursları üçün tələbələrini bizə göndərmək istəyir. Görünür, bu kurslara bütün universitetlərin marağı var. Bunlar bizim qısamüddətli kurslarımızdır. Hər cür işbirliyinə açığıq.

- Təhsil Nazirliyi ilə görüşləriniz oldu. Təşəbbüsünüz necə qarşılandı?

- Onlar da bizə belə suallar verdilər. Tələbələrinin bizdə çox etibarlı şəkildə ingilis dilində təhsil almalarından razı qaldıqlarını vurğuladılar. Universitetimizə gələcək tələbə sayının artacağı ehtimalını onlardan da eşitdik.

- Quzey Kıprıs Türkiyə istisna olmaqla dünyada müstəqil dövlət kimi tanınmır. Bu baxımdan diplomlarınızın beynəlxalq səviyyədə qəbul edilməsində hansısa problemlər yaşanmayacaq?

- Diplomlarımız Türkiyə tərəfindən tanınır. Keçən həftə İngiltərədəydim. İngiltərə bizim diplomlarımıza "UK NARİC" təminatı verir. Tələbələrimiz universiteti bitirdikdən sonra bu təminatı da əldə edəcəklər. Bundan əlavə, beynəlxalq qeydiyyatımız var. Bu isə diplomlarımızın beynəlxalq səviyyədə tanınması deməkdir. Avropadakı 16 universitet institutla işbirliyimiz var. Bu səbəbdən diplomların tanınması baxımından heç bir narahatlığımız yoxdur. Qeydiyyatlara xüsusi diqqət yetirməyimiz ən güclü nöqtəmizdir.

- Azərbaycanlı tələbələr daha çox hansı fakültələrə maraq göstərir?

- Riyaziyyat fakültəsinin 5 müəllimi Azərbaycandandır. Hər bir peşə ilə bağlı ixtisaslar var. Bu səbəbdən maraq hər bir mövzuda ola bilər. Hazırda bizdə Azərbaycandan 38 tələbə, 10 nəfərsə müəllim var.

- Tələbələrin cəlbi üçün hansısa güzəştlər nəzərdə tutulur?

- Güzəştlər əsasən tələbələrin bacarığından asılıdır. Tələbə gərək 1 il oxuyub özünün nəyə qadir olduğunu göstərsin. Bu məsələni nazirlə müzakirə etdik. Məktəb birincilərinə güzəşt olunursa, onların sonradan bizdən bu güzəştləri əldə etməsi mümkündür. 1 il gözləmək isə tələbəni tanımaq üçün lazımdır. Müxtəlif assistanlıqlarımız da var. Tələbələrimiz orada çalışaraq cib xərclərini çıxara bilirlər. Maraqlansalar, internet səhifəmizdə daha geniş məlumatlar əldə edə bilərlər.

- 1 il ərzində tələbəyə ümumilikdə universitetinizdə təhsil almaq üçün qədər vəsait lazımdır?

- Təxminən 14 min dollar. Bura həm təhsil, həm yataqxanaların haqqı daxildir.

- Kıprısda tələbələr tərəfindən Azərbaycanın tanıdılması ilə bağlı hansısa işlər görülür?

- Orada azərbaycanlıları çox sevirlər. Çünki türk toplumudur. Quzey Kıprısla Azərbaycan arasında çox gözəl dostluq əlaqələri var.

- Azərbaycana belə maraq göstərməyiniz ilə bağlıdır?

- Biz bütün türk dövlətlərinə böyük maraq göstəririk. İstəyirik Azərbaycan da daxil olmaqla bu dövlətlərdən universitetimizdə təhsil alanların sayı artsın. Çünki dil mədəniyyətimiz birdir. Buradakı tələbələr üçün orada təhsil almaq çox rahatdır.

- Sizin tanıdılmağınızla bağlı Quzey Kıprısın Bakı təmsilçiliyi tərəfindən hansısa konkret layihələrin reallaşdırılması nəzərdə tutulub?

- Onlar bizə bu işdə çox köməklik göstərirlər. Lakin universitetimizi fərdi qaydada özümüz tanıdırıq. Mən özüm qısa müddətə gəlsəm , yardımçılarımız Bakıda qalaraq tanıdılma ilə bağlı bir sıra görüşlər keçirməyi planlaşdırırlar. Həmçinin özüm Azərbaycanda olduğum 3 gün ərzində bir çox liseylərə universitetlərə baş çəkmişəm. Müxtəlif görüşlər keçirmişəm. Valideynlər öz uşaqlarından tam arxayın olsunlar istədikləri zaman onları görməyə gələ bilərlər.

- Qeyd etdiniz ki, bir sıra universitetlərə tanış olmaq üçün protokollar vermisiniz. Onlara vaxt cavab alacaqsınız?

- Çox yaxın vaxtlarda cavab almağı planlaşdırırıq. Mən 1 ay sonra Bakıya yenidən gələcəyəm.

  

  

Azad Əliyev

 

Həftə içi.- 2009.- 9 aprel.- S. 3.