Azərbaycan - Litva biznes-forumu

 

İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Litva Beynəlxalq Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan - Litva biznes-forumu keçirilib. İİN-in mətbuat xidmətindən aldığımız məlumata görə, tədbirdə Litva tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat, mühəndislik, inşaat və sair sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib. Azərbaycan tərəfini isə biznes-forumda uyğun sahələrdə fəaliyyət göstərən 20-dən artıq sahibkar təmsil edib. Forum çərçivəsində iş adamlarının ikitərəfli görüşləri də təşkil edilib. Görüşlərdə sahibkarlar arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.   

  

 

Sevil

 

Həftə içi.- 2009.- 9 aprel.- S. 5.