Naftalanın ərazisi genişlənir
Arif Rəhimzadə:
"Hazırda
şəhərin inkişafı
ilə bağlı dövlət proqramı hazırlanır"
"Naftalanda kurort-sanatoriya sahəsinin inkişafı üçün ciddi addımlar atılır. Bununla əlaqədar şəhərin inzibati ərazisi də genişləndirilir" - bu fikirlər dünən Milli Məclisin regional məsələlər komitəsinin dünənki iclasında "Azərbaycan Respublikasının Goranboy rayonunun və
Naftalan şəhərinin inzibati - ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında" qanun layihəsi müzakirə olunarkən səsləndirildi.
Regional məsələlər
komitəsinin sədri
Arif Rəhimzadə bildirdi ki, Goranboy
rayonu ilə Naftalan şəhəri həmsərhəddir: "Naftalan
unikal müalicəvi neftinə görə dünyada məşhurdur.
Hətta yazıçı Marko Polo da əsərlərində bu barədə yazıb. Prezident İlham Əliyev ötən ilin mart ayında Naftalanda olarkən tapşırıq verib ki, bu şəhər inkişaf etdirilsin. Hazırda Naftalanın inkişafı ilə bağlı
dövlət proqramı
hazırlanır". Əvvəllər Naftalan
şəhərinin 4 min hektardan çox sahəsi olduğunu deyən A.Rəhimzadənin sözlərinə görə,
sonradan bu ərazilərin xeyli hissəsi məlum torpaq islahatı zamanı
Goranboy rayonuna verilib. Komitə
sədri qeyd edib ki, indi Goranboy rayonunun inzibati ərazisindən Naftalan
şəhərinə 574,82 ha torpaq sahəsinin verilməsi təklif olunur. Həmin torpaq sahələri bələdiyyələrin mülkiyyətinə
aiddir.
Belə
ki,
bu bölgüdə
26,4 ha Qaşaltı - Tapqaraqoyunlu, 11,9 ha Qasımbəyli və
2,5 ha
torpaq sahəsi isə Tatarlı kəndinin payına düşür. Bundan başqa, Meşə
Fondunun
534,02 ha ərazisi də Naftalanın inzibati ərazisinə verilir". A.Rəhimzadənin sözlərinə görə,
əslində
həmin ərazilərdə
Naftalan
şəhərinə məxsus obyektlər də mövcuddur.
Parlamentin regional məsələlər komitəsinin
sədr müavini Fəttah Heydərov müzakirəyə çıxarılan
məsələnin əhəmiyyətli
olduğunu bildirdi. Vurğuladı ki, bu dəyişiklik
həmin bölgədə
kurort sahəsinin inkişafında xüsusi
rol oynayacaq.
Komitənin üzvü, millət vəkili Fəzail İbrahimli isə bu məsələnin strateji məsələ olduğunu deyərək layihəni dəstəklədi.
Daha sonra komitə üzvləri Bərdə
rayonunun Dilənçilər
kəndinin adının
dəyişdirilməsi məsələsinə
baxıblar. Komitənin sədri A.Rəhimzadə bildirib ki, bu kəndin adının Çəmənli adlandırılması təklif olunur:
"Camaat müraciət edir ki, kəndimizin adından xəcalət
çəkirik. Məsələyə
Toponimiya Komissiyasında da baxılıb və
müvafiq
qərar qəbul olunub. Həmin kənd doğrudan
da
çəmənlik ərazidə yerləşdiyi üçün ona Çəmənli adının verilməsi məqsədəuyğundur". Sonra millət vəkilləri hər iki qanun layihəsini müzakirə olunmaq
üçün plenar iclasa tövsiyə ediblər.
Azad
Həftə içi.- 2009.- 11-13.- S. 6