Abdulla Gül qəti söz verdi
"Azərbaycanın
işğal olunmuş
5 rayonunu almasam, adımı dəyişərəm"
"Əgər
sərhədlərin açılmasına
əvəz kimi Ermənistandan Azərbaycanın
işğal olunmuş
5 rayonunu almasam, adımı dəyişərəm"
- Türkiyənin "Milliyyyyət"
qəzetinin yazdığına
görə, bu sözləri ölkə prezidenti Abdulla Gül silahdaşları ilə keçirdiyi şam yyeməyi yzamanı səsləndirib. Qəzetin yazdığına görə, hazırda A.Gül mütəmadi olaraq ABŞ prezidenti Barak Obama və
dövlət katibi Hillari Klintonla telefon əlaqəsi saxlayır: "1 gün əvvəl isə prezident ermənistanlı həmkarı Serj Sarkisyana zəng vurub və sərhədlərin
açılması ilə
bağlı müzakirələr aparıb".
Qəzet Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğanın yaxın
günlərdə Dağlıq
Qarabağ problemi ilə bağlı müzakirə aparmaq üçün Moskvaya yollanacağını da bir daha təsdiqləyib:
"1 gün əvvəl
Ərdoğan Rusiyanın
baş naziri Vladimir Putinlə telefonla danışıb və yaxın vaxtlarda Moskvada görüşmələrini
razılaşdırıb".
S.Sarkisyan isə dünən keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının
hər hansı ilkin şərt irəli sürmək şərti ilə baş tutmasını mümkün saymır. "Novosti-Armeniya"
agentliyinin məlumatına
görə, S.Sarkisyan
deyib: "Bir daha təkrarlayıram: biz münasibətləri yalnız ilkin şərt irəli sürmədən həll
etməyə hazırıq.
İndi top meydanın Türkiyəyə
aid hissəsindədir.
"Futbol diplomatiyası"nın dili ilə
danışsaq, top meydanın bir hissəsində uzun müddət qala bilməz. Çünki futbol qarşılaşmaları
hansısa müddət
daxilində oynanılır".
Erməni prezident
Ankaranın İrəvan
qarşısında hansısa
şərtlər irəli
sürdüyünə işarə
edib: "Əlbəttə,
ola bilsin hesabımızda yanılmışıq
və indi türklər başqa mövqe tutaraq qarşımıza hansısa
şərt qoymaq fikrinə düşə bilərlər. Hadisələrin
belə inkişafını
birmənalı şəkildə
istisna etmək olmaz. Lakin hesab
edirəm bu halda belə biz prosesdən daha güclü tərəf kimi çıxacağıq".
Jurnalistlərin Ermənistanı Türkiyə ilə
danışıqlara
başlamağa nəyin vadar etməsinə dair sualını
cavablandıran dövlət başçısı
ölkəsinin
"Türkiyənin peşəkar
diplomatiyası bu səmimiliyi qiymətləndirmək
gücündədir. Müəyyən
beynəlxalq faktorlar var və bizi
məhz həmin faktorlar hazırkı vəziyyətə gətirib-çıxarıb". S.Sarkisyan
onu da bildirib
ki, Türkiyənin
"erməni soyqırımı"nı tanıması məsələsi iki ölkə arasında münasibətlərin qaydaya
salınması üçün
şərt hesab olunmamalıdır. Bütün
bunlarla yanaşı, erməni prezident ölkəsi ilə Türkiyə arasında sərhədin bu il oktyabrın 7-dək açılacağına ümid
etdiyini söyləyib.
O, iki ölkə arasında danışıqların
yekunlaşmaq üzrə
olduğunu da bildirib. Qeyd edək ki, oktyabrın
7-də Türkiyə və
Ermənistanın futbol
üzrə milli komandaları arasında İstanbulda növbəti
qarşılaşma keçiriləcək.
Ankaradan isə yenə də bir-birinə zidd xəbərlər gəlməkdədir. Hakim
Ədalət və İnkişaf Partiyasından
(AKP) olan millət vəkili Haluk İpək APA-ya açıqlamasında ölkəsinin
Ermənistanla sərhədləri
açmaq fikrində olmadığını iddia
edib: "Mən konkret deyirəm ki, aprelin 16-da Türkiyə - Ermənistan
sərhədləri açılmayacaq".
O, Türkiyənin hər
an Azərbaycanın yanında olduğunu söyləyib. Son 6 - 7 ildə qatıldığı
bütün beynəlxalq
tədbirlərdə bu
sualın ona ünvanlandığını deyən
H.İpək fikrini belə davam etdirib: "Ancaq Türkiyə hər zaman bəyan edib ki, Dağlıq
Qarabağ münaqişəsi
həll olunmadan sərhədlər açılmayacaq.
Mən qəti olaraq bildirirəm ki, Türkiyənin Azərbaycanla bağlı
siyasəti dəyişməyib".
Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri
Dəniz Baykal isə
Türkiyə Milli İstihbarat Təşkilatının (Milli
Kəşfiyyat Komitəsi)
sabiq analitiki Mahir Kaynak isə
hesab edir ki, Ankaranın Ermənistanla sərhədləri
açması Türkiyənin
özünü daxili
böhrana sürükləyəcək. "Sərhədlərin
açılması yalnız
Azərbaycanın işğal
altındakı torpaqlarının
boşaldılmasından sonra
mümkündür", - deyə
M.Kaynak "Trend"ə açıqlamasında
bildirib. Bununla yanaşı, o, proseslərin Türkiyədə
hakimiyyət çevrilişi
ilə nəticələnəcəyinin
gözlənilən olmadığı
qənaətindədir.
Dünən Azərbaycan
- Türkiyə İş
Adamları Birliyinin İdarə Heyətinin sədri və Azərbaycan - Türkiyə
- Amerika Fondunun sədri Əhməd Erentok son hadisələrə
etiraz olaraq ABŞ-ın rəsmi şəxslərinə müraciət
ünvanlayıblar. Müraciət
ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton, Nümayəndələr
palatasının sədri
Nensi Pelosi, Senatın Xarici Əlaqələr Komitəsinin
rəhbəri, senator Con Kerriyə ünvanlanıb. Sənəddə
Türkiyənin Azərbaycanın
mövqeyini nəzərə
almadan sərhədləri
açmasının gözlənilən
effekti verməyəcəyi
bildirilir: "Bu halda Azərbaycanın Türkiyə, həmçinin
ABŞ-la əlaqələri
gərginləşəcək. Sərhədlərin açılması
bölgədə vəziyyəti
daha da mürəkkəbləşdirəcək".
Müraciət müəllifləri
Vaşinqtonu məsələyə
həssas yanaşmağa
çağırıblar.
Türkiyə - Ermənistan sərhədlərinin
açılması məsələsinə
Beynəlxalq Böhran
Qrupunun Avropa proqramlarının direktoru
Sabina Freyzer də münasibət bildirib. O, "1news.az" saytına açıqlamasında
deyib ki, İrəvan Ankara ilə ikitərəfli münasibətlərinin yalnız
Azərbaycanın işğal
altındakı torpaqlarının
azad ediləcəyi təqdirdə möhkəmlənəcəyini
anlamalıdır. Bununla
yanaşı, S.Freyzer
hesab edir ki, iki ölkə
arasında sərhədlər
açılarsa, bu, Cənubi Qafqazda sülh və sabitliyə yeni impuls verəcək: "Artıq illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli
dalana dirənib. Uzun illər ərzində Türkiyə
Ermənistanla münasibətlərin
normallaşdırılması üçün Azərbaycanın
işğal altındakı
torpaqlarının boşaldılması
şərtini ortaya qoyub. İndi yeni yanaşmanın sınaqdan keçirilməsi
vaxtıdır". S.Freyzerin
fikrincə, İrəvanla
Ankara arasında münasibətlərin normallaşması
Azərbaycanın ərazi
bütövlüyünün bərpasına da yardım edə bilər.
Cahangir Həsənli
Həftə içi.- 2009.- 11-13 aprel.- S. 1-2.