Kamal Xudaverdiyev anıldı
Dünən Teatr Xadimləri İttifaqında
(TXİ) sevilən teatr
və kino aktyoru Kamal Xudaverdiyevin
vəfatının ildönümü
ilə əlaqədar
anım mərasimi keçirildi.
İlk çıxış edən
TXİ-nin sədri Azərpaşa Nemət vurğuladı ki, K.Xudaverdiyev sözü vaxtında deməyi üstün tutan insanlardan idi. A.Nemət:
"Kamal Xudaverdiyevin filmlərdə, televiziya tamaşalarında və əlbəttə ki, Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı
obrazları unutmaq mümkün deyil. Çox təəssüf
ki, belə bir sənətkar artıq aramızda yoxdur".
Tədbirdə çıxış
edən teatrşünas
Məryəm Əlizadə
isə K.Xudaverdiyevin səhnə fəaliyyətini
təhlil edərək
onun yaratdığı
obrazların incəsənət
tariximizdə öz yerini tutduğunu dedi. K.Xudaverdiyevin 1965-ci ildən "Azdrama"nın
truppasına daxil olduğunu xatırladan M.Əlizadə onun "Məhv olmuş gündəliklər"də Ədalət,
"Vaqif"də Eldar,
"Dar ağacı"nda Aqşin, "Qılınc
və qələm"də
Fəxrəddin kimi obrazlar yaratdığını,
dolğun yaradıcılıq
yolu keçdiyini qeyd etdi.
Mərasim iştirakçılarına K.Xudaverdiyevin
iştirak etdiyi tamaşalardan fraqmentlər
nümayişləndi və
hər kəs bir daha mərhum
aktyorun təkrarsız
səsinin cazibəsinə
düşdü.
Samirə
Həftə içi.- 2009.- 14 aprel.- S. 7.