Eldar Qurban
Rusiyanın paytaxtlarını
fəth edir
Martın 20-dən 29-dək
Moskvada müasir Azərbaycan rəngkarlığının
ən layiqli nümayəndələrindən biri Eldar Qurbanın
və oğlu Cavid Qurbanın sərgisi baş tutub. Rəssamın telefon vasitəsilə
"Həftə içi"nin
müxbirinə verdiyi
məlumata görə,
"Bir dünya - iki qütb" adlanan vernisaj Rəssamlar İttifaqları
Konfederasiyasının təşəbbüsü
ilə keçirilib.
Rusiya Federasiyası Rəssamlar İttifaqının binasında
keçirilən sərgidə
E.Qurban moskvalı sənətsevərlərə rəngkarlıq
əsərlərini, C.Qurban
isə qrafika üslubunda çəkdiyi
rəsmləri təqdim
ediblər.
Aprelin 22-də isə Eldar Qurbanın fərdi sərgisi Rusiyanın ikinci paytaxtı və mədəniyyət
mərkəzi sayılan
Sankt-Peterburq şəhərində
açılacaq. Maraqlıdır ki, fırça
ustasının əsərləri
arasında "Mart" adlı
maraqlı bir rəsm var və
budəfəki vernisaj
Piterin məhz
"Mart" adlı qalereyasında
təqdim olunacaq.
Bu sərgidə E.Qurban
peterburqlulara "Vurğun
gəmilər", "Qürub
çağı", "Uçan ilanlar", "Qırmızı ağaclar",
"Körpü", "Parkda gəzinti" və digər mənzərə, natürmort,
qadın portretlərini
təqdim edəcək.
Eldar müəllim bizə məlumat verdi ki,
artıq 2 ay yarımdır
ki Sankt-Peterburqda yaşayır və bu təkrarsız gözəlliyə malik şəhərin panoramlarını
da kətan üzərinə köçürərək
peterburqlu tamaşaçıların
mühakiməsinə vermək
fikrindədir.
Samirə
Həftə içi.- 2009.- 14 aprel.- S. 7.