"Sarı gəlin" Kanada radiosunda

 

Kanadanın paytaxtı Ottavada "Chin FM 97.9" radiostansiyasının növbəti proqramı Azərbaycana həsr olunub. Ötən həftənin cümə günü efirə gedən verilişdə Ottava - Azərbaycan Cəmiyyətinin rəhbəri Yaşar Muğan səfirlik əməkdaşının xanımı Fərəh Gəncəliyeva iştirak ediblər. Dünyanın müxtəlif ölkələrinin ənənə, mədəniyyət incəsənətinin işıqlandırılmasına köklənən bu verilişdə Kanadada yaşayan azərbaycanlıların həyat tərzi barədə məlumat verilib. Efir vaxtının böyük bir hissəsi kanadalı dinləyiciləri Azərbaycanın musiqisi, incəsənətin digər növləri, toy adətləri, mətbəx mədəniyyəti, dini etnosu ilə tanış etməyə sərf olunub. Radioverilişin iştirakçıları qeyd ediblər ki, Azərbaycanda bütün dövrlərdə başqa millətə, dinə mənsub insanlara tolerant münasibət bəslənib. Buna görə hazırda ölkəmizdə xristian yəhudi icmaları çox rahat fəaliyyət göstərirlər. Azərbaycanın Kanadadakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, verilişin sonunda "Sarı gəlin" Azərbaycan xalq mahnısı səslənib.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 15 aprel.- S. 7.