"Müəllimlərimizin əksəriyyəti öz məzunlarımızdır"

 

Zöhrə Rzayeva: "Mən muğamı xalqın damarında axan qanı hesab edirəm"

 

Müəllim haqqında söz açmaq olduqca çətin məsuliyyətlidir. Əsl müəllim öz biliyi istedadı ilə dərs dediyi şagirdlərinin təfəkküründə, yaddaşında qalır. Vurğunu olduğu sənətini onlara öyrədir.

 

Belə müəllimlərdən biri Zöhrə Rzayevadır. O, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulub. İxtisasca fortepiano müəllimidir. Atası Novruzəli Rzayev məşhur tarzən olub. Uzun müddət Füzuli şəhərindəki 1 saylı musiqi məktəbində müəllim işləyib. Onun yetirmələri respublikamızın bir çox adlı-sanlı sənətçiləridir. Zöhrə müəllimə bildirdi ki, onda musiqiyə olan həvəs atasından keçib: "Başqa ixtisasda özümü görmürdüm. Çünki piano müəllimi olmaq arzusundaydım. Lap kiçik yaşlarımdan bu sənəti sevirdim. 7 yaşımda Füzuli şəhər 1 saylı musiqi məktəbinin piano şöbəsinə qəbul oldum 7 il orada təhsil aldım. Ailəmiz Ordubada gəldi. Ordubad şəhər 1 saylı musiqi məktəbində müəllimə ehtiyac var idi. Həmin təhsil ocağının direktoru Həmid Qəniyev atamı məni məktəbə dəvət etdi. Bir il dərs dedim. 1970-ci ildə Ağdam musiqi texnikumuna daxil oldum. Texnikumda təhsil almaqla bərabər, Füzuli şəhər 1 saylı musiqi məktəbində müəllim işlədim. 1980 - 1991-ci ilə kimi adıçəkilən musiqi ocağında dərs hissə müdiri vəzifəsində çalışdım. İctimai işlərdə fəal iştirak edirdim. 1991-ci ildə Füzuli rayonunun İnşaatçılar qəsəbəsindəki 7 saylı uşaq musiqi məktəbinə direktor təyin edildim. Bu günə kimi həmin vəzifədə çalışıram".

Zöhrə Rzayeva rəhbərlik etdiyi musiqi məktəbinin fəaliyyətindən söz açdı: "Milli musiqimizi təbliğ etmək onun müqəddəsliyini qoruyub-saxlamaq, eləcə gənc nəsillərə öyrətmək biz müəllimlərin borcudur. Elə bu səbəbdən rəhbərlik etdiyim bu musiqi məktəbi respublikada seçilən təhsil ocaqlarından biridir. Məktəbdə davamiyyətə, xüsusilə təhsilin keyfiyyətinə ciddi fikir verilir. Öz sənətini, ixtisasını sevən müəllimlərimiz var ki, onlar şagirdlərin musiqi tərbiyəsi ilə məşğul olurlar. Şagirdlər muğama böyük həvəs göstərirlər. Səs sinfində istedadlı şagirdlərimiz çoxdur. Mən muğamı xalqın damarında axan qanı hesab edirəm. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın muğama olan qayğısını kollektivimiz çox yüksək qiymətləndirir. Arzu edirik bu sahədə işlər uğurla davam etdirilsin. Şagirdlərimiz çox həvəslə muğam dərslərinə gəlir müəllimlərindən onun sirlərini öyrənirlər. Elməddin Quliyev Tural Məmmədovun gözəl, məlahətli səsləri var. Muğamları çox yaxşı öyrənir yaxşı da ifa edirlər. Bu yaxınlarda Astara rayonunda keçiriləcək müsabiqədə onlar da iştirak edəcəklər. Hər il respublika müsabiqələrində, eləcə xor festivalında şagirdlərimiz yaxından iştirak edir öncül yerlərdən birini tuturlar. Uğurlarımızdan biri odur ki müəllimlərimizin əksəriyyəti öz məzunlarımızdır. Məktəbimizdə ixtisasını mükəmməl bilən müəllimlərimiz çoxdur. Onlardan Vəfa Musayeva, Ramiz Mehdiyev, Ramilə Paşayeva başqalarını göstərmək olar. Onu da qeyd edim ki, məktəbin məzunlarından biri olan Novruz Ağayev "Azəristar"da iştirak edib".

Z.Rzayeva problemlərinin olmadığını vurğuladı: "Respublika Mədəniyyət Turizm Nazirliyinin, rayon icra hakimiyyətinin, rayon mədəniyyət turizm şöbəsinin qayğısını daim hiss edirik. Kaş məktəbimiz Füzulidə fəaliyyət göstərəydi. O günü səbirsizliklə gözləyirik. İnanırıq ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək".

  

   

   Qələndər Xaçınçaylı

 

  Həftə içi.- 2009.- 15 aprel.- S. 7.