"Konya xalçaları" Aşqabad
konfransında
Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin direktoru Röya Tağıyeva Türkmənistanın paytaxtı
Aşqabad şəhərində
keçirilən "Səlcuqilər
dövrünün ədəbiyyatı
və mədəniyyəti"
mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycanı təmsil edib. Türkmənistanın prezidenti
Qurbanqulu Berdımuhammedovun
rəhbərliyi altında
baş tutan konfrans çərçivəsində
elmi forum da keçirilib. Tədbirin təntənəli
açılış mərasimi
Milli Mədəniyyət
Mərkəzinin konfrans
zalında keçirilib.
R.Tağıyevanın mətbuata açıqlamasına
görə, konfransın
5 elmi seksiyasının
işinin gedişində
140-a yaxın elmi məruzə dinlənib və müzakirə edilib, iqtisadiyyatın, siyasətin, ədəbiyyatın,
dekorativ-tətbiqi sənətin, memarlığın
və heykəltəraşlığın,
musiqi və rəngkarlığın səlcuqilərin hakimiyyətdə
olduğu dövrdəki
özəllikləri nəzərdən
keçirilib. R.Tağıyeva vurğuladı
ki, belə bir nüfuzlu elmi toplantıda iştirak etməklə nümayəndə heyətimiz
digər ölkələrdən
olan tanınmış
həmkarları ilə
fikir mübadiləsi aparmaqdan savayı, həm də Türkmənistanın orijinal
mədəniyyəti ilə
daha yaxından tanış olmaq imkanı qazanıb. Xalça Muzeyinin direktoru məlumat verdi ki, XIII-XV əsrlərə
aid olan və günümüzə
çox az sayda gəlib-çatan səlcuq xalçaları Konyada aşkar ediləndən sonra "Konya xalçaları" adı
altında Berlin, İstanbul və Konya muzeylərində saxlanılır. R.Tağıyeva:
"Kompozisiyasının əsasını
pilləvarı romb şəkli və kvadratlar və bunları əhatələyən
qarmaq şəkilli elementlər təşkil edən bu xalçaların
əsas naxışı
"Memlinq çiçəyi"
adı ilə də məşhurdur. Məhz bu cür
naxış forması
Orta Asiya, Azərbaycan və Anadolunun XX əsrə qədərki xalça yaradıcılığına güclü
təsir göstərib",
- deyə R.Tağıyeva
qeyd etdi.
Samirə
Həftə içi.-
2009.- 15 aprel.- S. 6.