Moskva universitetində Azərbaycan dili tədris olunacaq

 

Polad Bülbüloğlu: “Gənc nəsli qarşılıqlı hörmət ruhunda tərbiyə etmək çox vacibdir

 

Dünən Moskvada Dövlət Linqvistika Universitetinin əsas binasında Azərbaycan Mədəniyyəti Dili Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə universitetin müəllim-tələbə heyəti, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları şəxsən səfir Polad Bülbüloğlu, Dövlət Dumasının deputatları, Azərbaycan diasporunun üzvləri, Bakı Slavyan Universitetinin rektoru başda olmaqla nümayəndə heyəti iştirak edib. Azərbaycanın Rusiyadakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu hadisənin tələbə-gənclər üçün əhəmiyyəti daha böyükdür. P.Bülbüloğlu: “Əgər yaşlı nəslə Azərbaycanın necə bir ölkə, azərbaycanlıların necə bir xalq olduğunu izah etməyə ehtiyac yoxdursa, yeni müstəqil dövlətlərin vətəndaşları olan gənclərin isə bu sahədə problemləri ola bilər. Lakin biz qonşuyuq, buna görə gənc nəsli qarşılıqlı hörmət məhəbbət ruhunda tərbiyə etmək çox vacibdir. Səfirlik öz növbəsində əlindən gələni əsirgəməyəcək ki, bu mərkəz yüksələn xətt üzrə fəaliyyət göstərsin“.

Azərbaycan diasporunun təmsilçilərindən birinin belə bir mərkəzin açılmasını xəyalların gerçəkləşməsi adlandırması isə hər kəsin ürəyindən xəbər verən fikir olub. Linqvistika Universitetinin rektoru İrina Xaleyeva məlumat verib ki, artıq 3 ildən sonra Rusiyanın nüfuzlu təhsil ocaqlarından biri olan bu universitetin məzunları - tərcüməçi bölgəşünaslar diplomu alarkən Azərbaycan dilini bilən mütəxəssis kimi peşə faəliyyətinə qədəm qoyacaqlar. İ.Xaleyeva: “Onların uğurlu hazırlıq mərhələsini keçmələrindən ötrü Bakı Slavyan Universiteti çox böyük əmək sərf edib. Həmin universitet isə öz növbəsində rus dili mütəxəssislərinin hazırlanmasına diqqət ayırıb. Belə əməkdaşlıq qarşılıqlı anlaşma bir-birimizə bəslədiyimiz dərin hörmət hissi olmadan baş tutmazdı“, - deyə rektor vurğulayıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi isə nazir Sergey Lavrovun minnətdarlıq məktubunu İ.Xaleyevaya çatdıraraq qeyd edib ki, Azərbaycanla Rusiya çox yaxşı, sıx əlaqələrlə bir-birinə bağlanıblar. O deyib ki, bu münasibətlərin əsasında humanitar sahədə əməkdaşlıq durur. Mərasimdə vurğulanıb ki, müxtəlif millətlərdən olan insanların dostluq normal ünsiyyət münasibətləri olmadan Moskvanın gələcəyini təsəvvür etmək çətindir.

 

Samirə

 

Həftə içi.- 2009.- 17 aprel.- S. 7.