Ramiz Mirişli - 75

 

Ötən həftəsonu M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Ramiz Mirişlinin 75 illiyinə həsr olunmuş təntənəli tədbir konsert baş tutdu. Yubiley mərasimində mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev çıxış edərək Ramiz Mirişlinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı rolundan danışdılar. Ə.Vəliyev nazir Əbülfəs Qarayevin, H.Hacıyev isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təbrik məktbunu oxudular. Yubiley tədbirinin ikinci hissəsində bəstəkarın "Azərbaycanım" kantatası, "Oxu, tar" balladası digər əsərləri Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin (bədii rəhbər baş dirijor Rauf Abdullayev) Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) ifasında səslənib. Təbii ki, yubiley mərasimi müğənnilərin ifasında Ramiz Mirişlinin təkrarsız mahnı yaradıcılığından nümunələrsiz ötüşməyib. Gecədə "Dalğalar", "Alma almaya bənzər" filminə yazılmış nəğmələr digər mahnılar ifa olunub.

 

Samirə

 

Həftə içi.- 2009.- 21 aprel.- S. 7.