"İslam mədəniyyəti kitab səhifələrində"
"Bakı - İslam mədəniyyətinin paytaxtı
- 2009" tədbirləri çərçivəsində
İqtisadi Əməkdaşlıq
Təşkilatına (EKO) üzv
ölkələrin milli
kitabxanalarının direktorlar
şurasının II konfransı
dünən öz işinə başladı. Mədəniyyət
və Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən
təşkil olunmuş
konfrans Türkiyə,
İran, Pakistan, Türkmənistan,
Tacikistan, Özbəkistan,
Qırğızıstan və
Qazaxıstanın milli
kitabxana direktorlarının
və EKO-nun Mədəniyyət
İnstitutunun nümayəndələrinin
iştirakı ilə
keçirilir. Konfrans öz
işinə başlamazdan
öncə kitabxananın
salonlarından birində
"İslam mədəniyyəti
kitab səhifələrində"
adlı beynəlxalq sərginin açılış
mərasimi keçirildi.
Sərginin ekspozisiyasında hər bir ölkənin
milli kitabxana fondundan 40-50 ədəd kitab görmək mümkündür. Bu nəşrlərin əksəriyyəti
sərgi başa çatandan sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə
olunacaq. Konfransın
açılışında çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəz Qarayev bildirdi ki, Bakının
İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar keçirilən
növbəti tədbirin
kitabla bağlı olması islam
aləmində elmin daşıyıcısı olan
kitablara nə qədər böyük əhəmiyyət verildiyinin
göstəricisidir.
Bu gün
konfrans öz işini davam etdirərək EKO-ya üzv ölkələrin
milli kitabxanalarının
Direktorlar Şurasının
vahid portalının yaradılması, türk xalqlarının görkəmli
şəxsiyyətlərinin yubileylərinin islam
dünyasında qeyd olunması və s. məsələləri müzakirəyə
çıxaracaq.
Samirə
Həftə içi.- 2009.-
21 aprel.- S.- 5.