Leyla Əliyeva RAGT-nin sədri seçilib

 

Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilib. Tədbirdə Rusiyanın 60-dan çox bölgəsində fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan təşəbbüs qruplarından 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar Rusiyanın rəsmi şəxsləri iştirak ediblər. Tomsk, Sankt-Peterburq, Rostov, Çelyabinsk, Başqırdıstan təşəbbüs qruplarının nümayəndələri Lamiyə Bayramova, Kamilə Malışova, Vyaçeslav Svitko, Xuraman Əlsaimova Ağa Rüstəmov Rusiyadakı azərbaycanlı gənclərə verdiyi dəstəyə görə Leyla Əliyevaya təşəkkürlərini bildiriblər. Sonra RAGT-nin yaradılması ilə bağlı səsvermə keçirilib, qurumun nizamnaməsi qəbul edilib. L.Əliyevanın təşkilatın sədrliyinə namizədliyi irəli sürülüb təklif yekdilliklə qəbul olunub. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyeva "Rossiya" kanalının "Vesti" proqramına müsahibə verib. L.Əliyeva müxbirin suallarına cavabında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, özünün təşəbbüsü ilə yaradılan RAGT-nin vəzifələrindən danışıb. O da bildirilib ki, RAGT-nin məqsədi Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək göstərmək, habelə Azərbaycan mədəniyyətini təbliğ etməkdir. L.Əliyeva gənclər məsələsinə toxunaraq bildirib ki, Azərbaycan gəncləri Rusiya gənclərindən heç ilə fərqlənmir, Azərbaycanda isə Şərqlə Qərb arasında böyük fərq duyulmur.

 

 

Elnur

 

Həftə içi.- 2009.- 21 aprel.- S. 5.