Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadənin iştirakı ilə mətbuat konfransı keçirildi.

         

   Konfransda çıxış edən M.Abbaszadə dedi ki, TQDK aprelin 21-dən mayın 31-dək 2009/2010-cu tədris ili üçün ölkənin ali məktəblərinə orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizə qəbulu elan edir. Ali məktəblərə orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər öncə aprelin 21-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalıdır. Sonra müvafiq sənəd qəbulu komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək ərizələrini aprelin 28-dən mayın 31-dək təsdiq etdirməlidir: "Orta ümümtəhsil məktəblərini 2009-cu ildə bitirən abituriyentlər ərizələrini Bakı şəhərində Binəqədi rayonu 83, 115, 297 saylı məktəblərdə, Xətaidə 95, 55, 249 saylı, Nəsimidə 19, 46, Səbaildə 190, 49, Sabunçuda 75, Qaradağda 139, Əzizbəyovda 136, Nizamidə 210, 250, Nərimanovda 47, 178, Yasamalda 158, 225, Suraxanıda 85 104 saylı orta məktəblərdə yaradılan sənəd qəbulu komissiyalarında təsdiq etdirə bilərlər. Orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirənlər ali, orta ixtisas, peşə məktəblərinin məzunları paytaxtda ərizələrini Texniki, Pedaqoji, Memarlıq İnşaat, Dillər, Xəzər, "Azərbaycan", Bakı Biznes universitetlərində yaradılan komissiyalara təqdim etməlidir".

M.Abbaszadənin sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar ərizələrini Qazax rayon Təhsil Şöbəsində, Dağıstan Respublikasında yaşayan azərbaycanlılar isə Qusar rayon Təhsil Şöbəsində yaradılan SQK-da təsdiqlətdirə bilərlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olmaq istəyənlər sənədlərini müvafiq nazirlik idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edib elektron ərizələrini həmin təhsil müəssisələrində yaradılan SQK-da təsdiq etdirirlər: "Ali orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər. Qabiliyyət imtahanı test imtahanından sonra keçirilir. Test qabiliyyət imtahanlarının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini yerinə yetirənlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edə bilərlər".

Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent ərizəsini ümumi qaydaya əsasən təsdiqlətdirəndən sonra TQDK tərəfindən yaradılan müvafiq qabiliyyət imtahanı komissiyasında (QİK) qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün abituriyent aprelin 28-dən mayın 31-dək QİK-ə tələb olunan sənədləri yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. Qabiliyyət imtahanlarında yalnız test imtahanında topladığı ümumi balı müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər.

TQDK sədri onu da dedi ki, Dəniz Akademiyasının ixtisaslarında ya Milli Aviasiya Akademiyasının 1-ci qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizələrini təsdiqlətdirmək üçün sənədlərini bilavasitə həmin təhsil müəssisələrində yaradılan SQK-ya təqdim etməlidir. Onlar həmin təhsil müəssisələrində xüsusi tibbi, psixoloji müayinədən keçirlər. Müayinədən müvəffəqiyyətlə keçən abituriyentlər ərizələrində bu ali məktəblərin müvafiq ixtisaslarını göstərmək hüququ qazanırlar.

M.Abbaszadə bildirdi ki, elmi-metodik statistik təhlil nəticəsində məlum olub ki, abituriyentlərin bir qismi sadə ortasəviyyəli sualların həllində qənaətbəxş bilik bacarıq nümayiş etdirsələr , müəyyən mövzulara aid test tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkmişlər. Bununla əlaqədar "Abituriyent" jurnalının bu sayında belə tipli test tapşırıqlarının izahlı təhlili verilib: "Ayrı-ayrı fənlər üzrə abituriyentlərin qəbul imtahanlarında cavab verməkdə çətinlik çəkdikləri ya cavabdan imtina etdikləri test tapşırıqlarının şərhi ilə tanışlıq qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün olduqca faydalı mənbədir. Komissiyaya abituriyentlər, valideynlər, təhsil işçiləri ümumən vətəndaşlardan qəbul imtahanları öncəsi çoxlu suallar, müraciətlər məktublar daxil olur. "Abituriyent" jurnalının bu sayında həmin müraciət suallardan ən səciyyəvi olanları onlara komissiyanın mütəxəssisləri tərəfindən hazırlanmış cavablar dərc edilib. Yəqin, bu material da gənclərimizə qəbul kampaniyasının gedişi ayrı-ayrı məqamları barədə əlavə məlumat almağa imkan verəcək".

TQDK sədri bildirdi ki, sənəd qəbulu zamanı abituriyentlərin internet xidmətlərindən pulsuz istifadə etməsi üçün TQDK müxtəlif dövlət orqanları ilə razılığa gəlib. İnternetlə təmin edilən məktəblərin məzunları təhsil aldıqları müəssisədə sənəd verə, interneti olmayan məktəbin məzunları isə poçt şöbələrinə müraciət edə bilərlər. Bundan başqa, Vergilər Nazirliyinin 14 kompüter terminalı vasitəsilə ərizə təqdim etmək mümkündür. M.Abbaszadənin sözlərinə əsasən, Nazirlər Kabineti bu ilin yanvarın 12-də "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nı təsdiq edib. Bu ildən qəbul aparılacaq həmin ixtisasların qruplar üzrə siyahısı "Abituriyent" jurnalının 1-ci sayında dərc edilib. Ali məktəblərə ümumi qəbul planında əsaslı dəyişiklik gözlənilməsə , bakalavr ixtisaslarının ötən illərdəki siyahısı ilə müqayisədə yeni siyahısında ixtisasların sayı 265-dən 149-a endirilib, bəzilərinin adlarında da dəyişiklik edilib. Bununla belə, ötən illərin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq jurnalın bu sayında 2007-ci 2008-ci illərin qəbul imtahanlarında dövlət ali məktəblərinin ixtisasları üzrə formalaşan keçid balları da dərc olunub: "Xatırlatmaq istəyirəm ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir".

M.Abbaszadə ali məktəblərə qəbul imtahanlarının iyulun əvvəlində başlayacağını söylədi. İlk imtahanın iyulun 5-də keçirilməsi nəzərdə tutulur. İmtahanların daha dəqiq cədvəli mayın əvvəlində elan ediləcək.

  

    

Naibə

 

Həftə içi.- 2009.- 18-20 aprel.- S. 6.