Azərbaycan böhrandan daha asan qurtula bilər

 

Koba Qvetenadze: "Hökumət idxala tariflərin artırılması kimi proteksionist tədbirlərdən qaçmalıdır"

 

"Trend"in Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan nümayəndəliyinin başçısı Koba Qvetenadze ilə müsahibəsi.

 

 - Dünya maliyyə böhranının təsirini azaltmaq üçün Azərbaycan iqtisadiyyatı üçün hansı işləri görmək təklif oluna bilər?

- Davam edən iqtisadi böhranın təsirlərindən heç bir ölkənin qaça bilməməsinə rəğmən bəzi ölkələrin mövqeyi elədir ki, onun təsirini zəiflədə bilər. Azərbaycan özünün xarici aktivləri hələ dünya maliyyə sisteminə məhdud çıxışı hesabına böhranın çətinliklərini başqa ölkələrə nisbətən daha yaxşı arxada qoya bilər. Son 3 ildəki ixracdan gələn böyük pul gəlirləri fiskal gəlirlər xarici valyutanın sabitliyi ölkənin fiskal durumuna yardım edib ki, bu da daxili iqtisadiyyatın zəifləməsi sürəti xüsusilə aşkar göründüyü zaman tələbə dəstək verilməsi üçün istifadə edilir. Belə şəraitdə dövlət maliyyəsinin səmərəli istifadəsi xüsusilə vacibdir. Bunu həmçinin seçim, qiymət gəlirin analizi, büdcədən maliyyələşdirilən layihələrin monitorinqini gücləndirməklə etmək olar. Biznes mühitinin yaxşılaşdırılmasında irəliləyiş daxili xarici şirkətlərə öz fəaliyyətini saxlamaq genişləndirmək imkanı verəcək. İqtisadi böhranın arzuolunmaz təsirlərinin aradan qaldırılması üzrə hakimiyyətin fəaliyyətləri iqtisadi siyasətin qəbulu həyata keçirilməsinə cavabdeh olan müxtəlif orqanlar arasında koordinasiya edilməlidir. Xüsusilə hökumət hüquqi institusional müqavilələr əsasında iqtisadi polismeykerlər arasında əməkdaşlıq üçün norma öhdəliklərin paylaşdırılmasında qarşılıqlı fəaliyyət strukturunu qurmalıdır. İdxala tariflərin artırılması kimi proteksionist tədbirlərdən qaçılmalıdır, çünki onlar idxalın qiymətinin artımına alıcıların ödəmə qabiliyyətinin azalmasına gətirib-çıxara, bununla da onları iqtisadi düşkünlüyə qarşı daha zəiflədə bilər.

- Azərbaycan neftin hər barrelinə görə 70 dollar nəzərdə tutulan 2009-cu il dövlət büdcəsinə yenidən baxmaqdan imtina edib. Hökumətin bu addımını istər monetar, istərsə fiskal siyasət baxımından necə dəyərləndirirsiniz?

- Azərbaycan Mərkəzi Bankı bank sistemində likvidliyin bəzi çatışmazlıqlarını aradan qaldırmaq üçün bir sıra addımlar atıb. 2008-ci ilin avqustundan etibarən o, ehtiyat tələblərini 12 faizdən 0,5 faizə qədər azaldıb uçot dərəcəsini 15 faizdən 3 faizə endirib. Azərbaycan Mərkəzi Bankı həmçinin müvəqqəti likvidlik problemləri ilə üzləşən bir sıra banklara likvidlik təmin edir. Nəhayət, AMB qısamüddətli likvidlik problemləri ilə üzləşən bir sıra ödəmə qabiliyyətli banklara müvəqqəti kreditlər verməyə hazır olduğu siqnalını verib. Bundan başqa, Maliyyə Nazirliyi ən böyük dövlət bankının kapitallaşdırılması üçün əlavə vəsaitlər ayıraraq sistemin çıxışı olduğu vəsaitlərin həcmini artırıb. Bütün bu addımlar banklara kömək edəcək daxili iqtisadiyyatın kreditlərə çıxışının kəskin azaldılmasına ehtiyacı məhdudlaşdıracaq. 2009-cu ilin büdcəsinə gəlincə, orada qeyd edilmiş qiymətin dünya bazarında neftə olan qiymətlərin hazırkı səviyyəsindən aşağı olmasına baxmayaraq, ona böyük problem yaratmır, çünki büdcənin əsas hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun transfertlərinin hesabına təmin olunur. Transfertlərin məbləği manatla hesablanıb adıçəkilən qurum ona transfertləri həyata keçirmək aktivlərə münasibətdə möhkəm mövqeni saxlamağa imkan verən yetərli vəsait gəlirə malikdir. Hər halda, ARDENŞ-in qeyri-neft sektorunun vergi gəlirləri əvvəlcə müəyyən edilmiş rəqəmdən az ola biləcəyi, həmçinin yüksək idxaltutumlu büdcə xərclərinin həmin büdcədə nəzərə alınandan aşağı olmaq ehtimalını nəzərə alaraq söyləmək olar ki, hökumət ilin ortasında büdcəyə yenidən baxmaqla səmərə əldə edə bilər. Proqnozlara düzəlişlər verilməsi dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatı büdcəsinin icrasına daha böyük aydınlıq gətirəcək.

- Sizcə, hansı vergi dərəcələri Azərbaycan üçün əlverişlidir hökumətin üzərində işlədiyi antiböhran tədbirləri çərçivəsində yeni vergi güzəştlərinin tətbiqi dərəcədə səmərəlidir?

- Bugünkü günə gəlincə, biz hökumətin antiböhran proqramının xırdalıqlarını vergi güzəştlərinin ora salınıb-salınmayacağını bilmirik. Ümumilikdə belə yanaşma hazırkı - aşağı iqtisadi artım inflyasiyanın büdcəyə gedən daxilolmaları azaltdığı şəraitdə uyğunsuz görünür. Azərbaycandakı qeyri-neft vergi sisteminə görə bəzi məlumat tövsiyələr fondun ötən il dərc olunmuş yaddaş məktubunda təklif olunub. Qısamüddətli perspektivdə gəlirlərin artırılması üçün BVF hasilatdan bəzi xüsusi vergi reyimlərinin götürülməsi, vergi gömrük idarəetməsinin gücləndirilməsi yolu ilə vergi bazasının genişləndirilməsini təklif edib. Sonrakı mərhələdə - vergi bazasının genişləndiriləcəyi, gəlirlər isə onların potensialına yaxınlaşdırıldığı zaman - sərmayələrə təşviq üçün birbaşa vergi dərəcələrinin azaldılması yeni yerlərinin yaradılması kimi başqa islahatlar da nəzərdən keçirilməlidir.

- Hazırda BVF Azərbaycan Vergilər Nazirliyinə texniki xidmət göstərir. BVF-in ölkədə vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə təkliflərinin mahiyyəti nədir?

- Bizim vergi idarəçiliyinə texniki yardımımızın məqsədi vergi rəhbərliyinə vergi ödəyiciləri tərəfindən onların vergi öhdəliklərinin könüllü yerinə yetirmə səviyyəsinin artırılmasına, həmçinin ümumi vergi auditinin aparılmasına ehtiyacın vergi inspektorları ilə şəxsi əlaqələrinin yüksək dərəcəsinin azaldılmasına yönəldilmiş müasir vergi idarəçiliyinin qurulmasına dəstəkdir. Köməyin mahiyyəti yalnız texniki xarakterlidir özündə vergi ödəməkdən boyun qaçırmağa yaxın olan vergi ödəyiciləri kateqoriyasının müəyyənləşdirilməsi üçün risklərin profilləndirilməsi sisteminin qurulması kimi fəaliyyət növlərini ehtiva edir. Bu həm biznes fiziki şəxslərin öhdəliklərini yerinə yetirmək üçün vergi ödəyicilərinə məqsədli xidmət göstərilməsi, auditin başqa nəzarət növlərinin geniş spektrinin inkişafı istifadə edilməsini nəzərdə tutur. Hazırda BVF eksperti üçüncü missiyasını həyata keçirir Vergilər Nazirliyi nümayəndələri ilə işləyir.

- Kreditlərin verilməsi qaydalarına yaxınlarda edilmiş dəyişikliklərin əsas xüsusiyyətləri nədən ibarətdir?

- Fond dünya böhranı şəraitində hər bir ölkənin bugünkü ehtiyaclarını nəzərə almaqla özünün kreditlərin verilməsi qaydalarına əhəmiyyətli dəyişiklilər edib. Dəyişikliklər rasional şərtləndirmə ilə birlikdə böyük çevikliyin verilməsinə yönəldilib. Bu, fonda BVF üzvlərinin müxtəlif ehtiyaclarına cavab vermək imkanı qazandıracaq, bununla onlara böhranı arxada qoymağa yardım edəcək, inamı bərpa edəcək davamlı inkişafı qaytaracaq. BVF-in kreditləşdirilmə strukturundakı əsas dəyişikliklərə daxildir: bütün borc alanlar üçün fondun şərtlərinin təkmilləşdirilməsi; yeni Flexible kredit xəttinin tətbiqi; BVF-in ehtiyat kreditləri haqqında ənənəvi müqavilələrin çevikliyinin artırılması; fondun qeyri-konsessional istiqrazlarına çıxışın məhdudlaşdırılması normasının iki dəfə artırılması; ödəmələrin vaxt qiymət strukturunun sadələşdirilməsi; nadir istifadə olunan müəyyən şərtlərin ləğv edilməsi.

 

 

Həftə içi.- 2009.- 18-20 aprel.- S. 4.