Misirin QİNA qrupu Qafqaz Universitetində olub

 

Dünən Qafqaz Universitetində Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Misirin QİNA xalq musiqi qrupunun üzvləri ilə görüş keçirilib.

Qeyd edək ki, həmin musiqi qrupunun ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbə müəllim kollektivi ilə görüşləri təşkil olunacaq. Sözügedən qrup həmçinin R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək.

Görüşdə öncə qonaqlar üçün Qafqaz Universitetinin ərəb dilində tanıtım filmi nümayiş olunub.

     Çıxış edən Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru Mustafa Akdağ deyib ki, universitetlər tələbələrin hərtərəfli inkişafını təmin edən bilik ocaqlarıdır. Bu məqsədlə həm təhsil, həm təlim-tərbiyə, həm sosial mədəni mövzuda bir çox proqram tətbiq edərək tələbənin həyata hazırlanması hədəflənmişdir. Bu çərçivədə demək olar dünyanın bütün ölkələrində universitetlər yerləşdiyi coğrafiya, xidmət etdikləri cəmiyyətin sosial, mədəni iqtisadi strukturuna görə öz proqramlarını hazırlamaqda tətbiq etməkdədirlər. Onun sözlərinə görə, müasir elm səviyyəsinə çatmağı çatdırmağı özünə hədəf seçən Qafqaz Universitetində tələbələrin dərsdənxaric sosial mədəni fəaliyyətlərini inkişaf etdirmək, eləcə digər universitetlərlə əlaqələr yaratmaq məqsədilə Mədəniyyət Şöbə Müdirliyi qurulub: "Bu gün bir çox sosial mədəni fəaliyyətləri həyata keçirən, fəaliyyət proqramının koordinatorluğunu edən qurum, eyni zamanda, ölkədaxili xarici bir çox fəaliyyətlərdə klubların iştirakı üçün səy göstərməkdədir. Müdirliyin tərkibində 18 klub, 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Bu klub özfəaliyyət dərnəklərində 1244 tələbə iştirak edir. Tələbələr iki qardaş ölkənin milli bayramları münasibətilə xatirə gecəsi əyləncə proqramları, həmçinin dünyada gedən proseslər çərçivəsində seminar konfranslar təşkil edir, kimsəsiz aztəminatlı ailələrə maddi mənəvi köməklik göstərirlər". M.Akdağ bildirib ki, özfəaliyyət dərnəklərində iştirak edən tələbələr universitetin tanıtım, əyləncə bayram proqramlarında, xatirə gecələrində iştirak edirlər.

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş isə bildirib ki, təcrübələr göstərir ki, universitet həyatında klub özfəaliyyət dərnəklərində aktiv fəaliyyət göstərən tələbələr gələcək həyatlarında da müvəffəqiyyət qazanırlar. Bu qürurverici gerçəyi nəzərə alaraq tələbələr üçün gələcəkdə bu kimi fəaliyyətlərlə əlaqədar geniş imkanlar yaradılmalıdır.

Misirin Azərbaycandakı səfiri Sabir Əbdül Qədir Mansur qeyd edib ki, Azərbaycanla Misir arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur: "Mən əminəm ki, qurulan bu əməkdaşlıq əlaqələri get-gedə daha da möhkəmlənəcək".

Sonra tədbir QİNA xalq musiqi qrupu üzvlərinin çıxışı ilə davam edib.

  

  

Bəhruz

 

Həftə içi.- 2009.- 22 aprel.- S. 6.