Rəqəmsal kitabxana

 

"World Digital Libray" ümumdünya rəqəmsal kitabxanası təşkilatçıların vəd etdikləri tarixdə - aprelin 21- istifadəyə verildi. Dünya xalqlarının mədəni nailiyyətlərini əks etdirən layihənin sponsorları arasında "Google" "Microsoft" şirkətləri var. "World Digital Libray"in formalaşdırılması ilə 19 ölkənin mütəxəssisləri məşğul olublar. Kitabxana 7 dildə fəaliyyət göstərir - ingilis, fransız, ərəb, Çin, rus, portuqal ispan. Virtual eksponatlar isə 40 dildə təqdim olunur. Mənbələrin mövzusu ərəb riyazi mətnlərindən başlamış yapon romanı olan "Gendzi monoqotari"yədək genişdir. Ümumdünya rəqəmsal kitabxanasının əsas vəzifəsi maarifləndirmə missiyasını yerinə yetirmək, müxtəlif ölkələrin mədəni resursları ilə maksimal dərəcədə təmasda olmaq imkanı yaratmaqdır.

  

 

Samirə

 

Həftə içi.- 2009.- 23 aprel.- S. 7.