Qafqaz Universitetində
növbəti seminar
Dünən Qafqaz Universitetində "Azərbaycan
- Koreya müasir münasibətləri və
dünya maliyyə böhranı" mövzusunda
seminar təşkil olunub.
Konfransda çıxış
edən Koreyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Lü
Səfirin sözlərinə görə,
hazırda dünyanın
bütün dövlətləri
bu böhrandan qurtulmağın yollarını
araşdırırlar. İstər
"Böyük səkkizlik",
istərsə də bu il Londonda
keçirilən "Böyük
iyirmilik" sammitində
əsas müzakirə
mövzusu dünya iqtisadi böhranı olub: "Koreya da "Böyük iyirmilik"ə daxil olan dövlətlərdən
biridir və bu böhranın həll edilməsinə çalışılır. Böhranın
dəqiq nə vaxt bitəcəyi bilinməsə də, mən əminəm böhrandan sonra dünya iqtisadiyyatı daha da inkişaf
edəcək. Hesab edirəm ki, böhrandan sonra Koreya iqtisadiyyatında illik 4 faiz artım
müşahidə ediləcək".
Koreya - Azərbaycan münasibətlərinə də
toxunan səfir qeyd edib ki,
hər iki ölkə arasında təhsil, səhiyyə, mədəniyyət və
digər sahələr
üzrə əməkdaşlıq
əlaqələri mövcuddur.
Koreya Azərbaycanda qeyri-neft sektoru ilə yanaşı, enerji sektoruna da böyük maraq göstərir. Bu yaxınlarda Koreyanın şirkətlərindən
biri "İnam" yatağında kəşfiyyat
işləri aparıb,
amma təəssüf
ki, müvəffəqiyyət
qazana bilməyib:
"Amma biz ruhdan düşmürük.
Azərbaycanla enerji sahəsində əməkdaşlıq
etməkdə qərarlıyıq.
Bundan başqa, qeyd etmək istəyirəm ki, Koreya heç bir karbohidrogen ehtiyatlarına sahib olmasa da, çox
böyük neft anbarlarına malikdir. Azərbaycan istərsə,
neft bu qədər
ucuz olduğu vaxtda öz ehtiyatlarını bizim anbarlarda saxlaya bilər və daha sonra neftin
qiyməti artdıqda bu ehtiyatları Asiya bazarına çıxarar". Tədbirin sonunda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qonağa fəxri plaketini təqdim etdi.
Bəhruz
Həftə içi.- 25-27 aprel.- S. 5.