"Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf"

 

Füzuli Ələkbərov: "Əvvəllər sosial müavinət alanların 67 faizi yoxsul ailələr idisə, hazırda bu göstərici 48 faizə enib"

 

Dünən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dünya Bankı (DB) ilə birgə Bakıda "Sosial yardım, sosial reabilitasiya: davamlı inkişaf" mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirib.

 

Tədbirdə çıxış edən əmək əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, 2006-cı ildən Azərbaycanda tətbiqlənən ünvanlı sosial yardım mexanizmi öz ünvanlılığına görə MDB- ilk yerlərdən birini tutur. Nazirin sözlərinə görə, bu mexanizm ölkədə yoxsulluq səviyyəsinin azalmasına da təsir göstərib. Əgər əvvəllər sosial müavinət alanların 67 faizi yoxsul ailələr idisə, hazırda bu göstərici 48 faizə enib.

DB-nin Cənubi Qafqaz üzrə insan resurslarının inkişafı sektorunun mütəxəssisi Aleksandra Posarak isə deyib ki, onun təmsil etdiyi qurumun dəstəyi ilə aparılan monitorinq zamanı Azərbaycanda ünvanlı sosial yardımın tətbiqi ilə bağlı müsbət nəticələr əldə olunub. Azərbaycanda əhalinin çox yoxsul təbəqəsinin bu yardımdan bəhrələnməsi təmin edilib: "Azərbaycan bu sahədə 17 faizlik səmərəliliyə nail olub bu dərəcəni saxlamaq vacibdir. Çox yoxsul təbəqələrə nağd şəkildə pul yardımının göstərilməsi yaxşı amildir. Amma ailə üzvlərinin əməyə cəlb edilməsi, uşaqlar üçün yaxşı imkanların yaradılması da vacibdir. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə gördüyü tədbirlər yaxşıdır. Biz çalışmalıyıq yoxsul təbəqələrə daha çox yardım göstərək".

DB-nin Avropa Mərkəzi Asiya regionu üzrə insan resurslarının inkişafı sektorunun mütəxəssisi Lire Ersado da ünvanlı sosial yardım mexanizminin yoxsulları əhatə etməsini vacib sayıb. Onun sözlərinə görə, bu proqram heç zaman yoxsulluq səviyyəsini aşağı salmaq məqsədi daşımır. Sadəcə, yoxsul təbəqənin ehtiyacını ödəməli, varlı ilə kasıb arasında fərq aradan qaldırılmalıdır.

DB-nin keçirdiyi monitorinq barədə məlumat verən L.Ersado deyib ki, bu qurum ƏƏSMN ilə birgə 2008-ci ilin əvvəlindən Azərbaycanda ünvanlı sosial yardım mexanizmini qiymətləndirməyə başlayıb. Bu tədbir Azərbaycanda 5500 ev təsərrüfatını 10 min benefisiarı əhatə edib. Monitorinqin əsas məqsədi ünvanlı sosial yardım proqramından bəhrələnən ailələri müəyyənləşdirmək olub.

DB rəsmisinin sözlərinə görə, Azərbaycanda yoxsul təbəqənin 10 faizi sosial yardım alır. Layihənin həddindən artıq yaxşı icra edildiyini deyən L.Erzado bəzi tövsiyələri nəzərə çatdırıb. O hesab edir ki, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi üçün müraciət proseduruna, sənədlərin siyahısına ehtiyac meyarına yenidən baxılmalıdır.

ƏƏSMN-in yoxsulluq problemləri ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov isə deyib ki, son 3 ildə Azərbaycanda "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna mövcud qaydalara müvafiq əlavə dəyişikliklər edilib, bütün ölkə ərazisini əhatələyən xüsusiləşdirilmiş korporativ lokal şəbəkə formalaşdırılıb. Hazırda bu şəbəkə vasitəsilə nazirlikdə 450 minə yaxın təyinat haqqında geniş məlumat bankı yaradılıb. Son 3 il ərzində sosial yardım alan ailələrin sayı 3,6 dəfə, 1 ailəyə ödənilən orta aylıq məbləğ 2,3 dəfə, yardım alan ailələrin 1 yaşadək uşaqlarına ödənilən müavinətin məbləği 2 dəfə, ehtiyac meyarının həddi 2 dəfə artıb.

  

 

Naibə

 

Həftə içi.- 2009.- 25-27 aprel.- S. 5.