Dəfələrlə və bir dəfə baxılan filmlər
İkincilər niyə çəkilir?
Azərbaycan mədəniyyəti və incəsənətində
hələ də tam gücü ilə çalışmayan sahələrdən
ən birincisi, bəlkə də yeganəsi kino sahəsidir. Əslində
bu problem keçmiş
SSRİ-nin demək olar bütün respublikalarında özünü
büruzə verməkdədir.
On illərlə
qurulan "kinoprokat"
sisteminin dağılması
bu mənzərəni
çox sadə, anlaşıqlı tərzdə
izah edir. Belə bir tutarlı
səbəbə bədii
şuraların fəaliyyətinə
öyrəşmiş insanların
hamısından bir nəfər kimi daxili məsuliyyət, peşəkarlıq tələb
etməyin mənasızlığını
əlavə edəndə
isə son 15 ildə istehsal olunmuş filmlərin nümayişi
zamanı keçirdiyimiz
məyusluq hissini anlamaq çətinlik törətmir. Bir şey danılmazdır ki, 1990-cı illərin ortalarına qədər (ən yaxşı halda və ən
maksimum dərəcədə)
çəkilmiş filmlərə
dönə-dönə baxmaq
ehtiyacını duyduğumuz
halda, sonrakı illərdə meydana çıxmış filmlər
barəsində bunu demək böyük çətinlik doğurur.
Bəli, belə bir tutarlı arqument də var ki, sovet
dövründə dövlət
kinostudiyalarında istehsal
edilən filmlərin sayı indikindən iki dəfə çox idi və bu nüans
zəif və ya güclü film seçiminə, təbii ki, daha geniş
imkan verirdi. Lakin o dövrün hətta ən zəif filmində də hansısa cəhət çox güclü olmağı bacarırdı. İndi isə bildiyiniz kimi, ildə ən çoxu 10 film çəkilir. Onların
rejissorları arasında
ötən illərdə
ən baxımlı, kinomuzun klassik nümunələrini yaradan
kino xadimləri də var. Və qəribədir ki, həmin rejissorlar indi ekrana bitkinlikdən
çox uzaq kino lenti çıxarmağı
özlərinə rəva
bilirlər. Pafos, ideoloji təzyiq, siyasi diktə rejimində əsl sənət nümunələri
yarandığı halda,
müstəqil dövlətin
kino xadimləri az qala "xaltura"
ilə məşğul
olurlar (?!).
Bu il milli kinematoqrafiyamızın
bir neçə nümunəsinin yubileyidir
- "Sevil" (qur.rej.
A.Beknazarov, ssen. müəl. C.Cabbarlı),
"Kəndlilər" (qur.rej.
S.Mərdanov, ssen. müəl. G.Mdivani),
"Onu bağışlamaq
olarmı?" (qur. rej. R.Təhmasib, ssen. müəl. M.Təhmasib), "Bir cənub şəhərində"
(qur. rej. E.Quliyev, ssen. müəl. R.İbrahimbəyov),
"Bizim Cəbiş
müəllim" (qur.
rej. H.Seyidbəyli, ssen. müəl. M.İbrahimbəyov), "Şərikli
çörək"(qur.
rej. Ş.Mahmudbəyov,
ssen. müəl. A.Axundova), "Babək"
(qur. rej. E.Quliyev, ssen. müəl. Ə.Məmmədxanlı),
"Bizi bağışlayın"
(qur. rej. A.Babayev, ssen. müəl. A.Boqoslavskaya),
"İstintaq" (qur.
rej. R.Ocaqov, ssen. müəl. R.İbrahimbəyov), "Lətifə"
(qur. rej. N.Musayev və Y.Abramov, ssen. müəl. R.Ağayev),
"Ölsəm, bağışla"
(qur. rej. R.Ocaqov, ssen. müəl. R.İbrahimbəyov),
"Sahilsiz gecə"
(qur. rej. Ş.Ələkbərov, ssen.müəl.
Elçin) və s.
İlk peşəkar
kinorejissorumuz Səməd
Mərdanov ilk müstəqil
işi üçün
klassik ədəbiyyat
nümunəsi olan
"Ölülər"i seçmişdi. Lakin kinostudiyanın rəhbərliyi
onu Sovet Azərbaycanının təbliğinə
köklənmiş bir
film çəkməyə məcbur etmişdi. Tarixi sənədlərdən
bəlli olur ki, iclasların birində S.Mərdanov deyib: "Ölülər"i
çəkmək üçün
mən mübarizə
aparırdım. Mənə
isə dedilər ki, "Ölülər"
bir il sonraya
qalsın, Azərbaycan
və ya Rusiya şəraitində gənc adamların tarixçəsi ilə məşğul olmayım
və 20 illik yubileyə (Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 20 illiyi nəzərdə tutulur) lazım olan film çəkim. Ona görə də mən "Kəndlilər"i
çəkmək qərarına
gəldim".
"Kəndlilər"in
elə ilk epizodlarından
S.Mərdanov təzyiqlə
üzləşir. Onu
məcbur edirlər ki, birinci kadrın
titrində "1919-cu il.
Azərbaycan. Kasıb
kəndlilər Müsavat
hökumətinin əsarəti
altında inləyirlər"
sözləri yazılsın.
Filmin süjet xətti, təbii ki, mülkədarın kəndlinin əməyini istismar edib onun
dolanışığı ilə maraqlanmaması, bolşevizm hərəkatına
qoşulan bir rus fəhləsinin - Petronun azərbaycanlıları
Müsavat hökumətini
devirib sovet hökuməti qurmağa və özü-özünün
sahibi olmağa çağıran çıxışlarının
nəticələri üzərində
qurulub. Georgi Mdivaninin ssenarisində mövcud olan bəzi nöqsanlara baxmayaraq "Kəndlilər"
yüksək səviyyədə
çəkilib. Ədəbi
ssenarinin həcmcə
nəzərdə tutulduğundan
böyük olması,
həm də SSRİ
Kino Komitəsinin səlahiyyətli
əməkdaşları tərəfindən
məcburi şəkildə
bəzi epizodların dəyişdirilməsi və
ixtisar olunması rejissor üçün xeyli çətinliklər
yaradıb. Lakin S.Mərdanovun film yaratmaq ehtirası və peşəkarlığa sadiqliyi
belə bir şəraitin doğurduğu
nöqsanların qabarıq
görünməsinin qarşısını
alıb. Moskvanın kino rəhbərlərinin
"Kəndlilər"in ssenarisi
ilə bağlı yazdıqları rəydə
deyilir: "Biz bir daha ssenariçilərin diqqətini ssenarinin elə yerlərinə yönəldirik ki, həmin səhnələrdə
partiya rəhbəri -
Lenin və Stalin haqqında
söhbət getmiş
olsun, "Kəndlilər"də
ssenariçilər bu
fikri ssenarinin süjet xəttilə üzvi şəkildə bağlaya bilməyiblər".
Belə qərəzli
iradlara baxmayaraq görkəmli rus kinorejissoru Mixail Romm xatirələrində
yazır: "Hər dəfə Azərbaycanın
gənc kinematoqrafçılarının
adı çəkiləndə,
hər şeydən əvvəl bədii filmlərdən bəzi epizodlar aramla, öz koloritli nüansları ilə gözümün qabağından
keçir - şaxsey-vaxsey
("Bismillah"), təyyarədən
çadranın uçması
("İsmət"), barmaqlıqlar
arasından qara çadranın çətinliklə
süzülüb-düşməsi ("Sevil"), yeni əlifbanın tətbiqi
("Səbuhi"), toy mərasimi
("Kəndlilər") və
başqa epizodları xatırlayanda həmin mənalı və özünəməxsus kinematoqrafiyanın
əsasını qoyan
sənətkarlar gözlərimin
qarşısında canlanırlar.
Bunların arasında
həmişə bizim
Səmədi görürəm.
Sədini, Hafizi, Füzulini, Xəyyamı əzbər oxuyan Səməd Mərdanovu...".
"Kəndlilər"də
qoyulan ideyanın bu gün aktual
olmaması hələ
filmin bədii keyfiyyətlərinin, kinematoqrafik
yükünün maraq
doğurmaması demək
deyil.
Samirə
Həftə içi.- 2009.- 24 aprel.-
S. 7.