Agentlik xüsusi kitabça hazırlayıb
Kamran İmanov:
"Ermənilər Azərbaycan
mədəni irsinin mənimsənilməsini ənənəyə
çeviriblər"
Srağagün Müəllif
Hüquqları Agentliyi
(MHA) "Azərbaycan folklorunun
və ənənəvi
biliklərin qorunması:
erməni plagiatlığı"
mövzusunda seminar keçirib.
Seminarın açılışında çıxış edən
MHA sədri Kamran İmanov Azərbaycanın
Avropa ərazisində
folklor nümunələrinin
qorunması ilə bağlı 2003-cü ildən
qanun qəbul edən yeganə ölkə olduğunu deyib. O, Azərbaycan mədəni irsinin mənimsənilməsinin erməni
ənənəsinə çevrildiyini
xüsusi vurğulayıb:
"Ermənilərin Azərbaycan
folklorunun nümunələrini
mənimsəməsi ilə
bağlı Ümumdünya
Əqli Mülkiyyət
Təşkilatına müraciətlər
edilir. Lakin bununla problem tam həll
olunmur. Onlar Azərbaycanın dastanlarını, bayatılarını,
atalar sözlərini,
nağıllarını, rəqslərini,
mətbəxini, aşıq
sənətini, xalçalarını
öz adlarına çıxırlar. Müəllif Hüquqları Agentliyi ermənilərin Azərbaycan
mədəniyyətinin nümunələrini
mənimsəməsi ilə
bağlı elə ermənilərin özlərinin
etiraflarından ibarət
kitabça nəşr
edib". Sədr
ilk növbədə öz
mədəni irsimizin təbliğ olunmasının
vacibliyini bildirib:
"Təbliğatı aparmaq
və gələcəkdə
bu oğurluqlara cavab vermək üçün biz xüsusi
kitabça hazırlamışıq.
Agentlik bu istiqamətdə işi gücləndirəcək".
Qeyd edək ki, 1996-cı ildən bu il aprelin 20-dək MHA-da 7000-ə
yaxın əsər və əlaqəli hüquqların obyektləri
qeydiyyatdan keçirilib.
Qeydiyyatdan keçirilmişlərin 625-i elmi əsər, 165-i kompüter proqramıdır.
K.İmanovun sözlərinə görə, agentlik nümayəndələri 2003 - 2008-ci illərdə müəlliflərin
və hüquq sahiblərinin iddiası əsasında üçüncü
şəxs qismində
168 məhkəmə iclasında
iştirak edib, MHA tərəfindən 60-dan çox
ekspert rəyi verilib. MHA sədrinin
sözlərinə görə,
öz əsərlərini
qorumaq istəyən müəlliflər mütləq
onu agentlikdə qeydiyyatdan keçirməlidirlər:
"Bu insanların hüquqları
pozulanda artıq onların hüquqları özləri tərəfindən
deyil, agentlik tərəfindən qorunur.
MDB ölkələrində
bu sistem ilk dəfə Azərbaycanda yaradılır. Qeydiyyatdan keçirilən
əsərlərin növləri
də çoxalıb.
Əvvəllər daha çox
musiqi əsərləri
qeydiyyatdan keçirilirdi,
indi isə elmi və ədəbiyyat
əsərlərinin müəllifləri
daha çox müraciət edirlər".
Tədbirdə çıxış
edən mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
isə erməni oğurluğunun qarşısını
almağın yeganə
yolunu Azərbaycana məxsus nümunələrin
təbliğ edilməsində
gördü: "Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində
Azərbaycan muğamları
YUNESKO-nun qeyri-maddi irs
siyahısına daxil edilib. Hazırda aşıq sənətinin
də bu siyahıya daxil edilməsi istiqamətində
müzakirələr gedir.
Mayın
19-da YUNESKO-nun mənzil-qərargahında aşıq sənətinin
geniş təqdimatı
gözlənilir".
Naibə
Həftə içi.-
2009.- 24 aprel.- S. 6.