Almaniya təcrübəsi
öyrənilir
Dövlət müəssisələrinin
restrukturizasiyası ilə
bağlı
Dünən bu məqsədlə Bakıda
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin
(GTZ) dəstəyi ilə
dövlət müəssisələrinin
restrukturizasiyasında Almaniya
təcrübəsi mövzusunda
seminar keçirilib. Seminarda komitənin mərkəzi aparatının
və ərazi şöbələrinin işçiləri,
eləcə də almaniyalı ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində
iqtisadiyyatın müxtəlif
sahələrinə aid
müəssisələrin restrukturizasiyası
mexanizmləri və istiqamətləri, bu sahədə görülən
tədbirlərlə bağlı
Almaniya təcrübəsi
öyrənilib.
Seminarda çıxış
edən Dövlət Əmlakının İdarə
Edilməsi üzrə
Dövlət Komitəsi
(DƏİEDK) sədrinin müavini
Rüstəm Şahbazov
bildirib ki, komitə tərəfindən
dövlət müəssisələrinin
özəlləşdirməqabağı
restrukturizasiyası və
sağlamlaşdırılması, habelə özəlləşdirilən
müəssisələrin dəstəklənməsi
tədbirlərinin daha
da təkmilləşdirilməsi
məqsədilə inkişaf
etmiş ölkələrin
təcrübələrinin öyrənilməsi, bu sahədə təcrübə
mübadiləsinin aparılması
və beynəlxalq qurumlarla əməkdaşlıq
sahəsində həyata
keçirilən işlər
davam etdirilir. Qurumda dövlət müəssisələrinin və
infrastruktur sahələrinin
restrukturizasiyasında beynəlxalq
təcrübənin öyrənilməsinə
xüsusi önəm verilir. Bu məqsədlə
komitə tərəfindən
ötən il ərzində bir çox Avropa ölkələrinin dövlət
müəssisələrinin restrukturizasiya təcrübəsinin
mənimsənilməsi ilə
bağlı müvafiq
tədbirlər keçirilib.
Həmin sahədə
praktik biliklərə
yiyələnmək və
təcrübə mübadiləsinin
həyata keçirilməsi
məqsədilə bir
sıra xarici dövlətlərə səfərlər
də təşkil edilib. Bildirilib ki, GTZ-nin dəstəyi ilə ötən il ərzində qiymətləndirmə,
özəlləşdirmənin metod və alətləri,
keçid iqtisadiyyatı
dövlətlərində özəlləşdirmə,
inkişaf etmiş ölkələrin özəlləşdirmə
təcrübəsi, müəssisələrin
restrukturizasiyası sahəsində
beynəlxalq təcrübə
mövzularında
Bakı şəhərində
və digər regionlarda seminar və treninqlər keçirilib. Bu il də dövlət müəssisələrinin
idarə edilməsi, restrukturizasiyası və sağlamlaşdırılması sahəsində beynəlxalq
praktikanın öyrənilməsi
və tətbiqi ilə bağlı bir sıra müxtəlif
tədbirlərin görülməsi
nəzərdə tutulub.
Restrukturizasiya və sağlamlaşdırma
tədbirlərinin həyata
keçirilməsində əsas
məqsəd dövlət
müəssisələrinin özəlləşdirilməyə hazırlanması, onların
investorlar üçün
cəlbediciliyinin artırılması,
istehsal olunan məhsulların rəqabət
qabiliyyətinin yüksəldilməsindən
ibarətdir. DƏİEDK
tərəfindən müəssisələrin
restrukturizasiyası və
sağlamlaşdırılması tədbirlərinin hazırlanması,
həyata keçirilməsinə
metodik və məsləhət yönümlü
kömək göstərilir.
2008-ci ildə qurum tərəfindən özəlləşdirməyə
açılmış bir
sıra müəssisələrə özəlləşdirməqabağı
restrukturizasiya və sağlamlaşdırma proqramlarının
hazırlanması ilə
bağlı informasiya
və məsləhət
yönümlü tədbirlər
həyata keçirilib.
Seminarda GTZ-nin layihə rəhbəri Vulf Şmider və ekspert Verner Şeyntse Almaniyanın dövlət müəssisələrində,
o cümlədən infrastruktur sahələrdə
həyata keçirilən
restrukturizasiya və sağlamlaşdırma tədbirləri,
müəssisələrin müasir
bazar iqtisadiyyatı prinsipləri və tələblərinə uyğunlaşdırılması, eləcə də digər məsələlərlə
bağlı iştirakçılara
məlumat veriblər.
Qeyd edilib ki, Almaniyanın
bu sahədə əldə etdiyi təcrübə müəssisələrin
fəaliyyətinin dirçəldilməsi,
ölkənin sənaye
potensialının artırılması,
məşğulluğun təmin
edilməsi və digər sosial yönümlü məsələlərin
həllinə təkan
baxımından əhəmiyyətli rol oynayır. Tədbirin sonunda seminar iştirakçılarına
sertifikatlar verilib.
Sevil
Həftə içi.- 2009.-
24 aprel.- S. 5.