Estoniyada "Azərbaycanlılar" dərsliyinin təqdimatı keçirilib

 

Estoniyada Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, təbiəti, mətbəxi haqqında məlumatları əks etdirən "Azərbaycanlılar" kitabının təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə günü "Trend"ə bildirilib ki, eston dilində nəşr olunmuş "Azərbaycanlılar" kitabı Estoniya Respublikasının Təhsil Nazirliyinin tədris proqramına əsasən tərtib edilib. Kitabı Təhsil Nazirliyinin sifarişi maliyyə dəstəyi ilə Estoniya İnteqrasiya Fondu çap edib. Nazirliyin "Estoniyada yaşayan milli azlıqlarla tanışlıq" layihəsi çərçivəsində hazırlanan kitabın muəllifi Estoniyadakı həftəsonu Azərbaycan məktəbinin rəhbəri Sərvinaz Kərimova məktəbin müəlliməsi Sənəm Əliyevadır.

Estoncaya tərcüməni isə İta Serman edib. "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev bildirib ki, "Azərbaycanlılar" kitabı litvalılar ruslardan sonra Estoniyadakı milli azlıqlar haqqında nəşr olunan üçüncü kitabdır. Azərbaycanı xalqımızı estonlara tanıtmaq məqsədi daşıyan kitabda milli bayramlar matəm günləri haqqında da məlumat var. Bu nəşrdə Qarabağ münaqişəsinə, eləcə 20 Yanvar faciəsi, Xocalı soyqırımı 31 Mart - Azərbaycanlıların Soyqırımı barədə məlumata da geniş yer ayrılıb. 15.000 tirayla nəşr olunmuş kitab artıq kütləvi kitabxanalara məktəblərə təqdim olunub.

 

 

Həftə içi.- 2009.- 24 aprel.- S. 2.