Komitə torpaq bankı yaradıb

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində (DƏİEDK) "Torpaq sahələrindən səmərəli istifadə onların özəlləşdirilməsinin təşkili" mövzusunda növbəti treninq keçirilib.

 

Tədbir çərçivəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin idarə edilməsinin istiqamətləri, belə torpaq sahələrindən səmərəli istifadəyə nəzarətin təşkili üsulları, onların özəlləşdirilməsi icarəyə verilməsi sahəsində sənədlərin hazırlanması, ekspertizası təqdimlənməsi qaydaları, habelə bu sahədə mövcud qanunvericiliyin maddələri izah edilib. Bildirilib ki, komitənin əsasnaməsinə digər normativ-hüquqi aktlara əsasən dövlət, habelə özəlləşdirilən müəssisə obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin idarə edilməsi, onların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət komitə tərəfindən həyata keçirilir. Belə torpaq sahələrinin başqa hüquqi fiziki şəxslərə icarəyə istifadəyə verilməsi, həmin torpaq sahələrində tikinti, yenidənqurma quraşdırma işlərinin aparılması, onların təyinatının dəyişdirilməsi komitənin razılığı əsasında həyata keçirilir. Bununla yanaşı, mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə istifadəyə verilməsi, habelə özəlləşdirilməsi, onların üzərində mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələrin verilməsi komitənin səlahiyyətindədir. Qeyd edilib ki, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə obyektlərin əmlakının əldə edilməsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi komitə tərəfindən həyata keçirilir. Treninq çərçivəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi icarəyə verilməsi zamanı müvafiq sənədləşdirmə işlərinin aparılması, torpaq özəlləşdirilməsinə dair sənədlərin ekspertizası qaydaları, torpaq sahələri özəlləşdirilərkən onların qiymətləndirilməsi metodikası ilə bağlı bilgilər verilib, müvafiq qanunvericiliyin maddələri izah edilib. Dövlət mülkiyyətində olan torpaq sahələri üzərində mülkiyyət, istifadə ya icarə hüquqlarına xitam verilməsi halları barədə məlumat verilib, belə torpaq sahələrinin əsassız istifadəsi ilə bağlı monitorinqlərin keçirilməsi qaydaları, subyektləri barədə təlimlər təşkil edilib. Bildirilib ki, belə monitorinqlər zamanı dövlət, habelə özəlləşdirilən müəssisə obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadənin hüquqi əsasları, istifadədə olan torpaq sahələrinin hüdudları, təyinatı, torpaq sahəsi üzərində məhdudiyyətlər servitutlar, torpaq sahələrinin başqa hüquqi fiziki şəxslərə verilməsi, habelə əsassız istifadə halları araşdırılır. Həmçinin monitorinqlər nəticəsində torpaq sahələrində tikinti, yenidənqurma işlərinin aparılma vəziyyəti, icarə müqaviləsi şərtlərinə riayət edilməsi icarə haqlarının ödənilməsi vəziyyəti öyrənilir.

Treninq iştirakçılarının nəzərinə çatdırılıb ki, prezidentin 6 iyun 2007-ci il tarixli "Dövlət əmlakının qorunub-saxlanılması səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə dövlət proqramına uyğun olaraq dövlət, habelə özəlləşdirilən müəssisə obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən təyinatı üzrə səmərəli istifadə, dövlət torpaqlarından əsassız istifadə hallarının qarşısının alınması məsələləri öz əksini tapıb. Bu baxımdan komitə tərəfindən dövlət torpaqlarının idarə edilməsinin effektivliyinin daha da artırılması təkmilləşdirilməsi, habelə istifadəsinə nəzarətin həyata keçirilməsi, dövlət torpaqlarının idarəçiliyinin informasiya bazasının formalaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.

Belə ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin mövcud istifadə vəziyyətinin araşdırılması təhlili, dövlət torpaqlarından səmərəli istifadəyə nəzarətin həyata keçirilməsi istiqamətində aparılan işlərin daha da gücləndirilməsi üçün komitə tərəfindən müvafiq torpaq bankı yaradılıb. Torpaq bankına torpaqlar üzərində olan əmlak, onların təşkilati-hüquqi mülkiyyət forması, sahibkarı, iqtisadi göstəriciləri, ünvanı, torpaq sahələrinin hüdudları, ölçüləri barədə qrafik digər zəruri məlumatlar daxil edilib. Bu, ilk növbədə dövlət, habelə özəlləşdirilən, eləcə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin təyinatı üzrə istifadəsinə nəzarətin daha da gücləndirilməsini, torpaq sahələri üzərində idarəetmənin təkmilləşdirilməsi, habelə torpaq sahələri barədə dolğun dürüst informasiyaların əldə edilməsi məqsədilə etibarlı, şəffaf səmərəli qeydiyyat sisteminin qurulmasına zəmin yaradacaq.

  

  

Sevil

 

Həftə içi.- 2009.- 28 aprel.- S. 6.