"Yuğ"da albalı bağı çiçəklədi
Truppa məşhur
əsəri futuroloji aksiya kimi təqdim
etdi
"Burdakı
personajların hər
biri məhəbbət
acıdır. Sadəcə,
bu hissi dünyagörüşünə, tərbiyəsinə uyğun
olaraq qavrayırlar"
Dünən "Yuğ"
Dövlət Teatrı
yeni səhnə əsərini təqdim etdi. Artıq bir müddət idi teatrda "Albalı bağı"nın məşqləri gedirdi.
Baş rejissor Vaqif İbrahimoğlunun yozumunda "yuğçular"
Çexovun bu dördhissəli komediyasını
"Birinci akt" adı altında pyes əsasında futuroloji aksiya kimi təqdim etdilər. Özü
də məhz albalı ağaclarının
çiçəklədiyi vaxtda. Yəni "Yuğ"un yaradıcılıq axtarışlarının
növbəti təzahürü
ilə komediyanın birinci aktında cərəyan edən dövr həmahəng oldu.
Mədəniyyət və
Turizm Nazirliyinin "Dövlət sifarişi proqramı" çərçivəsində gerçəkləşdirilən səhnə əsərinin premyeraqabağı ilk nümayişində nazirliyin nümayəndələri də
iştirak
etdilər.
L.N.Tolstoy Çexovu "nəsrlə yazan Puşkin" adlandırıb.
Bütün rus ədibləri arasında hamıdan artıq "həyat müəllimi"
adına layiq olan Çexovun əsərlərini süjetli
roman kimi mütaliə etmək lazım deyil. Onları mütaliə edərkən mükəmməl
poeziya əsərində
olduğu kimi hər bir misraya,
hər bir replikaya diqqət yetirmək gərəkdir.
Yalnız bu zaman Çexov qələminin ab-havasını ciyərlərə
çəkmək mümkündür.
Təsadüfi deyil ki, musiqi tarixində
ən nadir hallardan biri də məhz Çexov pyesləri ilə bağlıdır.
Söhbət Raxmaninovun
"Vanya dayı"
pyesində Sonyanın
sözlərinə bəstələdiyi
"Mı otdoxnyom..."
("Biz dincələcəyik...")
romansından gedir.
"Yuğ" teatrı
artıq dördüncü
dəfədir Çexov
yaradıcılığına müraciət edir. 1995-ci ildə teatr tamaşaçılarına "Sentimental vals" (qur. rej. V.İbrahimoğlu), 2000-ci ildə
"Təklif" (qur.
rej. V.İbrahimoğlu)
və 2002-ci ildə
"Formalar" (qur. rej. Gümrah Ömər) tamaşalarını
təqdim edib. "Birinci akt"
səhnə əsərinin
ümumi panoramı da həm "Yuğ"un üslubuna, həm də Çexovun yazı tərzinə, qəhrəmanları, seçdiyi
məkan və zaman, nəhayət, oxucuya, tamaşaçıya
çatdırmaq istədiyi
mətləbləri vurğulayarkən
yalnız onların ağlına və təxəyyülünə
arxalandığı yola
uyğun olaraq poetik parça təsirindədir. Səhnədə albalı bağını
təsvir edən dekor olmasa da,
personajların bir çoxunun onun haqqında və onun timsalında əzəli dəyərlər
barədəki duyğularını,
düşüncələrini ifadə etmələri dümağ çiçəklərə
bürünmüş böyük
bir albalı bağını bizə yaxın edir. Əslində burdakı personajların hər biri məhəbbət
acıdır. Sadəcə,
hər biri bu hissi dünyagörüşünə,
tərbiyəsinə uyğun
olaraq qavrayır. Təəssüf ki, bəzilərində qisas hissinə çevrilən
(məsələn, tacir
Lopaxinin (Oqtay Mehdiyev) Ranevskayaya (Sonaxanım Mikayılova) olan təzadlı münasibəti) bu duyğu albalı bağının məcazi
və müstəqim mənada mişarlanması
ilə bitir... Bəllidir ki, Çexov pyeslərinin açarı onun təkrarsız hekayələrindədir.
Yalnız o hekayələri
mütaliə etməklə
ədibin dramaturgiyasında
güclü futuroloji potensialın gələcək
haqqında öngörü
olduğuna görə
bu günədək dünya teatr səhnələrini bəzədiyinin
səbəbini anlamaq mümkündür. "Albalı bağı" komediyasının birinci aktı teatr tərəfindən futuroloji
aksiya kimi çox səmərəli,
məhsuldar və məsuliyyətli zəmin
kimi qəbul edilərək milli teatr tarixində ilk dəfə aktyorların subyektiv və müstəqil yaradıcı aktından ötrü imkan yaradıb: tamaşanın
ikinci bölümündə aktyorlar öz
düşüncələri ilə bölüşür
(məsələn, Yepixodov
obrazını ifa edən Kamran Yunis: "Sevdiyi qadının təhqir olunması müqabilində
susan Yepixodov kimdir? Peyğəmbərmi, ya Antoşka
Çexontemi?"), personajlarının
gələcəyi haqqında
öz gümanlarını
şəxsi mətnlərlə
ekstatik formada təqdim edirlər. Qayev rolunun ifaçısı
Vidadi Həsənovun təbirincə desək, albalı bağı edem, cənnət, yaxud rayla eynilik
təşkil etdiyi kimi, "Albalı bağı" komediyasının
12 personajı da 12 apostolu xatırladır.
"Birinci akt" səhnə əsərində
Ranevskayanın Trofimovla
(Qasım Nağı)
görüşündə Ranevskayanın monoloqu Lyubov Mellisadovskayanın ifasında rus dilində təqdim olundu. Quruluşçu rejissor
xüsusi priyomdan istifadə edərək inqilabi çevrilişlərin
carçısı olan
Trofimovla bir insan kimi məzmunu
məhəbbət olan
Lyubov Andreyevna Ranevskayanın üçüncü
aktda baş verən söhbəti zamanı dediyi monoloqu çox üzvi şəkildə
"Birinci akt" səhnə əsərinə
daxil edib.
Tamaşanın səhnə dizaynı Rəşid Şerifə məxsusdur. Musiqi tərtibatında isə əsərin məzmununa
tam uyğun olaraq P.İ.Çaykovskinin "İlin
çağları" fortepiano silsiləsindən "May", "Oktyabr" və "Dekabr" hissələri istifadə edilib.
Tamaşada həmçinin
Mətanət Abbasova
(Anya), Natəvan Qeybani
(Varya), Məmməd Səfa (Semyonov-Pişşik),
Fərhad İsrafilov
(Firs), Yaqut Paşazadə
(Dunyaşa) və Ruslan Şöhrətoğlu
(Yaşa) iştirak edirlər.
Samirə Behbudqızı
Həftə içi.- 2009.- 29 aprel.- S. 7.