"Uçqun" festivaldan
qayıdıb
Xəbər verdiyimiz
kimi, Akademik Milli Dram Teatrı 14 - 24 aprel tarixlərində Türkiyə Respublikasının
Konya şəhərində keçirilən nüfuzlu
"Min nəfəs - bir
səs" II Beynəlxalq
Türkdilli Teatrların
Festivalına dəvət
almışdı. 2009-cu il aprelin 23-də türk dramaturqu Tuncer Cücenoğlunun
"Uçqun" əsəri
əsasında quruluşçu
rejissor Bəhram Osmanov tərəfindən
hazırlanmış tamaşa
teatrımız tərəfindən
böyük uğurla
nümayiş etdirilib.
"Festivalın yaraşığı" kimi
dəyərləndirilən bu tamaşa həm türk teatrsevərləri, həm
də festivalın çoxsaylı xarici iştirakçıları tərəfindən
yüksək qiymətləndirilib.
Tamaşadan sonra çıxış edən
Konya Dövlət Teatrının
bədii rəhbəri
Tomris Çetinel,
"TÜRKSOY" beynəlxalq təşkilatının Azərbaycan
üzrə təmsilçisi
Elçin Qafarlı və "Azdrama"nın
direktoru Maqbet Bünyadov festival və tamaşa haqqında təəssüratlarını bildiriblər. Türkiyə Dövlət Teatrı
üzrə baş müdir Lemi Bilgin teatrımızı xüsusi diplomla təltif edib, 2010-cu ildə keçiriləcək
"Min nəfəs - bir
səs" III Beynəlxalq
Türkdilli Teatrların
Festivalına rəsmi
surətdə dəvət
edib. Teatrın mətbuat xidmətindən
aldığımız məlumata
görə, truppanın
festivalda iştirak etdiyi müddətdə bir sıra faydalı
və perspektivli görüşlər keçirilib.
Teatrın direktoru Maqbet Bünyadov Konya Dövlət Dram Teatrı
ilə teatrımız
arasında qarşılıqlı
yaradıcılıq işləri,
Şimali Kipr Dövlət Dram Teatrının
baş müdiri Derman Anık ilə qarşılıqlı
dostluq əlaqələrinin
qurulması barədə
razılıq əldə
edib və teatrımız 2009-cu ilin sentyabr ayında Şimali Kipr Teatr Festivalına dəvət olunub.
Samirə
Mədəniyyət.- 2009.- 30 aprel.- S. 7.