Kimsəsiz uşaqlar üçün sayt hazırlandı
Aytən Əliyeva:
"Mövcud proqram üzrə tədris və hazırlıq kursları tamamilə pulsuzdur"
Dünən GBRS Tədris Mərkəzi "Caspian Plaza" otelində kimsəsiz uşaqlar üçün internet səhifəsini yaratmaları ilə bağlı tədbir keçirdi.
Bildirək ki, bu mərkəz
2009-cu ilin aprel ayından etibarən
VİP müştəri adlı
yeni təşəbbüsünü
həyata keçirməyə
başlayıb. Digər təşkilatlardan fərqli
olaraq şirkət
VİP anlayışını kökündən dəyişib.
Tədbirin təşkilatçısı Aytən Əliyeva çıxış edərək bildirdi ki, şirkətin ən vacib müştəriləri internat məktəblərinin məzunları, uşaq evlərini tərk etmiş 16 - 24 yaşlı gənclərdir: "Zaman məhdudiyyəti qoyulmayan bu təşəbbüs çərçivəsində VİP müştəriləri üçün GRBS Tədris Mərkəzinin mövcud proqram və təlimlər üzrə tədris, hazırlıq kursları tamamilə pulsuzdur. Bundan əlavə, bizim şirkət bu kimi cavan oğlan və qızlara köməklik etmək istəyən kommersiya və qeyri-kommersiya təşkilatları ilə birlikdə həmin VİP müştərilərini gələcəkdə təmənnasız olaraq işlə təmin etməyi planlaşdırır". Təşkilatçı həmçinin bildirdi ki, bu məqsədlə VİP müştəriləri üçün xüsusi internet səhifəsi yaradıblar: "Burada gənclər cari treninqlərin proqramları ilə tanış ola, eləcə də bizim təşəbbüsümüzü dəstəkləmək və bizimlə əməkdaşlıq etmək istəyən bütün şəxslər həmin səhifədən məlumat əldə edə bilərlər".
A.Əliyeva həmçinin
bildirdi ki, VİP müştəriləri GRBS Tədris
Mərkəzinin təklif
etdiyi istənilən
200-dən artıq kurs
və təlimlərdə
təmənnasız iştirak
edə bilərlər:
"Mərkəz tərəfindən
təmin olunan təhsil, metodik və tədris materiallarını əldə
etdikdən və yekun imtahan verdikdən
sonra gənclər biliklərini təcrübədə
tətbiq etmək imkanı qazanacaqlar. Bundan başqa, ixtisaslaşdırılmış
testlərdən keçdikdən
sonra onlar ünsiyyət, təzyiq altında işləmək,
kommunikasiya və sairə psixoloji göstəricilər üzrə
qiymətləndiriləcəklər".
Sonda təşkilatçı
onu da qeyd
etdi ki, VİP müştəriləri üçün
internet saytı artıq
hazırdır: "Burada
tədris mərkəzində
öyrənə biləcəyiniz
peşələrin siyahısı
ilə
Səma
Həftə içi.- 2009.- 30 aprel.- S. 6.