"Qarabağ
danışıqlarında irəliləyiş var"
İlham Əliyev: "1 şəxsin
2 dəfədən artıq
prezident seçilməsinə
səs vermək hüququ demokratik prinsipdir"
Dağlıq
Qarabağ münaqişəsi
beynəlxalq hüquq normaları əsasında,
Ermənistan qoşunlarının
Azərbaycan ərazilərindən
dərhal çıxarılması
ilə bağlı
BMT Təhlükəsizlik Şurasının
qətnamələri əsasında
həll olunmalıdır.
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev "Wall Street Yournall"a
müsahibəsində səsləndirib. Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmədiyini deyən İ.Əliyev bunu münaqişənin həll
olunmamasının əsas
səbəbi adlandırıb.
"Ermənistan prezidenti
ilə danışıqlarda
irəliləyiş əldə
olunsa da, bu, kifayət deyil" deyən prezident Gürcüstan - Rusiya münasibətlərindəki
gərginliyin Dağlıq
Qarabağ münaqişəsinə
təsiri ilə bağlı sualı belə cavablandırıb:
"Danışıqlar prosesinə
birbaşa cəlb olunmuş ölkələr,
Minsk Qrupunun həmsədrləri
- ABŞ, Rusiya və Fransa Gürcüstandakı
münaqişədən sonra
açıq şəkildə
elan etdilər ki, Dağlıq Qarabağın tanınması
müzakirə mövzusu
deyil. Lakin geosiyasi baxımdan,
əlbəttə, əgər
qonşu dövlətlər
bir-biri ilə müharibə vəziyyətindədirsə,
demək, bu bizim üçün də yaxşı deyil".
Prezident Ermənistanla aparılan
danışıqlar prosesinin
Azərbaycanın Gürcüstandakı
müharibə zamanı
üzləşdiyi çətinliklərlə
əlaqəsi olmadığını
da bildirib. "Bəli, həmin
vaxt bizim üçün asan olmadı, çünki bizim əsas eneryi daşıyıcılarımız
Gürcüstan ərazisindən
nəql olunur, müharibə isə onun üçün böyük maneə idi. Biz nefti
nəql etmək üçün başqa yollar axtarmalı olduq".
Dövlət başçısı "Nabucco"
layihəsi haqda da fikirlərini bölüşüb. Uzun illərdir
bu haqda aparılan müzakirələrə
baxmayaraq, layihənin reallaşdırılması istiqamətində
əməli addımların
müşahidə olunmadığını
deyən prezidentin fikrincə, indi "Nabucco"nun avropalılar
üçün daha əhəmiyyətli olduğu
üzə çıxıb.
Bununla yanaşı,
o, layihənin reallaşdırılmasında
çətinliklərin mövcudluğunu
vurğulayıb: "Nabucco"
konsorsiumuna daxil olan şirkətlər üçün böyük
həcmdə vəsaiti
toplamaq asan olmayacaq. Əsas şərt güclü
maliyyə dəstəyinin
təmin edilməsidir.
Bunun olmaması layihənin həyata keçirilməsinə
maneə yarada bilər. Biz çox məmnunuq ki, qazımızı başqa ölkələrin
bazarlarına nəql etmək üçün müasir infrastruktur qurmağa müvəffəq
olmuşuq. Bu gün qazımız Gürcüstana və Türkiyəyə nəql
olunur, sonra isə Türkiyə ərazisi ilə Avropa İttifaqının
bazarlarına çıxarılır.
Bizim hasilatı daha yüksək səviyyəyə
qaldırmaq üçün
böyük planlarımız
var və bizə daha çox marşrutlar lazım olacaq. Onlardan biri də "Nabucco"dur".
Dövlət başçısı
Azərbaycan qazının
Rusiya vasitəsilə
Avropaya çatdırılması
təklifinin yaxın günlərdə irəli
sürüldüyünü bildirib: "Biz bu təklifi bu yaxınlarda almışıq.
2008-ci ilin ortalarına
qədər bu, ümumiyyətlə, müzakirə
məsələsi deyildi.
Biz həmin istiqaməti
heç zaman qazın nəqli üçün potensial marşrut kimi nəzərdən keçirmirdik
və Rusiya onunla bağlı heç vaxt maraq da ifadə
etməmişdi. Həmin
təklifi məhz yarım il
öncə almışıq
və hələ qiymətləndirməliyik. Təklif özlüyündə
cəlbedici görünür.
Əgər biz qazımızı
öz sərhədimizdə
tranzit ölkə ilə heç bir problem olmadan sata bilsək, həmçinin nəql layihələrinə çətinlik
olmadan və sərfəli bazar qiyməti təklif edilərsə, onda təklifə niyə də baxmayaq!? Biz təklifi rədd
etməmişik, lakin eyni zamanda, onu
daha təfərrüatlı
şəkildə nəzərdən
keçirməliyik".
Azərbaycan ərazisində
xarici radiostansiyaların
yayımının dayandırılması
ilə bağlı məsələyə toxunan
İ.Əliyev bu qərarın parlament deyil, Milli Televiziya
və Radio Şurası
tərəfindən verildiyini
xatırladıb: "Həmin
qərar 2002-ci ildə
qəbul olunan və xarici radiolara milli tezliklərdə yayımlamaya
icazə verməyən
qanun əsasında çıxarılıb. Beləliklə, bu, qadağa deyil. Bu radiolar
qısa dalğalarda,
internet, kabel və peyk vasitəsilə verilişlərinin yayımını
davam etdirə bilərlər. Biz bu radioların yayımına qadağa qoymamışıq, sadəcə,
vəziyyəti öz
qanunvericiliyimizə uyğun
formaya gətirmişik
və Avropada da bu məsələ
ilə bağlı vəziyyət eynidir".
Martın 18-də keçiriləcək Azərbaycan Konstitusiyasına
dəyişikliklərlə bağlı referenduma münasibət bildirən
dövlət başçısı
bu təşəbbüsün
parlamentdə çoxluq
təşkil edən Yeni Azərbaycan Partiyası tərəfindən
irəli sürüldüyünü
xatırladıb. O, xalqın
bir şəxsin 2 dəfədən artıq
prezident seçilməsinə
səs vermək hüququnun olduğunu xatırladıb və bunu demokratik prinsip adlandırıb:
"Referendum demokratik prosedurdur
və xalqın iradəsinə əsaslanır.
Eyni zamanda bu, Avropa
təcrübəsinə uyğundur".
Cahangir Həsənli.
Həftə içi.- 2009.- 3 fevral.- S. 1-2.