"Ermənistan heç
tənqid də olunmadı"
Səməd Seyidov: "Biz məntiqə
sığmayan münasibət
və həqiqətləri
görürük"
"Azərbaycan
uzun illərdir Avropa Şurasında çox aktiv və konstruktiv fəaliyyət göstərir.
Biz üzərimizə düşən
öhdəlikləri vaxtında
və dəqiq yerinə yetirməklə qurum qarşısında həmişə hesabat vermişik" - bu fikirləri dünən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin
rəhbəri, millət
vəkili Səməd
Seyidov qurumun bir neçə gün əvvəl başa çatan qış sessiyasının
yekunlarına münasibət
bildirərkən səsləndirdi.
Onun sözlərinə
görə, AŞ-də
heç kim Azərbaycanın öhdəliklərini
tam şəkildə yerinə
yetirməməklə problemlər
yaratdığını söyləyə
bilməz. S.Seyidov vurğuladı ki, yerinə yetirilməyən
öhdəlik alternativ
xidmətin qəbuludur.
Bu da Avropa Şurasının ekspertləri
ilə birgə işlənilib. Lakin bunun yerinə yetirilməməsinə səbəb
olan Azərbaycan Ermənistanla müharibə
vəziyyətində yaşaması
kimi mövcud reallıqlar var: "Lakin Azərbaycan Avropa Şurası ilə münasibətlərini
yüksək səviyyədə
təşkil etməklə,
məsuliyyətini anlamaqla
yanaşı, qarşı
tərəfdən də
bu cür münasibət gözləyir.
Lakin biz tamamilə başqa, heç bir normal məntiqə sığmayan münasibət
və həqiqətləri
görürük". Onun
sözlərinə görə,
Azərbaycanda keçirilən
son seçkilərin hamı
tərəfindən demokratik
və Avropa dəyərlərinə uyğun
seçkilər kimi qiymətləndirilməsi heç
kimə sirr deyil. Bu, Azərbaycan iqtidarının, vətəndaşlarının
yox, Avropanı təmsil edən siyasətçilər və
millət vəkillərinin
sözləridir. Britaniyada
hamı tərəfindən
hörmət edilən
lord Donelson da bu seçkilərin Avropada ən yaxşı təkil olunmuş seçkilər
kimi qiymətləndirilməsinin
vacibliyini vurğulayıb:
"Nə üçün
bu şəkildə qiymətləndirilən ölkə,
niyə siyasi məhbuslar, insanları öldürmək, bütün
mətbuatı, hətta
interneti bağlamaq,
QHT-lərin inkişafına
şərait yaratmamaq,
ölkədən kənara
buraxmamaq kimi problemləri olan dövlətlərlə bir
sıraya qoyulur? Bu, qeyri-obyektiv və dözülməz bir münasibətdir. AŞ-nin
son iclasında Ermənistan
məsələsi müzakirə
olundu. Biz gözləyirdik
Ermənistana dəstək
göstəriləcəyi halda
belə, ən azından onu tənqid etsinlər. Səsvermə hüququ alınmırsa, Ermənistanda
gedən proseslərə
göz yumulursa, yuxarı başa oturdulursa, ən azından görüntü
üçün, hansısa
prosesləri düzgün
şəkildə şərh
etmək imkanı qalsın deyə, İrəvan tənqid olunmalıydı. Lakin 100-dən çox
insanın cəza çəkməsi, 12 nəfərin vəhşicəsinə
öldürülməsi, QHT təmsilçilərinin
Monitorinq Komitəsinin qapılarından qovulmasının
heç biri deyilmədi. Ermənistanın səsvermə
hüququnun əlindən alınmasına da güclərinin
yetmədikləri etiraf edilmədi". S.Seyidov onu da bildirdi
ki, Azərbaycanın uğurları ilə Ermənistanın mənfi
cəhətlərini görmədən iki dövləti eyniləşdirmək
ikili standartlardır. Onun sözlərinə görə, Avropa
Şurası bununla da dayanmayıb. Ermənistanın
başını sığallamaq, Azərbaycanın
uğurlarını görməməklə yanaşı,
burada problemlər axtarıb tapır və süni şəkildə
hər iki ölkəni eyniləşdirmək siyasəti
aparır: "Azərbaycanda yenidən siyasi məhbus məsələsini
gündəmə gətirməyə
çalışırlar. Ermənistanda isə bir dənə
də olsun siyasi məhbus görmürlər. Bu ölkə ilə
bağlı qəbul edilən sənədlərdə də
siyasi məhbus yox, azadlıqdan məhrum edilmiş
insanların problemi ifadələri əksini tapıb". Lakin
nümayəndə heyəti dövlətin mövqeyini
çatdıraraq vurğulayıb ki, əgər bu proses olsa,
Azərbaycan bu təşkilatla münasibətini dəyişdirməlidir
və dəyişdirəcək: "Azərbaycanın
gördüyü işlər yalnız bir təşkilatın
prezumpsiyasında ola bilməz. Hər hansı bir təşkilat
dövlətdə gedən prosesləri obyektiv qiymətləndirməlidir".
Nümayəndə heyətinin rəhbəri həmçinin
dedi ki, bölgədəki problemlərlə bağlı Azərbaycanı
süni şəkildə cəzalandırmaq, ona Ermənistan və
Gürcüstanla birgə eyni baxışla baxmaq qeyri-obyektiv
bir mövqedir. S.Seyidov AŞ PA-da bəzi deputatların
mövqeləri Azərbaycandakı reallıqları görməməkdən
ibarət olduğunu dedi. Onun sözlərinə görə,
AŞ-dəki proseslər tək demokratik inkişafla
bağlı deyil. Bu proseslər həm də Azərbaycana
hansısa səviyyədə təzyiq göstərmək, onu
tutduğu yoldan daşındırmaq fəlsəfəsini
daşıyan siyasətdir. Ona görə də bu dərk
olunmalıdır ki, Azərbaycan inkişaf etdikcə AŞ-dəki
bəzi deputatlar tərəfindən tənqidlər səsləndiriləcək.
S.Seyidov xarici radioların bağlanması və referendumla
bağlı aparılan danışıqlara da toxundu. Dedi ki,
bu addımların AŞ-nin ekspertləri ilə birgə
hazırlanmış qanunlar əsasında həyata
keçirildiyini onlara çatdırıblar. Belə şəraitdə
AŞ-nin tənqidlərini eşitmək isə qəribədir:
"Referendumla bağlı ənənəvi olaraq oraya
qeyri-obyektiv məlumatlar gedib. AŞ Azərbaycanda bu prosesi izləyəcək.
Lakin Azərbaycanda keçirilən referendum xalqa müraciətdir.
Ən demokratik formadır. Heç kəs xalqla məsləhətləşmək
məsələsini şübhə altında qoya bilməz".
S.Seyidov AŞ ilə əməkdaşlığın
davamlı olmasını da istədi.
Azad Əliyev
Həftə içi.- 2009.- 3 fevral.- S. 4.