Avropa Parlamenti Rusiyanı "Nabucco"ya dəvət etdi

 

Məsələ bu gün səsə qoyula bilər

 

Avropa Parlamenti son günlər gündəmdən düşməyən "Nabucco" qaz kəməri layihəsi ilə bağlı gözlənilməz təkliflə çıxış edib. Qurum hesab edir ki, Rusiyanın sözügedən layihəyə qoşulmasına ehtiyac var. Məlumatı Brüsseldəki diplomatik mənbə verib. Mənbənin sözlərinə görə, artıq təklif Avropa Parlamenti ekspertlərinin Avropa İttifaqının eneryi siyasəti üzrə hazırladıqları məruzəsinə salınıb sənədin Avropa Parlamentinin Strasburqda bu gün keçiriləcək plenar sessiyasında səsə qoyulacağı gözlənilir.  

   Məruzənin müəllifləri Xəzəryanı ölkələrin "Nabucco" boru kəmərini qazla doldurmaq iqtidarında olmalarına şübhə ilə yanaşırlar məhz bu səbəbdən hesab edirlər ki, Rusiya layihəyə cəlb edilməlidir. Müəlliflər "Nabucco"ya Rusiyanın "Cənub axını" qaz kəməri layihəsinin rəqibi kimi baxılmasını məqsədəuyğun saymırlar.  

   Qeyd edək ki, Avropa mətbuatı Avropa Komissiyasının Rusiyanın "Nabucco" layihəsinə qoşulmasına qarşı çıxdığını dəfələrlə bəyan edib. Komissiya hesab edir ki, Moskvanın layihəyə qoşulması ilə Avropa İttifaqının Rusiyadan enerji asılılığı yalnız arta bilər.  

   "Nabucco Gas Pipeline international" isə öz İnternet saytında yerləşdirdiyi məruzədə bildirir ki, "Nabucco" qaz kəmərinin "mavi yanacaq"la doldurulması üçün "Mavi axın" qaz kəməri ilə Türkiyəyə ixrac olunan Rusiya qazından da istifadə oluna bilər.  

   Xatırladaq ki, "Mavi axın" qaz kəməri Rusiyanın təbii qazının üçüncü ölkələri yan keçməklə Qara dəniz akvatoriyası vasitəsilə Türkiyəyə nəqli üçün nəzərdə tutulub. "Mavi axın" Ukrayna, Moldova, Rumıniya Bolqarıstan ərazilərindən keçən, Rusiyadan Türkiyəyə qaz nəqli dəhlizini tamamlayır. Dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəməri vasitəsi ilə isə Azərbaycan Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac edilməsi nəzərdə tutulur. Plana əsasən, onun maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir. Layihənin iştirakçıları "OMV", Macarıstanın "MOL", Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" Almaniyanın "RWE" şirkətləridir. Onların hər biri 16,67 faiz paya malikdir. Qaz kəmərinin çəkilişi 2011-cu ilə təyin edilib. Boru kəməri ilə ilk tədarüklərin isə 2014-cü ildə başlanması nəzərdə tutulub.

  

  

Cahangir Həsənli

 

Həftə içi.- 2009.- 4 fevral.- S. 1.